İnsan hüquqları

İnsan hüquqları və ya İnsan haqlarıinsanların malik olmağa haqqı olduğu əsas hüquqlarazadlıqlar".[1] İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Magna Carta və ya Böyük Azadlıqlar Xartiyası suveren tərəfindən öz xalqının qanundan irəli gələn müəyyən hüquqlarına hörmət etməsi öhdəliyini nəzərdə tutan ilk sənədlərdən biridir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.

İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.

İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

"Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

Tarixi

ABŞ istiqlal bəyannaməsi 4 iyul 1776-cı ildə Kontinental konqres tərəfindən ratifikasiya olunmuşdur.

Qədim xalqlar müasir dövrdəki mövcud universal insan hüquqları konsepsiyasına malik olmamışlar. İnsan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründə mövcud olmuş məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdur. Həmin dövrdə təməli qoyulsa da, insan hüquqlarına dair müasir mübahisələr XX əsrin II yarısında ortaya çıxmışdır.[2]

XVII əsr ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqlara yer vermiş və təbii hüquqları "yaşamaq, azadlıq və mülkiyyət (əmlak)" hüquqları kimi müəyyən etmişdir. Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Britaniyada qəbul edilmiş Hüquqlar haqqında Billə əsasən, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilməyə başlandı. XVIII əsrdə ABŞ-də (1776) və Fransada (1789) iki böyük inqilab baş verdi və müvafiq olaraq ABŞ istiqlal bəyannaməsiİnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edildi; hər iki sənəd insan hüquqlarını təsbit edirdi. Bundan əlavə, 1776-cı il Virciniya Haqlar Bəyannaməsi bir sıra əsas vətəndaş hüquq və azadlıqlarını nəzərdə tuturdu.

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq və səadətə canatma hüququ da daxildir.
ABŞ istiqlal bəyannaməsi, 1776

1800–1914

İnsan və vətəndaş hüquqları Bəyannaməsi Fransa Milli Məclisi tərəfindən 26 avqust 1789-cu ildə təsdiq edilmişdir.

XVIII-XIX əsrlərdə Tomas Peyn, Con Stüart MillHegel kimi mütəfəkkirlər universallıq mövzusu ilə əlaqədar müzakirələri genişləndirmişdilər. 1849-cu ildə Henri Devid Toro sonralar insan hüquqları, xüsusilə də mülki hüquqlar üzrə mütəfəkkirlərə təsir etmiş "Mülki itaətsizlik" Arxivləşdirilib 2007-01-25 at the Wayback Machine əsərində insan hüquqlarından bəhs edirdi. 1867-ci ildə ABŞ Ali Məhkəməsinin hakimi Devid Devis özünün Ex parte Milligan işi üzrə rəyində qeyd edirdi ki, "Qanunun qorunması ilə insan hüquqları təmin edilir."[3]

Bir sıra qruplar və hərəkatlar insan hüquqları adına XX əsr ərzində dərin sosial dəyişikliklərə nail ola bilmişdirlər. Qərbi AvropadaŞimali Amerikada həmkarlar ittifaqları işçilərə tətil etmək, minimum əmək şəraitinin yaradılması və uşaq əməyinin qadağan edilməsi və ya tənzimlənməsi hüquqlarını verən qanunlar qəbul edilməsinə səbəb olmuşdular. Qadın hüquqlarının müdafiəsi üzrə hərəkat bir çox qadınların səsvermə hüququna nail oldu. Bir çox ölkələrdə milli azadlıq hərəkatı müstəmləkəçiliyə son qoyulmasına müvəffəq oldu. Ən təsirli hərəkatlardan biri Mahatma Qandinin vətəni Hindistanı Böyük Britaniya hakimiyyətindən qurtarması olmuşdur. Uzun zamandır əzilən irqi və dini azlıqların hərəkatı, eləcə də mülki hüquqlar hərəkatı dünyanın bir çox yerlərində öz məqsədlərinə nail oldu.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulması, 1864-cü il Liber Məcəlləsi və 1864-cü ildə Cenevrə konvensiyalarının birincisinin hazırlanması beynəlxalq humanitar hüququn formalaşmasına təkan verdi. Bütün bunların ardınca iki Dünya müharibəsi baş verdi.

1918–1938

Millətlər Liqası 1919-cu ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Versal sülh müqaviləsi üzrə müzakirələr aparılarkən yaradılmışdır. Liqanın məqsədi silahsızlanma, kollektiv təhlükəsizlik vasitəsilə müharibənin qarşısının alınması, danışıqlar, diplomatiya və qlobal rifahın yaxşılaşdırılması vasitəsilə ölkələr arasındakı mübahisələrin həll olunması idi. Nizamnamədə də qeyd olunduğu kimi, Liqaya hüquqların böyük bir qismini təşviq etmək tapşırılmışdı, hansı ki bu hüquqlar sonralar Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir.

Millətlər Liqasının üzərinə koloniyadan müstəqil dövlətə keçid dövründə Qərbi Avropanın müstəmləkəçi dövlətlərinin köhnə koloniyalarına dəstək verməsi üçün təşviq etmək öhdəliyi qoyulmuşdu. Millətlər Liqasının qurumu kimi yaradılmış, sonralar BMT-nin tərkib hissəsinə çevrilmiş Beynəlxalq Əmək Təşkilatının da həmçinin müəyyən hüquqları qorumaq və təşviq etmək kimi vəzifəsi var idi. Müvafiq hüquqlar daha sonra Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir:

...hazırda BƏT-in əsas məqsədi qadınlar və kişilərin azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqətinə hörmət şəraitində layiqli və səmərəli işi əldə etməsi üçün imkanları təşviq etməkdir.
Beynəlxalq Əmək Konfransının 87-ci sessiyasında Baş direktorun hesabatı

Ümumdünya İnsan hüquqları Bəyannaməsi

"Bu, müqavilə deyil…(Gələcəkdə) bu sənəd beynəlxalq Böyük Azadlıqlar Xartiyası ola bilər."[4] Eleanora Ruzvelt Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ispan dilindəki versiyası ilə (1949)

Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qeyri-məcburi bir bəyanatdır.[5] Bəyannamə qismən İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə qəbul olunub. Bu bəyannamə bir qayda olaraq həm dünyəvi, həm də dini xarakterli olmaqla yanaşı insan hüquqları haqqında əsrlərlə formalaşmış təfəkkürün, düşüncənin zirvəsi sayılır. Halbuki ÜİHB məcburi qətnamə deyil. Belə hesab olunur ki, bu qətnamə zaman keçdikcə daha da çox qüvvətlənib, çünki lazım olduqda bəzi milli və digər tribunallar bu qətnaməyə istinad edirlər. Bəyannamə üzv dövlətləri "dünyada azadlığın əsasını təşkil edən, ədaləti və sülhü qoruyan" insan və vətəndaşın bir sıra iqtisadi və sosial hüquqlarının qorunmasına dəvət edir. Bu sənədin qəbul edilməsi, bəzi dövlətlərin hərəkətlərini məhdudlaşdırmaq və dövlətlərə vətəndaşları qarşısında olan öhdəliklərini qəbul etdirmək məqsədilə edilmiş ilk beynəlxalq-hüquqi cəhdi idi.

...bəşəriyyətin bütün üzvlərinin həqiqi ləyaqətinin və bərabər və ayrılmaz hüquqlarının tanınması dünyada azadlıq, ədalət və sülhün əsasıdır
1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin preambulası

ÜİHB-nin mətni 1947-ci ildə Hüquqlar haqqında Beynəlxalq Billin müzakirəsini başlatmış Eleanora Ruzveltin rəhbərlik etdiyi İnsan hüquqları Komissiyası tərəfindən yazılmışdır. Komissiyanın üzvləri belə bir hüquqlar haqqında billin forması, eləcə də onun icra olunacağı, həmçinin necə icra olunacağı haqqında dərhal razılığa gəlməmişdilər. Komissiya bəyannamə və ona əlavə ediləcək sənədlərin üzərində işləməyə davam etdi, lakin onların arasında ÜİHB prioritetlik əldə etmişdir.[6] Kanadalı hüquq professoru Con Hamprey və fransız hüquqşünas Rene Kassen, müvafiq olaraq, milli qanunvericiliklərin tədqiqatının böyük bir qismi və sənədin quruluşuna görə məsul idilər. Sənəddə bəyannamənin maddələri preambulanın ümumi prinsipinin şərhi kimi çıxış edirdi. Sənədə quruluş verən Kassen ilk iki maddədə ləyaqət, azadlıq, bərabərlik və qardaşlıq kimi başlıca prinsipləri təsvir etmişdir. Növbəti maddələrdə fərdlərin hüquqları təsbit olunmuşdur: bir-birinə və qruplara münasibətdə fərdlərin hüquqları; mənəvi, ictimai və siyasi hüquqlar; və iqtisadi, sosial və mədəni hüquqlar. Kassenə görə, son üç maddə həyata keçirilməsi zəruri olan məhdudiyyətlər, vəzifələr və ictimai və siyasi quruluş kontekstində yerləşdirilməli idi.[6] Hamprey və Kassenin məqsədi o idi ki, preambulanın üçüncü fəslində də qeyd edildiyi kimi, ÜİHB-dəki hüquqlar müəyyən yollarla qanuni olaraq tətbiq və icra olunsun:[6]

Zərurət olduqda insan özbaşınalıq və zülmə qarşı üsyan etmək üçün son çarə kimi müraciət etmək məcburiyyətində deyilsə, insan hüquqları hüququn aliliyi ilə qorunmalıdır.
1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin preambulası

ÜİHB-nin bir hissəsi bütün qitələrdən və bütün əsas dinlərdən olan nümayəndələr də daxil olmaqla, insan hüquqları üzrə beynəlxalq ekspertlər komitəsi tərəfindən araşdırılmış və yazılmış və Mahatma Qandi kimi liderlərlə məsləhətləşmələr aparılmışdır.[7] Həm mülki və siyasi hüquqların, həm də iqtisadi, sosial və mədəni hüquqların[6][8] daxil edilməsi, əsas insan hüquqlarının bölünməz olduğu və qeyd edilən hüquqların bir-biri ilə sıx əlaqədar olduğu ehtimalına əsaslanırdı. Bu prinsip qəbul edilərkən heç bir üzv dövlət ona qarşı çıxmasa da (bəyannamə Sosialist bloku, aparteid Cənubi AfrikaSəudiyyə Ərəbistanının iştirakı olmadan qəbul edilmişdir), sonralar mühüm çətinliklərə məruz qalmışdır.[8]

Soyuq müharibənin başlaması, ÜİHB-nin dərhal ardından ortaya çıxdıqdan sonra, həm iqtisadi və sosial hüquqların, həm də mülki və siyasi hüquqların bəyannaməyə daxil edilməsi ilə əlaqədar ilkin bölünmələrə yol açdığı düşünülürdü. Kapitalist dövlətlər mülki və siyasi hüquqlara (məsələn, birləşmə və ifadə azadlığı) böyük diqqət yetirməyə çalışırdılar; iqtisadi və sosial hüquqları isə (əmək hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququ kimi) bəyannaməyə daxil etmək istəmirdilər. Sosialist dövlətlər isə iqtisadi və sosial hüquqlara daha çox əhəmiyyət verirdilər və onların daxil edilməsini şiddətlə tələb edirdilər.[9]

ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır.

İnsan hüquqları ilə bağlı müqavilələr

1966-cı ildə BMT tərəfindən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) qəbul edilmişdir: hər iki sənəd ÜİHB-ndə nəzərdə tutulan hüquqları əhatə edirdi.[10] Müəyyən sayda dövlət tərəfindən ratifikasiya edildikdən sonra hər iki pakt 1976-cı ildə qüvvəyə minmişdir (ABŞ MSHBP-ı 1992-ci ildə ratifikasiya etmişdir).[11] İSMHBP 155 üzv dövlətdən iqtisadi, sosial və mədəni hüquqların fiziki şəxslərə verilməsi istiqamətində işlər görməsini tələb edir.

O vaxtdan etibarən beynəlxalq səviyyədə bir çox digər müqavilələr də təklif edilmişdir. Onlar, ümumiyyətlə, insan hüquqları mexanizmləri kimi tanınırlar. Ən əhəmiyyətliləri isə aşağıdakılardır:

Beynəlxalq qurumlar

BMT-nin Baş Məclisi

Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı (BMT) universal insan hüquqlarına dair normaların universal qəbul edilən beynəlxalq yurisdiksiyasına malik yeganə çoxtərəfli hökumət təşkilatıdır.[12] BMT-nin bütün orqanları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik ŞurasınaBirləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına məsləhətçi rolu var. BMT-nin insan haqları ilə bağlı ən yüksək vəzifəli orqanı İnsan Hüquqları üzrə Ali Komissarlıqdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 1–3-cü maddələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həllində və irqindən, dilindən, cinsindən və dinindən asılı olmayaraq insan hüquqları və fundamental azadlıqlara hörmətin təşviq edilməsində beynəlxalq əməkdaşlığa nail olmaq kimi beynəlxalq mandatı var.

Beynəlxalq səviyyədə müdafiə

İnsan Hüquqları Şurası

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını əvəz etmək üçün 2005-ci il Dünya Sammitində yaradılan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası insan hüquqlarının pozulmasını araşdırmaq səlahiyyətinə malikdir.[13] İnsan Hüquqları Şurası Baş Məclisin köməkçi orqanıdır[14] və birbaşa ona hesabat verir. Qurum, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin şərh olunması ilə əlaqədar son səlahiyyətə malik olan[15] Təhlükəsizlik Şurasından iyerarxiya baxımından aşağıdadır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin gizli səsverməsi və sadə səs çoxluğu ilə seçilən şuraya yüz doqquzun bir üzvü dövlətdən 47-si daxildir. Şura Cenevrədədir və yığıncaqları ildə üç dəfə keçirilir; təcili vəziyyətlərdə isə əlavə yığıncaq keçirilir.[16]

Müstəqil ekspertlər (məruzəçilər) iddia edilən insan hüquqları pozuntularını araşdırır və Şuraya hesabat təqdim edir.

İnsan Hüquqları Şurası, hətta iş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olmasa belə, Təhlükəsizlik Şurasından işə baxılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsini xahiş edə bilər.[17]

BMT-nin müqavilə orqanları

Səlahiyyətləri birbaşa BMT Nizamnaməsindən irəli gələn siyasi qurumlardan əlavə, BMT əsas beynəlxalq insan hüquqları müqavilələrindən irəli gələn normalara və insan hüquqlarının standartlarına riayət olunmasını müşahidə edən müstəqil ekspertlərin komitələrindən ibarət olan bir sıra müqavilə əsaslı orqanlar da yaratmışdır. Həmin orqanlar müvafiq müqavilələr əsasında yaradılır və fəaliyyət göstərirlər. İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə istisnadır; belə ki, komitə əslində Paktdan irəli gələn nəzarət funksiyalarının yerinə yetirilməsi məqsədilə İqtisadi və Sosial Şuranın qətnaməsi əsasında yaradılmışdır. Belə orqanlar texniki cəhətdən müstəqil orqanlardır və praktikada Birləşmiş Millətlər Təşkilatı sistemi ilə yaxından əlaqədə olmasına və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İnsan Hüquqları Mərkəzi tərəfindən dəstəklənsə də, daha çox müqaviləyə üzv olan dövlətlər qarşısında məsuldurlar.[18]

  • İnsan hüquqları Komitəsi MSHBP-nın standartlarının tətbiqini təşviq edir. Komitənin üzvləri üzv dövlətlər haqqında fikirlərini ifadə edir və müqaviləyə Fakültativ Protokolu ratifikasiya etmiş dövlətlərə qarşı olan fərdi şikayətlər üzrə qərarlar qəbul edir. Belə qərarlar hüquqi cəhətdən məcburi deyil. Komitənin iclasları ildə üç dəfə keçirilir.[19]
  • İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə İSMHBP-a nəzarət edir və ratifikasiya edən ölkələrin fəaliyyəti barədə ümumi şərhlər edir. Qüvvəyə mindikdən sonra Fakültativ Protokola tərəf olan ölkələrə qarşı şikayətlər almaq hüququ vardır. Qeyd etmək vacibdir ki, digər müqavilə qurumlarından fərqli olaraq, İqtisadi Komitə müqavilənin tərəfi olan dövlətlər qarşısında məsul olan müstəqil qurum deyil və birbaşa İqtisadi və Sosial Şura və nəticə etibarilə Baş Məclis qarşısında hesabat verir. Bu, İqtisadi Komitənin digər müqavilə qurumları ilə müqayisədə öz fəaliyyətini nisbətən "zəif" vasitələrlə həyata keçirməsi və xüsusi çətinliklərlə üzləşdiyi anlamına gəlir.[20] Şərhçilər xüsusilə aşağıdakı çətinlikləri vurğulayırlar: müqavilə prinsiplərinin anlaşılmazlığı, müvafiq hüquqi mətnlərin və qərarların çatışmazlığı, iqtisadi, sosial və mədəni hüquqlarla əlaqədar əksər dövlətlərin fərqli mövqelərinin olması, müvafiq sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nisbətən az olması və uyğun və dəqiq informasiyanın əldə edilməsində çətinliklər.[20][21]
  • İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyaya nəzarət edir və dövlətlərin fəaliyyətini mütəmadi nəzərdən keçirir. Dövlətlərə qarşı olan fərdi şikayətlər üzrə qərarlar qəbul etsə də, belə qərarlar məcburi deyil. Konvensiyanın ciddi pozuntularının qarşısını almaq üçün dövlətlərə xəbərdarlıq edir.
  • Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya nəzarət edir. Komitə dövlətlərin fəaliyyətləri ilə bağlı hesabatlar alır və onlar barədə rəy verir. Həmçinin 1999-cu il Fakültativ Protokoluna tərəfdar olan dövlətlər əleyhinə şikayətlər üzrə qərar qəbul etmək səlahiyyəti var.
  • İşgəncə əleyhinə Komitə İşgəncə əleyhinə BMT Konvensiyasına nəzarət edir. Komitə hər dörd ildən bir dövlətlərin məruzələrini qəbul edir və rəy verir. Onun altkomitəsi Fakültativ Protokola üzv olan dövlətlərə səfər edib təhqiqat apara bilər.
  • Uşaq hüquqları Komitəsi Uşaq hüquqları Konvensiyasına nəzarət edir və hər beş ildən bir dövlətlərin məruzələrinə rəy verir. Şikayətləri qəbul etmək səlahiyyəti yoxdur.
  • Miqrant işçilər üzrə Komitə 2004-cü ildə yaradılmışdır və Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında BMT Konvensiyasının monitorinqini aparır və hər beş ildən bir dövlətlərin məruzələrinə rəy verir. Yalnız on üzv dövlət razılıq verdiyi təqdirdə xüsusi pozuntularla bağlı şikayətləri qəbul etmək səlahiyyəti vardır.
  • Əlillərin hüquqları üzrə Komitə Əlillərin hüquqlan haqqında Konvensiyaya nəzarət etmək məqsədilə 2008-ci ildə yaradılmışdır. Əlillərin hüquqlan haqqında Konvensiyaya dair Fakültativ Protokola tərəfdar olan dövlətlər əleyhinə şikayətləri qəbul etmək səlahiyyətinə malikdir.
  • Məcburi yoxaçıxmalar üzrə Komitə Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi haqqında Beynəlxalq Konvensiyaya nəzarət edir. Bütün üzv dövlətlərin müvafiq hüquqların necə tətbiq olunması barədə Komitəyə məruzə vermək öhdəliyi var. Komitə məruzələri araşdırır və üzv dövlətlərə "yekun müşahidələr" formasında narahatlıq və tövsiyələrini bildirir.

Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə əvvəllər bütün yığıncaqlarını Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında keçirsə də, hazırda Cenevrədəki BMT-nin İdarəsində keçirir; digər müqavilə orqanları da Cenevrədə toplanır. İnsan hüquqları Komitəsi mart sessiyasını adətən Nyu-Yorkda keçirir.

Regional insan hüquqları

İnsan hüquqlarını tənzimləyib təşviq edən bir çox sazişlər və regional təşkilatlar var.

Afrika

Afrika İttifaqının bayrağı

Afrika İttifaqı (Aİ) 55 Afrika dövlətindən ibarət fövqəlmilli ittifaqdır.[22] 2001-ci ildə yaradılmış Aİ-nin hədəfi, əsasən Afrika daxili münaqişələrə son verib effektiv ümumi bazarın yaradılmasına, Afrikada insan hüquqlarına, demokratiyaya, davamlı iqtisadiyyatın yaradılmasına kömək etməkdir.[23]

Afrika ölkələri 1981-ci ildə İnsan və xalqların hüquqları haqqında Xartiya qəbul edərək, insan hüquqları üzrə regional təşkilat yaradıblar. Afrika Xartiyasında kontinentin spesifikası və iştirakçı dövlətlərin vəzifələri nəzərə alınmışdır. İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasında özünütəyinetmə, müstəmləkəçilik, xarici hökmranlıqla mübarizə məsələləri, sosial-iqtisadi inkişaf, təbii sərvətlər və ehtiyatlar üzərində suveren hüquqların həyata keçirilməsi ön planda durur. Xartiyada xalqların beynəlxalq sülh və təhlükəsizlik hüququ, əlverişli ətraf mühitdə inkişaf etmək hüququ, müstəmləkəçiliyin qalıqlarının tamamilə aradan qaldırılması və Afrika xalqlarının azad inkişaf hüququ da əsas yer tutur. Xartiya İnsan və xalqların hüquqları üzrə Komissiyanın yaradılmasını da nəzərdən keçirmişdir. Bu komissiya hər il öz sessiyasını keçirir. Xartiyanın 62-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər hər iki ildən bir Xartiyada nəzərdə tutulmuş hüquq və azadlıqların təmin edilməsi üçün qəbul etdikləri qanunverici və digər tədbirlər haqqında məruzə təqdim etməlidirlər. Komissiyanın funksiyaları haqqında ümumi xüsusiyyətlər ifadə olunub. Xartiyada müzakirə olunan məruzələr üzrə bu orqanın hansı qərar qəbul etməsi, Komissiyanın səlahiyyət normaları haqqında konkret müddəalar yox dərəcəsindədir. Təcrübədə Afrika İnsan Hüquqları Komissiyası yalnız bu və ya digər hüquq və azadlıqların qanunverici təminatı haqqında tövsiyələr verə bilər.[24]

Avropa və Amerikaarası Konvensiyalardan fərqli olaraq İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasında ayrı-ayrı fərdlərin hüquqlarının pozulması haqqında məlumatlar arasında fərqlər göstərilir. Bu isə Xartiyanın 58-ci maddəsinə uyğun olaraq "xalqların və insanların hüquqlarının çoxsaylı kobud və kütləvi pozulmasının mövcudluğunu" sübut edir. Afrika Komissiyası ona təqdim olunan məlumatı öyrənərək, bu və ya digər ölkədə xalqların və insanların hüquqlarının sistemli olaraq pozulması nəticəsinə gəldikdə, bu barədə Afrika dövlət və ölkə başçılarının assambleyasına məlumat verir. Assambleyanın tapşırığı ilə komissiya bu cür hüquq pozuntularının təhqiqatını aparır və öz məruzəsində nəticələrini və tövsiyələrini əks etdirir. Mövcudluğu ərzində Komissiya insanların hüquqlarının kütləvi pozuntusuna dair onlarla məlumat almışdır. Bütün məlumatlar Afrika dövlət və hökumət başçılarının assambleyası qərar qəbul edənədək diqqətdə saxlanır. Ayrı-ayrı insan hüquq və azadlıqlarının pozulması halları haqqında informasiyaları Komissiya nəzərdən keçirmir.[24]

Afrika hüquqşünaslarından M.Keba Afrika ölkələrinin insan hüquqları sahəsində əməkdaşlığını təhlil edərək, belə qənaətə gəlmişdir ki, bu cür əməkdaşlığın əsasında inkişaf məsələləri, həmçinin, müstəmləkəçilik və irqçiliklə mübarizə durur.[24]

İnsan və xalqların hüquqları üzrə Afrika Komissiyası Afrika İttifaqının kvazi-məhkəmə orqanıdır. Komissiyaya Afrikada insan və kollektivlərin (xalqların) hüquqlarını qoruyub təbliğ etmək, Afrika Xartiyasına zidd məsələlərə nəzarət etmək və fərdi şikayətlərə baxmaq təlimatı verilib. Komissiya üç geniş sahədə məsuliyyət daşıyır.[25]

  • İnsan və xalqların hüquqlarının təbliği
  • İnsan və xalqların hüquqlarının qorunması
  • İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasının interpretasiyası

Bu məqsədlərə çatmaq üçün Komissiyaya sənədlər toplamaq, Afrikada insan və xalqların hüquqları ilə bağlı problemlər mövzusunda tədqiqatlar aparmaq, seminarlar, simpozium və konfranslar təşkil etmək, informasiya yaymaq, insan hüquqları və xalqların haqları məsələləri ilə məşğul olan milli və yerli müəssisələri təşkil etmək etmək tapşırılıb. Bundan başqa Komissiya lazım gələrsə, hökumətlərə öz fikirlərini bildirib, tövsiyələr verə bilər (Komissiyanın Nizamnaməsi, Maddə 45)[25].

İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsinin yaradılması ilə (1998-ci ildə yaradılmış və 2004-cü ilin yanvar ayında qüvvəyə minmiş Xartiyanın protokoluna uyğun olaraq), Komissiyanın qarşısında bütün işlərin məhkəmənin yurisdiksiyasına verilməsi və bunun üçün hazırlanması vəzifəsi qoyulacaq.[26] Afrika İttifaqı Assambleyasının 2004-cü il iyul ayındakı qərarına əsasən yaradılacaq İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi, Afrika Məhkəməsi ilə birləşdiriləcək.

Afrika İttifaqının məhkəməsi "ittifaqın ali məhkəmə orqanı" olmaq iddiasındadır (Afrika İttifaqı Məhkəməsinin protokolu, Maddə 2.2).[27] O, hələ yaradılmamasına baxmayaraq, İnsan və xalqların hüquqları üzrə Afrika Komissiyasının öhdəliklərini öz üzərinə götürməyi, Afrika İttifaqının ali məhkəməsi kimi fəaliyyət göstərməyi, zəruri olan bütün qanun və müqavilələri təfsir etməyi öz üzərinə götürmək niyyətindədir. İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsinin yaradılması haqqında Protokol 2004-cü ilin yanvar ayında qüvvəyə minib.[28] Lakin onun məhkəmə ilə birləşməsi yaradılmasını gecikdirdi. Məhkəmənin yaradılması ilə bağlı protokol onun 15 ölkə tərəfindən ratifikasiya olunmasından sonra qüvvəyə minəcək.[29]

Bir çox Afrika ölkəsi beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları tərəfindən insan hüquqlarının pozulması ilə bağlı ittiham olunurlar.[30]

Amerika

Amerika Dövlətləri Təşkilatı baş qərargahı ABŞ-nin Vaşinqton şəhərində yerləşən beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri Amerikanın otuz beş müstəqil dövlətidir. 1990-cı illər ərzində Soyuq müharibənin sona çatması, Latın Amerikasında demokratiyaya qayıdış və qloballaşma istiqamətində atılan addımlar ilə, ADT yeni kontekstə uyğunlaşmaq üçün özünü yenidən yaratmaq yolunda böyük işlər gördü. Onun prioritetlərinə aşağıdakılar daxildir:[31]

  • Demokratiyanı möhkəmləndirmək
  • Sülh üçün çalışmaq
  • İnsan hüquqlarını qorumaq
  • Korrupsiyaya qarşı mübarizə
  • Yerli xalqların hüquqları
  • Dayanıqlı inkişafı təşviq etmək

Amerikaarası İnsan Hüquqları Komissiyası Amerika Dövlətləri Təşkilatının müstəqil bir orqanıdır və o da Vaşinqton şəhərində yerləşir. Kosta-Rikanın San-Xose şəhərində yerləşən Amerikaarası İnsan Hüquqları Məhkəməsi ilə bir yerdə Komissiya insan hüquqlarının təbliğatı və müdafiəsi üzrə Amerikaarası sistemi təşkil edir.[32] Komissiya qitədə insan hüquqları pozuntularına dair iddiaları araşdırmaq məqsədilə ildə bir neçə dəfə mütəmadi və xüsusi sesiyalar keçirən daimi orqandır. Onun insan hüquqları üzrə vəzifələri üç sənədə əsaslanır:[33]

  • Amerika Dövlətləri Təşkilatının Nizamnaməsi
  • İnsanın hüquq və vəzifələri haqqında Amerika Bəyannaməsi
  • Amerika İnsan Hüquqları Konvensiyası

Amerikaarası İnsan Hüquqları Məhkəməsi 1979-cu ildə Amerika İnsan Hüquqları Konvensiyasının müddəalarını tətbiq etmək və şərh etmək məqsədilə yaradılmışdır. Odur ki, iki əsas funksiyası qərar qəbul etmək və məsləhət xarakterli rəy verməkdir. Birinci halda məhkəməyə ünvanlanmış xüsusi xarakterli işlərə baxır və qərar qəbul edir. İkinci halda isə ADT-nin orqanları və üzv dövlətlər tərəfindən məhkəmənin diqqətinə çatdırılmış hüquqi şərhlərlə bağlı rəy verir.[34]

Asiya

Asiya Dialoqunun üzvlərinin artması. Qeyd edək ki, Çin Respublikası (Tayvan) üzv dövlətlər tərəfindən Çin Xalq Respublikasının tərkib hissəsi kimi qəbul edilir və tanınır, lakin de-fakto hər hansı üzvlüyü yoxdur.

Asiya çərçivəsində insan hüquqlarının təşviqi və müdafiəsi ilə əlaqədar təşkilat və konvensiya mövcud deyil. Asiya ölkələri insan hüquqlarına və onların müdafiəsinə yanaşmalarında əhəmiyyətli dərəcədə fərqlənirlər.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN)[35] 1967-ci ildə İndoneziya, Malayziya, Filippin, SinqapurTayland tərəfindən yaradılmış Cənub-Şərqi Asiyada yerləşən 10 ölkənin coğrafi-siyasi və iqtisadi təşkilatıdır.[36] İndi təşkilata həm də Bruney Sülh Dövləti, Vyetnam, Laos, MyanmaKamboca daxildir.[35] 2009-cu ilin oktyabrında ASEAN İnsan Hüquqları Hökumətlərarası Komissiyasının açılışı edildi və sonradan ASEAN İnsan Hüquqları Bəyannaməsi ASEAN üzvləri tərəfindən 18 noyabr 2012-ci ildə yekdilliklə qəbul edildi.

22 may 2004-cü ildə Ərəb Dövlətləri Liqasının Şurası tərəfindən İnsan Hüquqalrı haqqında Ərəb Xartiyası qəbul edilmişdir.

Avropa

1949-cu ildə əsası qoyulan Avropa Şurası Avropada inteqrasiya üçün çalışan ən qədim təşkilatdır. O, beynəlxalq ümumi hüquqla tanınmış hüquqi şəxs statusuna malik beynəlxalq təşkilatdır və BMT-də müşahidəçi statusuna malikdir. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərində yerləşir. Avropa Şurası Avropa İnsan Hüquqları KonvensiyasıAvropa İnsan Hüquqları Məhkəməsi üçün cavabdehdir.[37] Bu qurumlar Şuranın üzvlərini insan hüquqlarına bağlı edir; bu normalar nə qədər ciddi olsa da, insan hüquqları ilə bağlı BMT sənədlərindəki normalardan daha "yumşaq"dır. Şura həmçinin Regional və ya azlıq dilləri haqqında Avropa XartiyasınıAvropa Sosial Xartiyasını da təbliğ edir.[38] Üzvlük Avropaya inteqrasiya etməyə çalışan, hüququn aliliyi prinsipini qəbul edən və demokratiya, əsas insan hüquq və azadlıqlarına zəmanət vermək niyyətində olan və onları təmin edə biləcək bütün Avropa dövlətlərinə açıqdır.[39]

Avropa Şurası Avropa İttifaqından ayrıdır, lakin sonuncunun Avropa Konvensiyasına və potensial olaraq Şuranın özünə daxil olması gözlənilir. Avropa İttifaqının həmçinin özünün ayrıca insan hüquqları sənədi də var: Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası.[40]

Avropa İnsan Hüquqları Konvensiyası 1950-ci ildən etibarən Avropada insan hüquqları və əsas azadlıqlarını müəyyən və təmin edir.[41] Avropa Şurasının bütün 47 üzv dövləti Konvensiyanı imzaladığından Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin yurisidiksiyasına tabedirlər.[41] İşgəncə və qeyri-insani və alçaldıcı rəftarın (Konvensiyanın 3-cü maddəsi) qarşısını almaq məqsədilə İşgəncə əleyhinə Avropa Komitəsi yaradılmışdır.[42]

İnsan hüquqlarının təsnifatı

İnsan hüquqlarının üç nəsli

İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. İnsan hüquqlarının ən sadə təsnifatı onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universal və regional səviyyədə bağlanan müqavilələr çox zaman bu bölgüyə uyğunlaşdırılır. Geniş yayılmış daha bir təsnifat isə tarixi meyara söykənir. Söhbət 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü çex-fransız alimi Karel Vasak tərəfindən irəli sürülmüş "insan hüquqlarının üç nəsli" konsepsiyasından gedir. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.

İnsan hüquqları nəzəriyyəsi Qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-də indiyə kimi, "due process of law" deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcəli hüquqlar orada yenə əsasdır. Məlumdur ki, sosial hüquq dövləti anlayışı hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsələn, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmırdı. Bunun əksinə ABŞ-də isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunmalı hüquqlar hesab edilmir.

Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full-belly thesis ("dolu qarın" tezisi) də deyilir). Məhz buna görə, Ümumdünya İnsan hüquqları Bəyannaməsi 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların Ümumdünya İnsan hüquqları Bəyannaməsində yer almasının səbəbi ondan irəli gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin mümkün olacağına dair qənaət hakimdir.

I nəsil

Birinci nəsil insan hüquqlarına mülki və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məşhur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdır. Bu hüquqlar əsasən aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; sərbəst toplaşmaq hüququ; birləşmək hüququ; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; və s.

Mülki və siyasi hüquqlar Avropa İnsan Hüquqları Konvensiyasında, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 3–21-ci maddələrində, habelə 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapıb.

Şəxsi hüquqlar

Şəxsi hüquqlar hər kəsə aiddir, çox vaxt bu hüququ mülki hüquqlar ilə qarışdırsalar belə, bu hüquqlar vətəndaşlıqdan asılı olmayaraq hər kəsə aiddir. Bu hüquqa vətəndaşlığından, cinsindən, yaşından, irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, doğulduğu andan hər kəs sahibdir. İnsan həyatının, ləyaqət və azadlığının qorunması üçün bu hüquq olduqca vacibdir. Şəxsi hüquqlara aşağıdakılar aiddir:

  • Yaşamaq hüququ
  • Yalnız məhkəmə tərəfindən cəza almaq hüququ məhkəmədən kənar cəzalar qadağandır.
  • Şəxsiyyətin toxunulmazlığı
  • Hərəkət və yaşayış yeri seçmək azadlığı
  • Mənzil toxunulmazlığı
  • Yazışma toxunulmazlığı
  • Məcburi əməyin qadağası
  • Mülkiyyətin toxunulmazlığı (Bəzən bu hüquq iqtisadi hüquqlara aid edilir. Fransada Böyük Fransa inqilabından etibarən şəxsin əsas hüquqlarından biri kimi qəbul edilir.)
  • Şəxsin ləyaqət hüququ
  • Vicdan və din azadlığı
  • Şəxsiyyətin fərdi hüquqlarının tanınması
  • Sığınacaq hüququ
  • Vətəndaşlıq hüququ
  • Ailə qurmaq hüququ
  • Əmlaka sahib olmaq hüququ
Siyasi hüquq və azadlıqlar

Siyasi hüquq və azadlıqlar şəxsi, sosial, iqtisadi və digər hüquqlardan fərqlənir. Çünki bu hüquq sahibləri mövcud dövlətin vətəndaşları olub onunla əlaqədə olurlar. Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının mühüm kateqoriyasıdır. Onlar insanın həm fərdi, həm də kollektiv şəkildə dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bununla da dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır. Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər. Dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi, demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar mədəni cəmiyyətin məcburi elementləridir. Şəxsi hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi təzahür etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi ondan ibarətdir ki, onlar dövlət və vətəndaş arasında münasibətlərin möhkəmləndirilməsi üçün şərait yaradılmasına xidmət edirlər[43].Siyasi hüquq və azadlıqlara bunlar aiddir:

  • Qanun qarşısında bərabərlik təbəqələrin olmaması
  • Vicdan azadlığı hüququ vətəndaşların istədikləri dinə etiqad etmək və ya heç bir dini qəbul etməmək hüququ.
  • SözMətbuat azadlığı senzuraya qadağa
  • Sərbəst toplaşmaq azadlığı insanların öz düşüncələrini ifadə etmək, təbliğ etmək, davam etdirmək və müdafiə etmək məqsədilə siyasi və ictimai fəallığını həyata keçirmək azadlığı.
  • Birləşmək azadlığı birləşmək, ittifaq qurmaq azadlığı.
  • Tətil etmək hüququ hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
  • Müraciət etmək hüququ vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
  • Dövlətin idarə edilməsində iştirak etmək hüququ.

II nəsil

XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında insan hüquqlarının ikinci nəsil – sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və İkinci Dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 22–28-ci maddələrində; 1961-ci il Avropa Sosial Xartiyasında; 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda və s.) ayrıca təsbit olunur. Burada söhbət əsas etibarilə aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqı yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sətvətlərdən istifadə etmək hüququ və s.

Ümumdünya İnsan hüquqları Bəyannaməsində hər iki nəsil hüquqlar birləşdirildiyi halda, 1966-cı il Paktlarında onların ayrı sənədlərdə tənzimlənməsinin səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin həm ideoloji, həm də iqtisadi yönləri var: hər dövlətin şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz vətəndaşlarına bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərlə tənzimləndi.

Sosial-iqtisadi hüquqlar

Sosial-iqtisadi hüquqlar fərdin sosial-iqtisadi həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddir. Bu hüquqlar insanın iş və məişət, məşğulluq, həyat səviyyəsi, sosial müdafiəsi sahəsində vəziyyətini müəyyən edir. Onların həcmi, həyata keçirilməsi səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və buna görə də onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər. Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarından hamının bu hüquqdan bərabər imkanlarla yararlanmasını təmin etməklə istifadə etsin. İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst sərəncam vermək imkanını təmin edirlər. Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edirlər.

İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:

  • Əmək hüququ
  • Ailə hüququ, analıq hüququ, atalıq hüququ, uşaqlıq hüququ
  • Sosial təminat hüququ
  • Mülkiyyət hüququ
  • Sağlamlığın qorunması və tibbi yardım hüququ
  • Səkkiz saatlıq iş hüququ, ədalətli iş şəraiti, dəyəri bərabər əməyə görə bərabər ödəniş hüququ.
Mədəni hüquqlar

Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi, mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmağa kömək edir. Mədəni hüquqlara aşağıdakılar aiddir:

  • Ana dilindən istifadə hüququ Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
  • Təhsil almaq hüququ Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
  • İncəsənət və elmlə məşğul olmaq azadlığı Hər kəs istədiyi növ incəsənət və elmlə məşğul ola bilər.
  • Tədris etmək azadlığı.
Ekoloji hüquqlar
  • Əlverişli ətraf mühit hüququ
  • Ətraf mühitin vəziyyətinə dair etibarlı məlumatların əldə edilməsi hüququ
  • Ekoloji qanun pozuntuları nəticəsində sağlamlığa və ya əmlaka dəyən ziyanın ödənilməsi hüququ.

III nəsil

XX əsrin 80-ci illərində təsnifata üçüncü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara kollektiv hüquqlarhəmrəylik hüquqları da deyilir. Lakin bu nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. Üçüncü nəsil hüquqların yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna yox, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Lakin göstərilən hüquqlar tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyldir.

Üçüncü nəsil hüquqlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşmanın olmaması ilə izah edilir.[44]

Təbii və qanuni hüquqlar

Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Belə adlanma anqlo-sakson hüququndan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır: onlar insan əxlaqından ayrılmazdır və davranış və ya inanclara bağlı deyil. Təbii hüquqlar təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Tomas Akvinat başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.[45]

Aristotelə çox zaman təbii hüququn atası deyilir,[46] bununla bağlı sübutlara əsasən Tomas Akvinatın əsərlərinə dair şərhlər səbəb olur.[47] Təbii ədalətin təbii hüquqlardan birinə çevrilməsini isə adətən stoaçılarla əlaqələndirirlər.[48]

Təbii hüquq anlayışını qanuni hüquq anlayışı ilə müqayisə etmək mümkündür.[49] Qanuni hüquq dövlət, ya da cəmiyyət tərəfindən vətəndaşların mənfəəti üçün yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq öz-özünə var olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, yəni iqtisadi və sosial hüquqları aid etmək olar. Fransız inqilabının məhsulu olan 1789-cu il tarixli İnsan və vətəndaş hüquqları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdir.

Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da Con Lokk kimi alimlər təbii hüquqlar arasında görüb, Tomas Cefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Russo mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbs və Lokk ilə bərabər ictimai müqavilə nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmağı təbii hüquqlardan sayıb; mütəfəkkirə görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna misal olaraq, 2009-cu ilin yanvar ayında İspaniya Ali Məhkəməsinin verdiyi qərarı qeyd etmək olar: İsrail hökumətinin bəzi üzvləri, Müdafiə Naziri Binyamin Ben-Eliezer kimi, 2002-ci ildə Qəzzada 15 mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insanlığa qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu.[50] Birinci nəsil hüquqların bir digər adı da "klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlandırılır ki, bunlar uğrunda mübarizə XVIII əsrin əvvəllərindən bəri daha da artmışdır.

Təbii hüquqlardan başqa, elə amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük bir məna və əhəmiyyət kəsb etmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana bilməz.

Pozitiv və neqativ hüquqlar

İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, onları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur.

Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməlidir; bu, neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.

İnsan hüquqları günü

XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmuşdur. Bununla əlaqədar olaraq, 1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

Bəyannamə 10 dekabr 1948-ci ildə Parisdə BMT Baş Assambleyasının 183-cü plenar iclasında qəbul edilmişdir.[51][52]

Həmçinin bax

İstinadlar

  1. Houghton Miffin Company (2006)
  2. Moyn, 2010. səh.8
  3. "Ex Parte Milligan, 71 U.S. 2, 119. (full text)" (PDF). December 1866. 7 March 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 December 2007.
  4. Eleanor Roosevelt: Address to the United Nations General Assembly Arxivləşdirilib 2017-06-22 at the Wayback Machine 10 dekabr 1948 in Paris, France
  5. (A/RES/217, 10 December 1948 at Palais de Chaillot, Paris)
  6. Glendon, Mary Ann. "The Rule of Law in The Universal Declaration of Human Rights". Northwestern University Journal of International Human Rights. 2 (5). July 2004. 2011-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  7. Glendon (2001)
  8. Ball, Gready (2007) p.34
  9. Ball, Gready (2007) p.35
  10. This does not include the Vatican, which although recognised as an independent state, is not a member of the UN.
  11. Ball, Gready (2007) p.37
  12. Ball, Gready (2007) p.92
  13. "United Nations Rights Council Page". United Nations News Page. 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.
  14. "The United Nations System" (PDF). 2008-01-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-22.
  15. UN Charter, Article 39
  16. Ball, Gready (2007) p.95
  17. The Security Council referred the human rights situation in Darfur in Sudan to the ICC despite the fact that Sudan has a functioning legal system
  18. Shaw, 2008. p.311
  19. "OHCHR | Introduction of the Committee". www.ohchr.org (ingilis). 7 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2017.
  20. Shaw, 2008. p.309
  21. Alston, ed. by Philip. The United Nations and human rights : a critical appraisal (1. issued as pbk.). Oxford: Clarendon Press. 1992. səh. 474. ISBN 978-0-19-825450-8. ([[:Category:|link]])[[Category:]]
  22. "AU Member States". African Union. 2008-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  23. "AU in a Nutshell". 2007-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  24. Vahid Ömərov. "İnsan Hüquqlarına dair Amerikaarası Konvensiya və İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyası". sesqazeti.az. 10 Sentyabr 2015. 6 Fevral 2019 tarixində arxivləşdirilib.
  25. "Mandate of the African Commission on Human and Peoples' Rights". 2008-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  26. "PROTOCOL TO THE AFRICAN CHARTER ON HUMAN AND PEOPLES` RIGHTS ON THE ESTABLISHMENT OF AN AFRICAN COURT ON HUMAN AND PEOPLES` RIGHTS". 2012-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  27. "PROTOCOL OF THE COURT OF JUSTICE OF THE AFRICAN UNION" (PDF). African Union. 2011-07-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  28. "Open Letter to the Chairman of the African Union (AU) seeking clarifications and assurances that the Establishment of an effective African Court on Human and Peoples' Rights will not be delayed or undermined" (PDF). Amnesty International. 5 Avqust 2004. 2008-02-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  29. "African Court of Justice". African International Courts and Tribunals. 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  30. "Human Rights Watch Africa". 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2008.
  31. "OAS Key Issues". 3 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2008.
  32. "Directory of OAS Authorities". Organization of American States. 20 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2008.
  33. "What is the IACHR?". Inter-Americal Commission on Human Rights. 14 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2008.
  34. "Inter-American Court on Human Rights homepage". Inter-American Court on Human Rights. 27 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2008.
  35. "Overview ASSOCIATION OF SOUTHEAST ASIAN NATIONS". 11 November 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2008.
  36. Bangkok Declaration. Wikisource. Retrieved 14 mart, 2007
  37. "Council of Europe Human Rights". Council of Europe. 2010-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-04.
  38. "Social Charter". Council of Europe. 29 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2008.
  39. "The Council of Europe in Brief". 16 May 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2008.
  40. Juncker, Jean-Claude. "Council of Europe – European Union: "A sole ambition for the European Continent"" (PDF). Council of Europe. 11 April 2006. 1 May 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 January 2008.
  41. "Historical Background to the European Court of Human Rights". European Court of Human Rights. 22 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2008.
  42. "About the European Committee for the Prevention of Torture". European Committee for the Prevention of Torture. 2 January 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2008.
  43. "İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı". kayzen.az. 22 may 2012. 25 March 2022 tarixində arxivləşdirilib.
  44. Fərhad Mehdiyev, Nəzəriyyə və Təcrübədə İnsan Hüquqları, Bakı 2009, s.7.
  45. Əliyev Əmir, Müasir Beynəlxalq Hüquqda İnsan Hüquqları, Əhali və Miqrasiya Problemləri, NAT Co Publishing, Baki 2007, s.10.
  46. Shellens (1959)
  47. Jaffa (1979)
  48. Sills (1968, 1972) Natural Law
  49. David P. Forsythe, Human Rights in International Relations, Cambridge University Press, 2000, s.29
  50. CNN Europe, 30.01.2009
  51. "Universal Declaration of Human Rights". https://web.archive.org/web/20231221160434/https://www.ohchr.org/en/universal-declaration-of-human-rights. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21. (#first_missing_last)
  52. "Universal Declaration of Human Rights" (PDF). https://documents-dds-ny.un.org/doc/RESOLUTION/GEN/NR0/043/88/PDF/NR004388.pdf?OpenElement. 2022-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-21. (#first_missing_last)

Ədəbiyyat

  • Amnesty International (2004). Amnesty International Report Arxivləşdirilib 2006-11-10 at the Wayback Machine. Amnesty International Publications. ISBN 0-86210-354-1 ISBN 1-887204-40-7
  • Alexander, Fran (ed) (1998). Encyclopedia of World History. Oxford University Press. ISBN 0-19-860223-5
  • Alston, Philip (2005). "Ships Passing in the Night: The Current State of the Human Rights and Development Debate seen through the Lens of the Millennium Development Goals". Human Rights Quarterly. Vol. 27 (No. 3) p. 807
  • Arnhart, Larry (1998). Darwinian Natural Right: The Biological Ethics of Human Nature SUNY Press. ISBN 0-7914-3693-4
  • Ball, Olivia; Gready, Paul (2007). The No-Nonsense Guide to Human Rights. New Internationalist. ISBN 1-904456-45-6
  • Barzilai, Gad. (2003). Communities and Law: Politics and Cultures of Legal Identities. Ann Arbor: University of Michigan Press. ISBN 0-472-11315-1
  • Chauhan, O.P. (2004). Human Rights: Promotion and Protection. Anmol Publications PVT. LTD. ISBN 81-261-2119-X.
  • Cook, Rebecca J.; Fathalla, Mahmoud F. (September 1996). "Advancing Reproductive Rights Beyond Cairo and Beijing". International Family Planning Perspectives Vol.22 (No.3): p. 115–121
  • Davenport, Christian (2007a). State Repression and the Domestic Democratic Peace. New York: Cambridge University Press. ISBN 0-521-86490-9
  • Davenport, Christian (2007b). State Repression and Political Order. Annual Review of Political Science.
  • Donnelly, Jack. (2003). Universal Human Rights in Theory & Practice. 2nd ed. Ithaca & London: Cornell University Press. ISBN 0-8014-8776-5
  • Ellerman, David (2005). Helping People Help Themselves: From the World Bank to an Alternative Philosophy of Development Assistance. Ann Arbor: University of Michigan Press. ISBN 0-472-03142-2
  • Esposito, John L. (2004). The Oxford Dictionary of Islam. Oxford University Press. ISBN 0-19-512559-2
  • Esposito, John L. (2005). Islam: The Staight Path. Oxford University Press. ISBN 0-19-518266-9
  • Finnis, John (1980). Natural Law and Natural Rights Oxford: Clarendon Press. ISBN 0-19-876110-4
  • Forsythe, David P. (2000). Human Rights in International Relations. Cambridge: Cambridge University Press. International Progress Organization. ISBN 3-900704-08-2
  • Forsythe, David P. (2005). The Humanitarians: The International Committee of the Red Cross Cambridge University Press. ISBN 0-521-84828-8
  • Freedman, Lynn P.; Isaacs, Stephen L. (Jan–Feb 1993). "Human Rights and Reproductive Choice". Studies in Family Planning Vol.24 (No.1): p. 18–30
  • Ignatieff, Michael (2001). Human Rights as Politics and Idolatry. Princeton & Oxford: Princeton University Press. ISBN 0-691-08893-4
  • Glendon, Mary Ann (2001). A World Made New: Eleanor Roosevelt and the Universal Declaration of Human Rights. Random House of Canada Ltd. ISBN 0-375-50692-6
  • Haddad, Yvonne Yazbeck; Esposito, John L. (1998) Islam, Gender, and Social Change. Oxford University Press US. ISBN 0-19-511357-8
  • Hitchens, Christopher (2002). The Trial of Henry Kissinger. Verso. ISBN 1-85984-398-0
  • Houghton Miffin Company (2006). The American Heritage Dictionary of the English Language. Houghton Miffin. ISBN 0-618-70173-7
  • Jaffa, Harry V. (1979). Thomism and Aristotelianism; A Study of the Commentary by Thomas Aquinas on the Nicomachean Ethics Greenwood Press. ISBN 0-313-21149-3 (reprint of 1952 edition published by University of Chicago Press)
  • Jahn, Beate (2005). "Barbarian thoughts: imperialism in the philosophy of John Stuart Mill". Review of International Studies 13 June 2005 31: 599–618 Cambridge University Press
  • Jones, Lindsay. Encyclopedia of religion, second edition. ISBN 0-02-865742-X
  • Joseph, Suad; Najmabadi, Afsaneh (eds) (2007). Encyclopedia of Women & Islamic Cultures. Brill Publishing. ISBN 90-04-12818-2
  • Kennedy, Duncan (1982). Legal Education and the Reproduction of Hierarchy. Journal of Legal Education Vol.32 (No. 591)
  • Khadduri, Majid (1978). "Marriage in Islamic Law: The Modernist Viewpoints". American Journal of Comparative Law Vol. 26 (No. 2): pp. 213–218.
  • Köchler, Hans (1981). The Principles of International Law and Human Rights. hanskoechler.com
  • Köchler, Hans. (1990). "Democracy and Human Rights". Studies in International Relations, XV. Vienna: International Progress Organization.
  • Kohen, Ari (2007). In Defense of Human Rights: A Non-Religious Grounding in a Pluralistic World. Routledge. ISBN 0-415-42015-6, ISBN 978-0-415-42015-0
  • Landman, Todd (2006). Studying Human Rights. Oxford and London: Routledge ISBN 0-415-32605-2
  • Bernard Luis (1992). Race and Slavery in the Middle East: An Historical Enquiry. Oxford University Press. ISBN 0-19-505326-5
  • Bernard Luis (21 yanvar 1998). "Islamic Revolution". The New York Review of Books Vol.34 (Nos. 21 & 22)
  • Light, Donald W. (2002). "A Conservative Call For Universal Access To Health Care Arxivləşdirilib 2005-01-19 at the Wayback Machine" Penn Bioethics Vol.9 (No.4) p. 4–6
  • David Littman (1999). "Universal Human Rights and 'Human Rights in Islam'". Midstream Magazine Vol. 2 (no.2) pp. 2–7
  • Bashir Maan; McIntosh, Alastair (1999). "Interview with William Montgomery Watt" The Coracle Vol. 3 (No. 51) pp. 8–11.
  • Mayer, Henry (2000). All on Fire: William Lloyd Garrison and the Abolition of Slavery. St Martin's Press. ISBN 0-312-25367-2
  • McAuliffe, Jane Dammen (ed) (2005). Encyclopaedia of the Qur'an: vol 1–5 Brill Publising. ISBN 90-04-14743-8. ISBN 978-90-04-14743-0
  • McLagan, Meg (2003) "Principles, Publicity, and Politics: Notes on Human Rights Media". American Anthropologist. Vol. 105 (No. 3). pp. 605–612
  • Hershock, Peter D; Ames, R.T.; Stepaniants, M. (eds). Technology and Cultural Values on the Edge of the Third Millennium. (Selected papers from the 8 th East-West Philosophers Conference). Honolulu: U of Hawai’i Press, 2003. 209–221.
    • Möller, Hans-Georg (2003). How to Distinguish Friends from Enemies: Human Rights Rhetoric and Western Mass Media.
  • Nathwani, Niraj (2003). Rethinking Refugee Law. Martinus Nijhoff Publishers. ISBN 90-411-2002-5
  • Paul, Ellen Frankel; Miller, Fred Dycus; Paul, Jeffrey (eds) (2001). Natural Law and Modern Moral Philosophy Cambridge University Press. ISBN 0-521-79460-9
  • Clayton, Philip; Schloss, Jeffrey (2004). Evolution and Ethics: Human Morality in Biological and Religious Perspective Wm. B. Eerdmans Publishing. ISBN 0-8028-2695-4
  • Robertson, Arthur Henry; Merrills, John Graham (1996). Human Rights in the World: An Introduction to the Study of the International Protection of Human Rights. Manchester University Press. ISBN 0-7190-4923-7.
  • Salevao, Lutisone (2005). Rule of Law, Legitimate Governance and Develoment in the Pacific. ANU E Press. ISBN 1-920942-55-6
  • Scott, C. (1989). "The Interdependence and Permeability of Human Rights Norms: Towards a Partial Fusion of the International Covenants on Human Rights". Osgood Law Journal Vol. 27
  • Sills, David L. (1968, 1972) International Encyclopedia of the Social Sciences. MacMillan.
  • Shellens, Max Salomon. 1959. "Aristotle on Natural Law." Natural Law Forum 4, no. 1. Pp. 72–100.
  • Schimmel, Annemarie (1992). Islam: An Introduction. SUNY Press. ISBN 0-7914-1327-6
  • Sen, Amartya (1997). Human Rights and Asian Values. ISBN 0-87641-151-0.
  • Shute, Stephen & Hurley, Susan (eds.). (1993). On Human Rights: The Oxford Amnesty Lectures. New York: BasicBooks. ISBN 0-465-05224-X
  • Steiner, J. & Alston, Philip. (1996). International Human Rights in Context: Law, Politics, Morals. Oxford: Clarendon Press. ISBN 0-19-825427-X
  • Sunga, Lyal S. (1992) Individual Responsibility in International Law for Serious Human Rights Violations, Martinus Nijhoff Publishers. ISBN 0-7923-1453-0
  • Tierney, Brian (1997). The Idea of Natural Rights: Studies on Natural Rights, Natural Law, and Church Law. Wm. B. Eerdmans Publishing. ISBN 0-8028-4854-0
  • Tunick, Mark (2006). "Tolerant Imperialism: John Stuart Mill's Defense of British Rule in India". The Review of Politics 27 October 2006 68: 586–611 Cambridge University Press
  • Vaughn, Karen I. (1978) "John Locke and the Labor Theory of Value" Journal of Libertarian Studies. Vol. 2 (No. 4) pp. 311–326

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.