İordaniya Universiteti

İordaniya Universiteti (ərəb. الجامعة الأردنية) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir.

İordaniya Universitetinin xəstəxanası və tibb mərkəzi
İordaniya Universitetinin Mühəndislik fakültəsinin binası
İordaniya Universiteti
Loqonun şəkli
32°00′50″ şm. e. 35°52′22″ ş. u.
Əsası qoyulub 1962
Tip Dövlət
Tələbə sayı 37.692 (2009/2010)
Şəhər Amman
Ölkə
Sayt ju.edu.jo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir.[1] Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.[2]

Tarixi

Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.

Tədris

İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.

Mərkəzlər və institutlar

İnstitutlar:

Universitet xəstəxanası

Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)[3]

Beynəlxalq əlaqələr və razılaşmalar

İkitərəfli razılaşmalar

İordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.[4][5]

Üzv olduğu təşkilatlar

Tələbələr

Universitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" (azərb. "Tələbələrin səsi") qəzetini nəşr etdirir.[6]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2011-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  2. "Arxivlənmiş surət" (PDF). 2011-03-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  3. "Medical Tourism Magazine". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
  4. Bilateral agreement University of Jordan and Vanderbilt University Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine.
  5. Agreements Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine University of Jordan
  6. "Arxivlənmiş surət". 2010-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.