İrşad Əliyev

İrşad Nadir oğlu Əliyev (30 iyun 1944, Gürzalılar, Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (1991-1992), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985-1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983-1985).

İrşad Əliyev
bayraq
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
10 aprel 2012 16 aprel 2014
ƏvvəlkiFəxrəddin Məlikov
SonrakıCeyhun Cəfərov
bayraq
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
29 mart 2005 10 aprel 2012
ƏvvəlkiXasay Əhmədov
SonrakıVaqif Abdullayev
16 oktyabr 1994 23 oktyabr 2004
ƏvvəlkiMüzamil Abdullayev
Sonrakıİsmət Abasov
bayraq
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
bayraq2
21 dekabr 1992 16 oktyabr 1994
ƏvvəlkiŞakir Kərimov
SonrakıGülabbas Qəhrəmanov
bayraq
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 6 avqust 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıMaşallah Abdullayev
bayraq
Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1991 1991
bayraq
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1985 1991
bayraq
Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1983 1985
ƏvvəlkiƏjdər Əsədov
SonrakıBəxtiyar İslamov
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyun 1944(1944-06-30) (79 yaş)
Doğum yeri
Partiya

Həyatı

İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.

Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti

Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.