İnnovasiyalar Agentliyi (Azərbaycan)

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs:

  • Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edir;
  • Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirir;
  • Fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərir, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edir, onlara maliyyə dəstəyi verən innovasiya təşəbbüskarlığını təbliğ edir.
İnnovasiyalar Agentliyi
  • İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Yaradılma tarixi 11 oktyabr 2021
Baş qərargah Bakı, Azərbaycan
Rəhbərlik
İdarə Heyətinin sədri İnarə Vəliyeva

Rəsmi saytı idda.az

Yaranması

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Məqsəd və vəzifələri

Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.

İstinadlar

    https://mincom.gov.az/en/view/organization/35/ https://president.az/az/articles/view/57665

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.