İqliməuyğunlaşma

İqliməuyğunlaşma — orqanizmlərin yeni həyat şəraitinə uyğunlaşması. İki cür iqliməuyğunlaşma ayırd edilir:

  1. orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma;
  2. növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma.

İqliməuyğunlaşma populyasiya genofondunun zənginliyi ilə müəyyən olunur. İqliməuyğunlaşma mədəni bitkilərinheyvanların arasında aparıldıqda süni iqliməuyğunlaşma, yabanı bitkilərinvəhşi heyvanların növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur. İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir. Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycannda Amerika aqavası, palmanın bir neçə növü, Şimali Amerika ağ akasiyası, atşabalıdı, yapon stifnolobiumu və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir (bataqlıq qunduzu, yenot, xallı maral və s.). Kənd təsərrüfatı heyvanlarının iqlimə uyğunlaşdırılması uzun müddətli, mürəkkəb əhlilləşdirmə şəraitində keçir və bu prosesdə insan əməyinin rolu böyükdür.

İqlim optimumu

Canlı orqanizmlər üçün temperatur rejimi və rütubətliyin miqdar parametrlərinin vaxta və əraziyə görə bir-birinə uyğun gəlməsi.

İqlim rayonlaşması

Eyni iqlim şəraitinə görə ərazini (vilayət, ölkə və s.) qurşaq, zona, vilayət və daha kiçik rayonlara bölünməsi.[1]

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.