İohann Henrix Ross

İohann Henrix Ross (alm. Johann Heinrich Roos; 29 sentyabr 1631[1][2]3 oktyabr 1685[1][3][…], Frankfurt-Mayn[2]) — Barokko dövrü alman rəssamı və qravürçü.

İohann Henrix Ross
Johann Heinrich Roos
'İohann Henrix Ross avtoportret 1682.
'İohann Henrix Ross avtoportret 1682.
Doğum tarixi
Doğum yeri Otterberq
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Frankfurt
Milliyyəti Alman
Fəaliyyəti rəssam, qrafika ustası[d]
Janr Barokko
Stil barokko
Təsirlənib Nikolaz Berkem
Karel Duyardin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Onun ailəsi Otuzillik müharibəyə görə Amsterdama miqrasiya etmişdi.[4] O, Uilyam du Qardiyndən,[5] Korneliz de Biedən[4] və Barent Qraatdan[4] dərslər alıb, amma ona ən çox təsir edənlər peyzaj rəssamları Nikolaz Berkem və Karel Duyardin olub. 1653-cü ildə Rossun ailəsi Almaniyaya qayıdıb. Burada, Maynsda İohann və onun qardaşı Teodor Ross monastır üçün komissiyada birgə çalışıblar. 1654–1659-cu illərdə o, İohann Ernst üçün işləyib. O, Prinsin portretini (1654, Heydelberq, Kurpfalzişes Muzeyi) və dini səhnələrə aid rəsmlər çəkib. 1664-cü ildə o, Karl I Lüdoviqin sarayında rəsm çəkməyə dəvət olunub. İşlərinin vəziyyəti qənaətbəxş olmadığından o, 1667-ci ildə ailəsi ilə birlikdə Frankfurta köçüb və bu, çox uğurlu olub, Amma 1685-ci ildə baş vermiş yanğında hər şeyini itirib. İohann Henrix Ross ona məxsus əşyaları xilas etməyə çalışarkən dünyasını dəyişib. Dörd oğlu və qızı yanğından xilas olub və daha sonra məşhur rəssamlar olublar.[4]

Şəcərəsi

 
 
 
İohann Henrix Ross 1631–1685
 
Teodor Ross 1638–1687
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Filip Peter Ross 1655–1706
 
İohann Melkior Ross 1663–1731
 
Franz Roos 1672–1715
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İakob Ross 1682-1707
 
Cayetan Roos 1690-1770
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yosej Ross 1726-1805
 
 
 
 
 
 
 

Yaradıcılığı

Ross pastoral idilayalar üzrə ixtisaslaşmışdı, qədim dağıntılarla landşaftı ideallaşdırmışdı. O, qravürlərdə ruh yüksəkliyi qazanmışdı. Bu pastoral mənzərələr insanlar və heyvanlar arasında təbiət ilə uyğunluq yaratmaq üçün Rossun arzusunu ifadə edir. Bibliya, tarixi və dövr səhnələri arasında Ross heyvanlar daxil olan mövzulara üstünlük verirdi: İsanın doğulması, Venera, Adonisin çobanları.

Ross həmçinin dövrünün ən yaxşı alman portret rəssamlarından biri idi. O prinsləri, kübar xanımları və zabitlərin portretlərini çəkirdi. Ross əsasən ev heyvanlarını çoxlu fərdi təsvirlərlə də işləmişdir. O, hər xüsusiyyətin unikallığını dərindən göstərirdi.

İctimai kolleksiyaları

Roos aşağıdakı kolleksiyalarda təmsil olunub: Kunsthistoriches Muzeyi, Vyana; San Fransisko İncəsənət Muzeyi; Detroit İncəsənət İnstitutu, Miçiqan; Dulviç Şəkil Qalereyası, London; Azərbaycan Milli İncəsənət Muzeyi, Kroker İncəsənət Muzeyi, Kaliforniya; İndianapolis İncəsənət Muzeyi, İndiana; Dallas İncəsənət Muzeyi, Texas; Palazzo, Bianco, Cenoa və başqaları.

Ailəsi

Onun oğulları Filip Peter Ross (Rosa di Tivoli) və İohann Melkior Ross rəssam kimi məşhurlaşdılar. Onların işləri Frankfort, Köln, Desau, DarmştadtŞtuttqartda müxtəlif muzeylərsə saxlanılır.[6]

İstinadlar

  1. RKDartists (nid.).
  2. Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. Johann Heinrich Roos // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  4. Johan Henrik Roos biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) müəllifi:Arnold Houbraken, Holland ədəbiyyatının rəqəmli kitabxanası
  5. Johann Heinrich Roos
  6. The New International Encyclopædia/Roos, Johann Heinrich Arxivləşdirilib 2021-12-05 at the Wayback Machine 1905

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.