İordaniya Kral Şahinləri

İordaniya Kral Şahinləri (ərəb. لصقور الملكية الأردني) İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1976-cı il 7 noyabr tarixində yaradılmışdır. Hal-hazırda uçuşlar üçün Extra-330 LX təyyarələri istifadə olunur.[1]

İordaniya Kral Şahinləri
Növü Aerobatika komandası
Yaranma tarixi 1976 (1976) - Günümüz
Ölkə İordaniya
Tabedir İordaniya Kral Hərbi Hava Qüvvələri
Rəngləri Boz, qara, qırmızı, qızılı
                
Təchizatı Extra-330 LX
rjfalcons.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1976-cı ildə yaradılan komanda 2 ədəd Pitts Special-S2A təyyarəsi istifadə edirdi. Daha sonra komandaya 3-cü təyyarə əlavə olundu. 1976-cı ildən komanda dünyanın bir çox ölkəsində, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, İsveçrə, Almaniya, Belçika, İspaniya, Norveç, Avstriya, LüksemburqHollandiyada çıxış edib. 1982-ci ildə 4 ədəd Pitts Special-S2S təyyarəsi komandanın ixtiyarına verildi. 1992-ci ilə qədər uçuşlar zamanı bu təyyarələr istifadə olundu. 1992-ci ildən bu təyyarələr 5 ədəd Extra-300 təyyarəsi ilə əvəz olundu. 2007-ci ildə də bu təyyarələrin modernizasiya olunmuş Extra-300L versiyaları alındı. Bu yaxınlarda komanda Extra-330 LX təyyarələri ilə təmin olunub.[2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  2. "Arxivlənmiş surət". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.