İrəvan kişi gimnaziyası

İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi.

Gimnaziyanın yerləşdiyi binanın müasir görünüşü
İrəvan kişi gimnaziyası
Əsası qoyulub 1881
Ölkə

1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir.[1]

Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur.

İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur.

1919 bağlanmışdır.

Müəllimləri

  1. Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək);
  2. Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək);
  3. Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək);
  4. İsmayıl bəy Şəfibəyov;
  5. Rəhim Xəlilov;
  6. Mirzə Məmmədvəli Qəmərlinski;
  7. Axund Məmmədbağır Tağızadə.

Məzunları

İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər. Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov, Hüseyn Şahtaxtinski, Mirhəsən Mirbababayev, Əbdülhəmid Qənizadə ilk təhsillərini İrəvan kişi gimnaziyasında almışlar. 1880–1886-cı illərdə Eynəli bəy Sultanov İrəvan Kişi Gimnaziyasında təhsil almış və buradan məzun olmuşdur. İrəvan gimnaziyasının tanınmış məzunları:[2]

  1. Eynəli bəy Sultanov (1886);
  2. Teymur bəy Makinski;
  3. Əkbər ağa Şeyxülislamov (1912);
  4. Rəhim Kazımbəyov;
  5. Məhəmməd Məhərrəmov;
  6. Ələkbər bəy Qədimbəyov;
  7. Cahangir bəy Qədimbəyov;
  8. Məmmədbağır Qədimliyev;
  9. Mirabbas Mirbağırzadə;
  10. Mirməhəmməd Mirbağırzadə;
  11. Mirhüseyn Mirbağırov;
  12. Mirhəsən Mirbabayev;
  13. Əziz Əliyev;
  14. Mustafa bəy Topçubaşov;
  15. Yusif Mirbabayev;
  16. Mehdi İrəvanski;
  17. İrza bəy Hacıbəylinski;
  18. Əjdər bəy Hacıbəylinski;
  19. Əbdülhəmid Qənizadə;
  20. Hüseyn Şahtaxtinski;
  21. Rza Ağayev;
  22. Əkbər bəy Hüseyn bəy oğlu Qazıyev;
  23. Əli bəy Mirzə Cabbar bəy Qazıyev;
  24. Adil bəy Mirzə Cabbar bəy Qazıyev;
  25. Məmməd İsmail bəy oğlu bəy Qazıyev;
  26. Yusif bəy İsmail bəy oğlu Qazıyev;
  27. Qambay Vəzirov;
  28. Həbib bəy Səlimov;
  29. Ağa bəy Bağırbəyov;
  30. Əbülfət bəy Bağirbəyov;
  31. Şamil bəy Bağirbəyov;
  32. Adil bəy Ağabababəyov-Muğanlinski;
  33. Əsildar bəy Ağabababəyov-Muğanlinski.

Ədəbiyyat

Ziyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maarifçilik. Bakı: Nurlan, 2010.

İstinadlar

  1. Kavkazskiy Kalendar, 1890, səh.,163.
  2. Rüfət Hüseynzadə. İrəvan pedaqoji mühiti: İrəvan kişi gimnaziyası, İrəvan müəllimlər seminariyası, İrəvan qız gimnaziyası. — AQRA Elmin İnkişafına Dəstək İctimai birliyi. — 13 yanvar 2016

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.