İnva Mula

İnva Mula (alb. Inva Mula; doğum tarixi 27 iyun 1963,Tirana, Albaniya) — Alban opera müğənnisi (lirik soprano). Klassik "Lyuçiya di Lammermur", "Bohema", "Manon" və s. operalarının iştirakçısı. Kino sahəsində taninmış insan. Əsasən "Beşinci element" filmində Diva Plavalagunanın səsi ilə tanınmışdır[3].

İnva Mula
alb. Inva Mula
Ümumi məlumatlar
Doğum tarixi 27 iyun 1963(1963-06-27)[1] (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, lirik soprano[d]
Fəaliyyət illəri 1970-ci ildən
Janrlar opera, klassik musiqi
Səs tembri lirik soprano[d]
Təhsili
inva-mula.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

İnva Mula 27 iyun 1963-cü ildə Albaniyanın paytaxtı — Tirana şəhərində anadan olub. Sənətkarlar ailəsindən olan İnva opera karyerasına erkən yaşlarında başlamışdır. Atası Avni Mula Kosovonın Djakoviç şəhərində anadan olmuş məşhur alban müğənnisi və bəstəkardır. İnva adı atasının adını tərsinə oxumaqdan irəli gəlir.[4] İnvanın anası Nina Aleksandrovna Mula (rus əsilli) da musiqiçi idi. Uzun illər Tirana Konservatoriyasında vokaldan dərs deyib. İnvanın valideynləri SSRİ-də Moskva Dövlət Konservatoriyasında oxuyanda tanış olublar. Məzun olduqdan sonra, 1950-ci illərin sonlarında Albaniyaya köçdülər.[5]

Uşaqlıqdan İnva opera musiqisində karyera qurmağa qərar vermişdir. Əvvəlcə musiqi məktəbində, sonra anasının rəhbərliyi altında konservatoriyada vokal və fortepianoda oxudu. 1985-ci ildə İnva konservatoriyanı bitirib Albaniya Milli Opera və Balet Teatrında fəaliyyətə başladı.

İnva karyerasının ilk günlərindən bir çox opera müsabiqələrində və festivallarda iştirak etmişdir. 1987-ci ildə Tiranada keçirilən "Albaniya müğənnisi" müsabiqəsində (Cantante d'Albania), 1988-ci ildə isə Buxarestdə Corce Enesku Beynəlxalq Müsabiqəsində qalib gəlmişdir. 1990-cı ildə İnva Jorj Bizenin "Mirvari axtaranlar" operasında Leyla rolunu ifa edərək doğma Albaniyada ilk uğurunu qazandı.

Şəxsi həyatı

Məşhur alban müğənnisi və bəstəkarı Pirro Tchako ilə ailə qurmuşdur. 90-cı illərin ortalarına qədər yoldaşının soyadını istifadə etdi, lakin sonra adını İnva Mula kimi təqdim etməyə başladı. 1997-ci ilə qədər Mula-Tchako cüt soyadı var idi.[6]

İstinadlar

  1. Inva Mula // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. Deutsche Nationalbibliothek Record #128944560 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Špoljarić, Mirta. "Inva Mula opet u Zagrebu". Vijenac. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.
  4. Stevenson, Joseph. "Biography by Inva Mula-Tchako" (ingilis). AllMusic.com. 2014-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.
  5. Модестов, Валерий. "Инва Мула: «Русская культура присутствовала у нас дома во всем»". Вечерняя Москва. 13 декабря, 2013. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  6. "Vendimi gjyqesor, historia e divorcit te Inves e Pirro Çakos" (alban). Vetemlajme.com. 20 декабря, 2004. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.