İnsanlıq əleyhinə cinayətlər

İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir.

Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, FransaRusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar.

Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır.

Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.

Xarici keçidlər

Qaralama məqalələr  Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.