İntiqam Abbasov
İntiqam Yavər oğlu Abbasov (21 sentyabr 1978, Köçəkli, Masallı rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
İntiqam Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1978 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020 (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları | Xədicə və Əli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1996–1999 / 2000–2020 |
Rütbəsi | Baş gizir |
Vəzifəsi | tankçı |
Döyüşlər | |
Təltifləri |
Həyatı
İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olmuşdur.[1] 1985–1995-ci illərdə S. Rəhimov adına Masallı rayon Köcəkli kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi. Xədicə və Əli adlı övladları yadigar qaldı.
Hərbi xidməti
İntiqam Abbasov 9 oktyabr 1996-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Hərbi Komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin ilin 12 oktyabrında hərbi xidmətə başlamışdır. 1999-cu il mayın 12-də hərbi xidmətini başa vurmuşdur. 2000–2001-ci illərdə "PDM-2" ixtisası üzrə gizirlik kursunda təhsil almışdır. 2001-ci il martın 14-də "N" saylı hərbi hissənin taqım komandiri kimi "gizir" rütbəsində xidmət etməyə başlamışdır. 2014-cü il martın 8-də "PDM-3" komandiri, həmin il sentyabrın 27-də "ZTR-82A" komandiri vəzifəsində xidmət etməyə başlamışdır.
Aprel döyüşləri
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İntiqam Abbasov Azərbaycan Silahlı Qüvvələrinin giziri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdən bir il sonra, 2017-ci ildə İntiqam Abbasova "baş gizir" rütbəsi verilmişdir.
Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köcəkli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
Təltifləri
- (26. iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26. iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26. iyun 2014) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26. iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26. iyun 2018) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[5]
- (25. dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
- (30. dekabr 2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)[7]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.