İnqilab Quliyev
İnqilab Çingiz oğlu Quliyev (d. 1983; Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
İnqilab Quliyev | |
---|---|
İnqilab Çingiz oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | Kapitan |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Həyatı
Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub. İnqilab Quliyev ailəli idi; iki oğlu yadigar qalıb.
Hərbi xidməti
Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
İnqilab Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.