İngiltərə tarixi
İngiltərə tarixi german tayfalarının — anqllar, sakslar, yutlar, frizlərin işğalları və onların bir sıra erkən feodal dövlətlərinin yaradılması ilə başlanır.
Feodalizm dövrü
XI-XV əsrlər
1066-cı ildə Normandiya hersoqu Vilhelm Fatehin İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La Manşı keçdi. Qastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.
Şəxsən azad olan kəndlilər təhkimli kimi qeydə alındılar. Vergilərin ağırlığına baxmayaraq, şəhərlilər kralı müdafiə edirdilər. Onlar «yüz zülmkardansa, bir zülmkarın olmasını» üstün tuturdular. Kəndlilər feodallara qarşı mübarizəni dayandırmadılar. Onlar meşələrə qaçırdılar. Onları «azad oxatanlar» adlandırır, xalq XIV əsrdə onlara nəğmələr - balladalar qoşmuşdu. Balladaların qəhrəmanı Robin Qud idi.
XII əsrdə İngiltərə kralı II Henrinin (1154-1189) islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.
İngiltərə parlamentinin yaranması
XIII əsrdə İngiltərə kralı qüdrətli hakimiyyətə malik idi. Bundan istifadə edən kral öz vassallarından çoxlu ödənişlər, şəhərlilərdən ağır vergilər aldı. İri feodallar, cəngavər və şəhərlilər krala qarşı çıxdılar. Kəndlilər bundan istifadə edib malikanələri dağıtmağa başladı. Bundan qorxuya düşən feodallar barışmağa məcbur oldular.
Belə bir şəraitdə 1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr (icmalar) palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.
İngiltərə cəngavərləri ilə şəhərliləri arasında Fransada olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. Fransada olduğu kimi, XIII-XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.
Uot Tayler üsyanı
XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.
İngiltərədə feodal zülmünün güclənməsi, yoxsullar haqqında amansız qanunların verilməsi, vergilərin artırılması Uot Tayler üsyanına səbəb oldu. 1381-ci ildə Uot Taylerin başçılığı ilə kəndli üsyanı başlandı. Londonun şimalında bir neçə kəndin əhalisinin vergi yığanlara və kral məmurlarına divan tutması üsyan üçün siqnal oldu. Üsyançı kəndlilərə sənətkar,Yüzillik müharibənin iştirakçısı Uot Tayler başçılıq edirdi. Üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral Tauer qəsrində gizləndi. Xalq qəsri mühasirəyə aldı, kral kəndlilərlə görüşməyə məcbur oldu.
Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması tələblərini krala verdilər. Kral bu vədlərin yerinə yetirilməsinə söz verdi. Lakin Uot Tayler başda olmaqla ardıcıl üsyançılar kralla yenidən görüşdülər və 2-ci tələblərini irəli sürdülər. İcmaların əlindən alınmış örüşlərin və meşələrin geri qaytarılmasını, yepiskopların və monastırların torpaqlarının müsadirə olunub kəndlilər arasında bölüşdürülməsini, İngiltərədə bütün adamlara hüquq bərabərliyi verilməsini tələb etdilər. Danışıq zamanı əyanlar Uot Tayleri öldürdülər. Con Boll edam edildi, üsyançılara divan tutuldu.
Üsyan məğlub oldu. Çünki kəndlilər arasında birlik və mütəşəkkillik yox idi,onlarda yaxşı krallara inam güclü idi. Lakin üsyan nəticəsiz qalmadı: XIV əsrdə bütün kəndlilərin ödənc müqabilində şəxsi asılılıqdan azad olması başa çatdı, feodallar kəndliləri bir daha biyara cəlb edə bilmədilər, yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.
Al qızılgül və ağ qızılgül müharibələri
Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il (1455-1485) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485-1509) qalib gəldi və Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. XV əsrin sonu - XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.
XVI-XVII əsrlər
XVI əsrdə mahud istehsalı kəndlərdə də yayılırdı. Varlı adamlar yunu və dəzgahı kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarırdı. Varlı adamlar ustaları kənddə bir emalatxanaya toplayırdılar. Beləliklə, usta kəndlilər indi varlı adamların düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanın sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturası adlanırdı. Sənətkarlar manufakturalarda işləməyə başladılar. Yoxsullar, şagirdlər və usta köməkçiləri manufakturada muzdlu fəhləyə çevrildilər.
Əsasən əl əməyindən istifadə edən müəssisələr manufaktura adlanır. Manufakturada əmək bölgüsü var idi. Əmək məhsuldarlığı yüksək idi. Manufaktura sahibləri, tacirlər, bütün dövlət adamları muzdlu fəhlələrin əməyi hesabına varlanan burjuaziyaya çevrildilər. Burjuaziyanın pulu, müəssisəsi, malı var idi. Muzdlu fəhlələr şəxsən azad idilər. Manufaktura əl əməyinə, fəhlələr arasında əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsi idi. Manufaktura emalatxanadan onunla fərq bu idi ki, manufaktura sahibi işləmir, ancaq manufakturanı idarə edirdi. Emalatxana sahibi isə işləyirdi. Manufakturanın meydana gəlməsi ilə yanaşı, iki yeni sinif,- yəni burjuaziya və muzdlu fəhlə sinifləri də yarandı.
Sənaye
Bütün XVI əsr boyu İngiltərədə əhalinin sabit artımı baş verir. Xüsusilə şəhər əhalisi artırdı. London Avropanın meqapolislərindən birinə çevrilmişdi, onun əhalisi XVII əsrin ortalarına doğru 500 minə çatırdı. Birmingem, Mançester, York, Qloster iri ticarət və sənətkarlıq mərkəzləri idi.
XVII əsrin I yarısında ingilis iqtisadiyyatının yüksəlişinə təkan verən amilllərdən biri – daxili bazarın mövcud olması idi. İngilis istehsalının başlıca sahəsi mahudçuluq idi. Milli ixracın təx. 80 %-ni mahud təşkil edirdi. Toxuculuq texnikasında əhəmiyyətli irəliləyişlər baş vermişdi. İstehsal olunan parçaların növləri də genişlənmişdi və müxtəlif bazarların tələbatını ödəməyə xidmət edirdi; məs., təkcə mahudun 14 əsas növünün adı mənbələrdə çəkilir. Fransadan və Niderlanddan olan mühacir-sənətkarlar İngiltərədə ipək parça istehsalının əsasını qoymuşdular.
Manufakturaların meydana gəlməsi də toxuculuq istehsalının yüksəlişini doğururdu. Artıq XV əsrin sonu iri mərkəzləşmiş manufakturalar yaranır. İşçi qüvvəsi əsasən şəhərə köçən kəndlilərdən, qadınlardan və müflisləşmiş sənətkarlardan yığılırdı. Xammalın qiymətinin qalxması sənətkarların müflisləşməsini sürətləndirirdi.
XVI əsrin ortalarından etibarən dağ-mədən sənayesində və metaləritmədə də yüksəliş nəzərə çarpır. Tacirlərin, varlı şəhərlilərin və zadəganların böyük bir hissəsi öz kapitalını məhz bu sahələrə qoyurdu. Əsrin sonuna doğru İngiltərə Avropa ölkələrinə ən iri ixracatçısına çevrilir. Dəmir və polad keyfiyyətinin artması nəticəsində ölkə odlu silah istehsalının da böyük ixracatçısı olur. Bütün bu sahələrdə manufaktura geniş yayılır. Metallurgiyanın artan tələbatı İngiltərədə domna peçlərində daş kömürün geniş istifadəsinə gətiribi çıxarır.
İngilis gəmiqayırma işi böyük uğurlar qazanır. Hərbi və ticarət gəmilərinin keyfiyyəti İngiltərəni iri dəniz dövlətlərindən birinə çevirir.
İngilis istehsalındakı mühüm yeniliklər ticarətin xarakterində də əks olunur. Əgər XV əsrdə ingilislər yun və emal olunmamış mahud ixrac edirdisə, XVI əsrdə bu, artıq yüksək keyfiyyətli emal olunmuş mahud ixracı idi. İngilis metalının əsas alıcıları Fransa, Aralıq dənizi ölkələri, odlu silah alıcıları isə – İspaniya və onun müstəmləkələri idi.
İngilis kompaniyaları içərisində səhmdar cəmiyyətlər meydana gəlir. Bu kompaniyalarda payçılar öz vəsaitlərini birləşdirir, mal alır, gəmilər yola salır, daha sonra qazanılmış kapitalı bölürdülər.
Ticarət kapitalı əsasən səhmdarlıq və bank işi sahələrinə qoyulurdu. Ən mühüm maliyyə əməliyyataları Londonda həyata keçirilirdi, birja və iri bank idarələri də Londonda idi. Bundan əlavə, ticarət kapitalı kənd təsərrüfatına da nüfuz edirdi.
Aqrar inkişaf
İngilis iqtisadiyyatının daha bir xüsusiyyəti erkən kapitalist münasibətlərinin təkcə şəhərdə yox, kənddə də yaranması idi. «Yeni zadəganlar» — orta və xırda centrilər bazarla sıx bağlı idilər və iqtisadi şəraiti öz məqsədləri üçün istifadə edirdilər. Lakin torpaqların böyük bir hissəsi kəndlilərə paylanmışdı; onlar bu pay torpaqları əvəzində lendlordlara pur rentası ödəyirdilər. Lendlordlar tədricən onları bu torpaqlardan sıxışdırmaq üçün rentası artırırdılar. Boşalmış sahələri lendlordlar qısamüddətli icarəyə verirdi. Bəzən centrilər ticarət kompaniyalarının payçılarına çevrilirdi və onda bütün proses – qoyun artırılması, mahud istehsalı və satışı onların nəzarəti altına düşürdü.
Əmtəə-pul münasibətlərinin təsiri altında ingilis kəndinin sosial strukturu də dəyişir: kəndli icmaları dağılır. Bir tərəfdən, torpaqsız və aztorpaqlı kəndlilərin sayı artır, digər tərəfdən, azsaylı, lakin möhkəm mövqeli kəndli təbəqəsi yaranır. Varlanmış kəndlilər icma torpaqlarını tutur, bunun üçün alqı, icarə və mübadilədən istifadə edirdi. Bu proses «fermaların yığılması» adlanırdı. İri kəndlilər çox vaxt lendlorların torpaqlarında fermerə çevrilirdilər. Fermer təsərrüfat fəaliyyətinin təşkilatçısı kimi çıxış edirdi, torpağın mülkiyyətçisi isə «rantye»yə çevrilirdi. Onun aldığı icarə haqqı artıq renta yox, kapitalist-sahibkarın gəlirinin bir hissəsi idi. Bu, artıq yeni bir təsərrüfat sistemi idi və muzdlu əməyə əsaslanırdı.
Çəpərləmələr
İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi.
İngiltərədə zadəganlar iki qrupa bölünürdü. Birinci qrup zadəganlar təsərrüfatlarını köhnə qaydada aparır, kəndlilərdən töycü alır, artıq məhsulu bazarda satırdılar. İkinci qrupa daxil olan yeni zadəganlar təsərrüfatını yeni qaydada quran, muzdlu əməkdən istifadə edən torpaq sahibləri idi. İngiltərədə icarədarlar fermerlər idi. Fermerlər də muzdlu fəhlələrdən istifadə edirdilər.
XVI əsrdə çəpərləmə nəticəsində minlərlə kəndli torpaqdan, əmək alətindən, evindən məhrum oldu və işsiz qaldı. Onlar dilənçi və səfil həyat tərzi keçirməyə başladılar. Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi. XVI əsr ərzində İngiltərə kralları dəfələrlə çəpərləmələrin dayandırılması, kəndlilərin öz yerinə qaytarılması haqqında qanunlar verdi. Lakin çəpərləmələr davam edirdi. Hökumət avara və dilənçilərə qarşı qanunlar verdi. Bu qanunlar o qədər sərt idi ki, onları «qanlı qanunlar» adlandırırdılar. Avara adam birinci dəfə tutulanda bədənindən qan çıxana qədər döyürdülər. İkinci dəfə tutulanda onu qamçılayır və qulağının bir hissəsini kəsirdilər. Üçüncü dəfə ələ keçən avaranı ölüm cəzası gözləyirdi. Amansız qanlı qanun verməklə hökumət XVI əsrin birinci yarısında İngiltərədə var-yoxdan çıxmış kəndliləri aşağı muzdla işləməyə məcbur edirdilər. Bu dövrdə İngiltərədə səfil və dilənçi həyat tərzi keçirən 70 min adam asmışdılar. Bu yolla hökumət onları zorla muzdlu fəhləyə çevirirdi.
Robert Ketin başçılığı ilə üsyan
1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.
Mütləqiyyətin təşəkkülü
İngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorlar sülaləsi ilə (1485-1603) sıx bağlıdır. Al qızılgül və ağ qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
Atasının mərkəzləşdirmə siyasətini VIII Henri davam edir. Bu kral dövrünün yüksək təhsil görmüş və mesenat bir adam idi və ingilis humanistlərində bu, böyük ümidlər yaradır. Onu çox vaxt İngiltərənin «renessans» hökmdarı adlandırırlar. VIII Henrinin dövründə onun kansleri T.Kromvelin fəal iştirakı ilə dövlət idarəçiliyində mühüm islahatlar keçirilir. Gizli Şura baş inzibati orqana çevrilir. Şuranın fəaliyyət dairəsi qeyri-məhdud idi: o, xarici və daxili siyasi xətti müəyyən edir, maliyyə və müdafiə işlərinə nəzarət edirdi. Şurada əsas yeri saray nazirləri yox, lord-kansler, lord-xəzinədar, dövlət katibi, lord-admiral və marşal tuturdu. Bütün XVI əsr boyu dövlət katibi vəzifəsi yüksəliş dövrünü keçirirdi: əvvəllər monarxın şəxsi katibi olan bu vəzifəli şəxs tədricən kəşfiyyata və diplomatik idarəyə başçılıq etməyə başlayır.
Tüdorlar monarxiyasının möhkəmləndirilməsində məhkəmə sisteminin inkişafı mühüm rol oynayır. Yerli maqnatların şəxsi ədliyyəsi qəti şəkildə ləğv olunur və mərkəhi məhkəmələr əsas rol oynayır. İngilis bürokratiyasının səciyyəvi cəhəti onda idi ki, o, qapalı kastaya çevrilir və yerli zadəganlarla sıx iqtisadi əlaqələr saxlayır.
İngiltərənin ada vəziyyəti Tüdorların diqqətini ordudan çox donanmaya çəkir. «İngiltərənin taxta divarları» adlandırılan kral donanması VII Henrinin və VIII Henrinin aktları gəmiqayırma işini də inkişaf etdirirdi.
Kral reformasiyası
İngiltərədə mütləqiyyətin möhkəmləndirilməsində mühüm addım VIII Henrinin təşəbbüsü ilə başlamış olan kilsə reformasiyası olmuşdur.
Hələ XVI əsrin 20-ci illərində fransız və alman reformatorlarının təsiri altında Reformasiya ideyaları yayılmağa başlayır. Lüterçilik əsasən burgerlər içərisində məşhur idi, bu da alman və holland şəhərlərinin İngiltərə ilə sıx ticarət əlaqələr nəticəsində mümkün olmuşdur. Lakin ingilis cəmiyyətində bu illərdə kilsə islahatı ideyaları geniş ictimai hərəkata çevrilməmişdi.
Lüterin çıxışlarında ingilis hümanistlərinin reaksiyası da birmənalı olmamışdı: məs., Oksford universitetində ona tənqidi, Kembric universitetində isə əksinə yanaşmışdılar – burada Lüterin Tindal, Koverdeyl, Kranmer, Latimer kimi ardıcılları var idi. 1524-cü ildə Uilyam Tindal Əhdi-Cədidi ingilis dilinə tərcümə edir, lakin onun tərcüməsi İngiltərədə qadağan olunduğundan, Almaniyada nəşr olunur.
Rəsmi hakimiyyət antilüter mövqeyi tutur: VIII Henri özü şəxsən «alman bidəti»nə qarşı çıxır və buna görə də papa tərəfindən «Dinin müdafiəçisi» titulunu da alır. Lakin VIII Henri arvadı Araqonlu Yekaterina ilə boşanma prosesilə bağlı Roma ilə münaqişəsi başlayır və bu, kralın Reformasiyaya münasibətini dəyişir. Belə ki, ispan şahzadəsi ilə çoxillik nikahdan Henrinin oğlu olmadığından, o, papadan bu nikahı ləğv etməyi və ingilis olan Anna Boleynlə evlənməsini icazə verməsini xahiş edir. Lakin papa VII Kliment ispan kral ailəsi ilə münaqişəyə girmək istəmədiyindən krala rədd cavabı verir. VIII Henri cəmiyyətli bir addım atır: Yekaterina ilə nikahını ləğv edir, Anna Boleynlə evlənir. Bu, Roma ilə açıq münaqişəyə gətirib çıxarır. Kralın təkidi ilə 1529-cu ildən 1536-cı ilə qədər parlament («reformasiya parlamenti») bir neçə statut qəbul edir ki, bunlar İngiltərədə Romadan müstəqil olan milli kilsənin yaradılmasına yönəlir. Bu statutlar kilsə 1/10 vergisinin məhdudlaşdırılması, Romaya appelyasiya verilməsinin qadağan olunması və ingilis ruhaniləri üzərində papa ədliyyəsinin ləğvi haqqında idi. 1534-cü ildə Suprematiya haqqında verilən Akt isə VIII Henrini İngiltərə kilsəsinin ali başçısı elan edirdi, kilsə isə «anqlikan kilsəsi» adlandırılırdı.
«Yuxarıdan» gətirilən Reformasiya cəmiyyətdə böyük entuziazm yaratmasa da, T.Kromvelin başçılıq etdiyi «saray partiyası» və kraliça Anna Boleynin yaxın adamları içərisində böyük dəstək tapdı. Kembric teoloqu Kranmer kraldan sonra anqlikan kilsəsində I adam olan Kenterberi arxiyepiskopu seçilir. Kromvelin təzyiqi ilə parlamentarilər kilsə mülkiyyətinin sekulyarlaşdırılmasını təsdiq edir. 1536-1540-cı illərdə monastırların və kilsələrin torpaqları xəzinənin xeyrinə müsadirə edilir. Rahib ordenləri qovulur, monastır məktəbləri və xəstəxanaları isə bağlanır. Xəzinəyə keçən torpaq mülklərinin bir hissəsini kral öz yaxınlarına, bir hissəsini saray əyanları və zadəganlara, qalanını icarəyə verir. Bütün bunlar aqrar sahədə kapital yığımının əsas mənbəyi olur. Monastır torpaqlarında işləyən kəndli kütlələri səfilə çevrilir. Əvvəlki monastır binalarını isə manufaktura sahibləri ələ keçirir.
Reformasiyanın həyata keçirilmə üsulları və həmçinin onun nəzəri əsaslandırılması məsələləri katoliklər arasında böyük etiraz və mühacirət doğurdu. Kilsə başçısı kimi krala and içmək istəməyən keçmiş kansler Tomas Mor və Roçesterli yepiskop Fişer edam olunur.
Kral reformasiyasının siyasi yekunu kilsənin dövlətə tabe edilməsi və onun dövlət təsisatları sisteminə qatılması olur. Reformasiya mütləqiyyətin ideya mənbəyini də zənginləşdirir: monarxın hakimiyyəti mənşə etibarilə ilahi, monarx özü isə – İsanın Yerdəki canişini elan olunur.
Kilsə islahatının ehkam məsələləri və təşkilati işlər kralı az maraqlandırırdı. Anqlikan etiqadının ilk simvolu olan «10 maddə»də xeyli ziddiyyətli fikirlər var idi. Burada Lüterin irəli sürdüyü fərdi tövbə ideyası elan edilir, amma eyni zamanda müqəddəslərə sitayiş edilməsi saxlanılırdı. Bu maddələrdə ruhani iyerarxiyası, kilsələrin bəzədilməsi, dini ayinlər zamanı musiqi müşayiəti də ləğv edilməmişdi. Başqa sözlə desək, anqlikan kilsəsi katoliklə lüterçilik arasında orta mövqe tuturdu. Kral reformasiyasının mühafizəkarlığı Bibliyanın ingilis dilində yayılması məsələsində də görünürdü: VIII Henri onun ingilis dilində nəşrinə icazə versə də, ingilis dilində şərhini qadağan etmişdi.
Yeni etiqadın bərqərar olması və radikal dəyişikliklər VIII Henrinin oğlu VI Eduardın dövründə (1547-1553) başa çatır. Gənc kral və onun qəyyumları olmuş hersoq Somerset və hersoq Nortumberlend ardıcıl protestantlar idilər. Onların dövründə anqlikan kilsəsi lüterçi modelə yaxınlaşdırılır: ruhanilərin nikaha girməsinə icazə verilir, ikonalara sitayiş qadağan olunur, Bibliyanın ingilis dilinə tərcüməsi və şərhi ilə bağlı qadağalar ləğv olunur.
İngiltərənin şimal və qərb qraflıqlarında Reformasiya böyük uğur qazana bilmir. Sonrakı hadisələr də göstərdi ki, kral reformasiyasının yekunu hələ qoyulmayıb.
Əksreformasiya
VIII Henrinin vəsiyyətinə uyğun olaraq, VI Eduardın vəfatından sonra onun yerinə VIII Henrinin Araqonlu Yekaterinadan olan qızı Mariya Tüdor (1553-1558) keçir. Atasının bütün hədələrinə baxmayaraq Mariya katoliklikdən dönməmişdi. O, dərhal katolik kilsəsini bərpa etdi, Roma ilə yenidən əlaqələr yaratdı. Katolik mühacirlər adaya qayıtdı, protestantlar isə ölkəni tərk etdi.
Onun xarici siyasətinin məqsədi İspaniya və Habsburqlarla münasibətləri bərpa etmək idi. Onun qohumu V Karl bu əlaqələri daha da möhkəmlətmək üçün oğlu II Filipplə Mariyanın nikah qurmasına nail olur. Bu, İngiltərəni beynəlxalq aləmdə Habsburq maraqları dairəsinə daxil edir. İngiltərənin öz müstəqillyini itirmək təhlükəsi 1554-cü ildə Kent cəngavəri Vayt başda olmaqla protestantların üsyanına gətirib çıxarır. Üsyan yatırılır, rəhbəri isə edam olunur.
Mariya Tüdor protestantların təqibini gücləndirir. «Bidətçilərə» edilən işgəncə və cəzalara görə Mariya Tüdor «Qanlı» ləqəbini alır. Onun ölüm xəbəri ölkədə böyük sevinclə qarşılanır.
Yelizaveta Tüdorun dini nizamlama siyasəti
1558-ci ildə ingilis taxtına VIII Henrinin Anna Bolyendən olan qızı Yelizaveta (1558-1603) gəlir. Katoliklərin gözündə o, qeyri-qanuni övlad idi və taxt-taca hüququ çatmırdı. Lordlar palatasında çoxluq təşkil edən katolik yepiskopları Mariya Tüdor tərəfindən bərpa edilmiş kilsənin saxlanması uğrunda çıxış edirdilər. Cenevrədən İngiltərəyə dönən mühacirlər və anqlikanlığa dönməyi, kalvinizm ruhunda radikal islahatlar keçirilməsini tələb edirdilər.
Cəmiyyətdə parçalanma olmasın deyə, Yelizaveta orta mövqe tutu rvə VI Eduardın dövründə mövcud olmuş mötədil anqlikan kilsəsini bərpa edir. Onun iyerarxik quruluşu və ayinləri katolikliyə yaxın olaraq qalır, lakin 1571-ci ildə qəbul olunmuş yeni etiqad simvolunda – «39 maddə»də Lüterçilikdə olduğu kimi, 2 ehkam – xaç suyuna salınma və ruhaniliyə həsr edilmə saxlanmışdı.
Onun hakimiyyətinin ilk onilliklərində kraliçanın mötədil siyasəti dini sülhü təmin edir, lakin 70-ci illərin sonlarından rəsmi dairələrin həm katoliklərinə, həm də radikal reformasiyaçılarına ziddiyyətləri kəskinləşir. Anqlikan kilsəsini qəbul etməyənləri Yelizaveta ciddi cəzalandırmağa başlayır.
Radikal reformasiya
Reformasiyanın daha dərindən keçirilməsini, anqlikan kilsəsini «papalıqdan xilas etməyi» tələb edənləri puritanlar (lat. «riçis» — təmiz) adlandırırdılar. Puritanların teoloji və siyasi doktrinası kalvinçiliyə yaxın idi. XVI əsrin 40-cı illərindən yayılan puritan hərəkatı varlı burgerlər içərisində daha üstün idi.
60-70-ci illərdə puritanlar ümid edirdilər ki, Yelizaveta şəxsən kilsə islahatını davam etdirəcək. Lakin kraliça haqlı olaraq bu tələbləri dünyəvi hakimiyyət üçün də təhlükəli sayıb deyirdi: «Onlar əvvəlcə yepiskopları aradan götürəcək, sonra isə məni».
70-90-cı illərdə puritanlar parlamentdə mövcud kilsənin tənqidinə başlayır, puritan ruhanilərin milli Sinodunu çağırır və öz taktikalarını hazırlayır. Onların hakimiyyətini ifşa etmək üçün Kenterberili arxiyepiskop 1583-cü ildə xüsusi komissiya təsis edir, hər bir ruhani bu komissiya qarşısında anqlikan olduğuna and içmək idi.
Siyasi baxımdan ingilis puritanları içərisindən XVI əsrin sonuna doğru mötədil presviterian cərəyan ayrılır və onlar kilsənin ümummilli Sinoda tabe edilməsini tələb edir. Radikal puritanlar – independentlər isə kilsənin vəhdətini inkar edir və dini hakimiyyətdən tam müstəqilliyini tələb edirdilər.
İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizəsi
Böyük coğrafi kəşflərdən sonra İngiltərə mühüm dəniz yollarının keçdiyi rayonlara daxil idi. Londonda çoxlu tacir kontorları və banklar meydana gəlmişdi. Manufaktura yaranandan sonra İngiltərə başqa ölkələrə yun göndərmir, ancaq mahud, kömür, balıq və s. aparırdı. Ticarət sürətlə inkişaf edirdi. Uzaq ölkələrlə aparılan bütün ticarət ən varlı tacirlərin təşkil etdiyi şirkətlərin əlində idi. Şirkətlərə daxil olan tacirlər mah birlikdə satır, gəlirini qoyulan pula görə bölüşürdülər. Rusiya ilə ticarət etmək üçün Moskva şirkəti, Afrika ilə Qvineya şirkəti, Hind okeanı və Sakit okeanı sahillərindəki ölkələrlə ticarət aparmaq üçün Ost-Hind şirkəti (1600) yaranmışdı.
Ümid burnundan şərqə tərəf olan ölkələrlə yalnız bu şirkət ticarət apara bilərdi. XVI əsrin əvvəllərində dünya okeanlarında ağalıq uğrunda İngiltərə və İspaniya mübarizə aparırdı. Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya idi. İspaniya başqa ölkələrin onun müstəmləkələrində ticarət aparmasını qadağan etmişdi. İngiltərə hökuməti bununla razılaşmadı. Elə buna görə də, İngiltərə dəniz quldurları İspaniya müstəmləkələrində, İspaniya sahillərində quldurluğu genişləndirdilər. İngiltərə kraliçası I Yelizaveta Tüdor (1558-1603) ticarət və gəmiçiliyi, dəniz quldurluğunu əl altdan (gizli) müdafiə edirdi. O, İngiltərənin qüdrətli donanmasını yaratdı, dəniz quldurlarına kral donanmasının admiralı rütbəsini verdi.
İngiltərədə dəniz quldurluğu çox zaman qul alveri ilə birləşirdi. Gəmi sahibi Con Hokins London varlılarının köməyi ilə Afrikaya ekspedisiya təşkil etdi. Kraliça ona iki hərbi gəmi vermişdi. O, Afrikada 500 qul alıb İspaniyanın müstəmləkələrində satmaq istədi. Lakin ispan qubernatoru qul satmağa icazə vermədi. Hokins toplardan atəş açdı, qubernator qul satışına icazə verməyə məcbur oldu. Bu «qəhrəmanlığa» görə I Yelizaveta ona cəngavər rütbəsi verdi.
İngilis dəniz qulduru Frensis Dreyk kiçik donanması ilə Magellan boğazından Cənubi Amerikanın qərbinə keçmiş, qızıl və gümüş yüklənən ispan gəmisini ələ keçirib dünya okeanmı dolaşdıqdan sonra İngiltərəyə gəlib çıxmışdı. O, Magellandan sonra dünya səyahətini həyata keçirmişdi. Kraliça Yelizaveta onun gəmisinə gəlib onu təbrik etmişdi.
«Məğlubedilməz armada»nın məhvi
Dəniz ticarətində İspaniya İngiltərənin əsas rəqibi idi. İspaniyanın böyük donanması və ən geniş müstəmləkələri var idi. İspaniya kralı başqa ölkələrin onun Amerikadakı müstəmləkələri ilə ticarət aparmasını qadağan etdi. Buna cavab olaraq, İngiltərə kraliçası başda olmaqla ispan müstəmləkələrində, hətta İspaniya sahillərində quldurluq və qarətçilik genişləndi. İngiltərə bu sadə və əsas yolla sərvət ələ keçirmək və dənizdə ağalığı İspaniyanın əlindən almaq istəyirdi. Dreyk, Hokins və başqaları donanmaya başçılıq etdilər. İngiltərə İspaniyaya qarşı, İspaniya da İngiltərəyə qarşı hücuma hazırlaşdı.
1588-ci ildə ispanlar 130 yelkənli gəmi və 20 min əsgərlə Temza çayının dənizə tökülən hissəsinə yaxınlaşdılar. İspanlar öz donanmalarını «məğlubedilməz Armada» adlandırırdılar. Armada böyük donanma deməkdir. 1588-ci ildə İngilis gəmiləri La-Manş boğazında ispan gəmilərinə hücum etdilər. 2 həftə davam edən döyüşdə ingilislər qalib gəldilər. İngilislər abordaj döyüş qaydasından istifadə etdilər. Abordaj gəmi bortu deməkdir. Döyüş zamanı düşmən gəmisi əks tərəfin gəmisinə yanaşır, qarmaqla onu öz gəmisinə bağlayır və düşmən gəmisinə keçib vuruşur. İspan gəmiləri Şimal dənizinə sıxışdırıldı. Qayalara dəyən gəmilər məhv oldu. Beləliklə, 1588-ci ildə İngiltərə-İspaniya müharibəsi nəticəsində İspaniyanın dəniz qüdrəti sarsıldı, dənizlərdə hökmranlıq tədricən İngiltərənin əlinə keçdi.
İngiltərənin ilk müstəmləkələri
İspaniyanın məğlub edilməsi ingilislərin yeni müstəmləkələr ələ keçirməsini asanlaşdırdı. 1607-ci ildə ingilislər Şimali Amerikanın şərq sahillərində özlərinin ilk müstəmləkəsi olan Virciniyanın əsasını qoydular. Buranın yerli əhalisi ingilisləri dostcasına qarşıladı. Lakin az sonra ingilislər onlara divan tutmağa başladı və bütöv tayfaları məhv etdilər.
İngilislər portuqaliyalıları Asiyada sıxışdırmağa başladılar. 1600-cü ildə yaranmış Ost-Hind şirkəti Böyük Moğol hökmdarından Hindistanda gömrüksüz ticarət etməyə icazə aldı.
İngilis burjuaziyası öz ölkəsinin zəhmətkeşlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət topladı. Həmin sərvəti iri müəssisələr tikməyə sərf etdilər.
Yeni dövr
XVII əsr İngiltərə burjua inqilabı
XVII əsrin 40 illəri üçün İngiltərə əsasən aqrar ölkəsi olaraq qalırdı. Lakin burjua münasibətləri də inkişaf etməkdə idi ki, bu inkişaf sənayesinin bütün sahələrin əhatə edirdi. Monufakturalar meydana gəlir, xarici ticarət intensiv inkişaf edir, yeni-yeni müstəmləkələr ələ keçirilirdi. 1600-cı ildə Ost-Hind, 1606-cı ildə iki Virciniya, 1614-cü ildə «Avanvturist tacirlər» xarici ticarət kompaniyaları meydana gəldi. Lakin İngiltərə mütləqiyyəti yaranmaqda və inkişaf etməkdə olan burjua münasiəbtəlrinin yolunda əngələ çevrilmişdi.
İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə hakimiyyətə gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründəİngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu.
Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitəİngiltərənin maraqlarına toxunurdu. Lakin “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı.Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzindəİngiltərənin xarici siyasətində kredo olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.
Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu.
İngiltərədə yeni və köhnə rejim arasında mübarizə kralla parlament arasında mübarizədə təzahür edirdi. Parlament müxalifətinin görkəmli nümayəndələri Q.Hempdon, Pim, C.Eliton, E.Kok və başqaları idi (İngiltərə parlamentinin 500 nümayəndəsi var idi). Dövrün başlıca tələblərindən biri xarici siyasətin idarə olunmasında parlamentin səlahiyyətlərinin artırılmasindan ibarət idi. Yeni təsis olunmuş agent və şirkətlər bütün imtiyazları əldə etməyə çalışırdılar və bu məqsədlə hakimiyyətə təsir göstərirdilər. İngiltərədə daxili vəziyyətə gərginlik gətirən problemlərdən biri də formalaşmış ənənəyə əsasən fəal xarici siyasət yeritmək üçün daxili vergilərin artırılmasının bilavasitə parlamentdən asılılığı məsələsi idi.
Parlamentin icazəsi olmadan yeni vergilər qoya bilməyən I Karl 1628-ci ildə paramentin hazırladığı «Hüquqlar haqqında petisiya»nı imzalamağa məcbur oldu. Bu sənddə hakimiyyət sturkturlarının vəzifələri müəyyənləşdirilirdi. Lakin petisiyanı imzaladıqdan sonra yaranmış şəraitdə 1629-cu ildə kral parlamenti buraxdı və 1640-cı ilədək onu bir daha çağırmadı.
Burjua münasibətlərinin inkişafı gedişində anqlikan kilsəsinin avtokefallığı məsələsi ciddi narazılıq obyektinə çevrilmişdi. İngilis puritanizmi məhz bu zəmində yüksəlməyə başlamış və hakimiyyət sturkturunda özünə güclü tərəfdar toplamışdı. 1637-ci ildə baş vermiş Şotlandiya üsyanı İngiltərənin başını elə qatmışdı ki, bundan istifadə edən Kardinal Rişelye 1638-ci ildən etibarən Fransanın hərbi əməliyyatlar meydanına çıxması üçün öz planını reallaşdırmağa başladı. Bu andan etibarən Otuzillik müharibənin həlledici mərhələsi başlandı.
1637-ci ildə Şotlandiyada üsyan başladıqdan sonra kral I Karl vəsait əldə edib üsyanı yatırmaq üçün 1640-cı ilin aprelində yenidən parlament çağırmağa məcbur oldu. Lakin cəmi üç həftədən sonra buraxıldığı üçün Qısamüddətli parlament adı ilə tarixə daxil oldu. Ölkədə mütləq monarxiyaya qarşı genişlənən siyasi mübarizə tezliklə I Karlı geri çəkilməyə vadar etdi. Şotland üsyanının yatırılması məsələsində kral parlamentdən dəstək qazana bilmədi. Çünki yeni vergilərin təyin olunması məsələsinə parlament razılıq vermədi. Şotland üsyanı İngiltərəyə iki tərəfdən ciddi zərər verdi:
- İngiltərə diplomatiyasının Avropa siyasətində mövqeləri zəiflədi.
- İkincisi, Şotland üsyanı İngiltərə puritanizminin güclənməsinə ciddi şəkildə start verməklə hakimiyyət elitasında bir sıra dəyişikliklərin əsasını qoydu. Tori və viqlərin yerində yeni parlament partiyaları olan independentlər və presvetrianlar formalaşmağa başladı.
Qısamüddətli parlamentdən xarici və vergi siyasəti ilə bağlı heç bir yardım görməyən kral 1640-cı ilin sentyabrında təkrar parlament çağırmağa məcbur oldu və bu parlament 1653-cü ilədək mövcud olmaq üçün Uzunmüddətli parlament adı aldı. Beləliklə, ölkədə kral və parlament tərəfdarlarından ibarət iki siyasi düşərgə yarandı.
Kral tərəfdarları başlıca olaraq royalistlər idi. Parlament tərəfdarlarının tərkibi yekcins deyildi: iki başlıca partiya formalaşmışdı: presveterianlar və independentlər. Presveterianlar ölkədə mərkəzləşmiş kilsəni saxlamağa tərəfdar çıxır, lakin kilsənin başında kraldan asılı yepiskopun deyil, seçilmiş başçının (peresviterin) olmasını istəyirdilər. Presviter sinod qurultayları qarşısında məsuliyyət daşıyırdı. Independentlər (müstəqillər) isə mərkəzləşmiş kilsəyə qarşı çıxır, hər bir kilsə icmasının müstəqilliyi ideyasını yayırdılar. Bu kilsənin başında kilsə icmasının üzvləri tərəfindən seçilmiş və səlahiyyətləndirilmiş başçı durmalı idi. 1641-ci ilin yazında xalq kütlələrinin inqilabi çıxışlarının genişlənməsi ilə əlaqədar parlament müxalifəti 204 bənddən ibarət «Böyük remonstrasiya» adlı sənədlə çıxış etdi. Burada kralın cinayətləri sadalanır, müstəqil daxili və xarici siyasət yeridilməsi, burjua azadlıqlarının verilməsi, müstəqil puritan kilsənin yaradılması tələb edilirdi.
Məlum olduğu kimi, ingilis puritanlarının ilk dəstələrindən biri hələ 1629-cu ildə «May çiçəyi» gəmisində Amerika sahillərinə yan almış və Virciniya ştatının əsasını qoymuşdular. Puritançılığın əlehdarı olan I Karl Roma papası ilə münasibətlərin kəsilməsini, yəni ingilis kilsəsinin müstəqilləşməsini cinayət hesab edirdi və bu məsələdə qarşıdurma xüsusi ilə gərgin xarakter almışdı. Kralın parlament müxalifətini həbs etmək və parlamenti buraxmaq cəhdi boşa çıxdıqdan sonra başlıca tərəfdarlarının toplaşdığı şimal qraflıqlarına qaçmağa məcbur oldu və 1642-cim ilin avqustunda I Karl Nottinqemdə qara rəngli müharibə bayrağını qaldırdı. Vətəndaş müharibəsinin I mərhələsi başlandı (16421647). Vətəndaş müharibəsi dövründəİngiltərədə baş verənləri İspaniya və Fransa diqqətlə izləyirdilər. Fransız kralları ilə qohumluq əlaqələrinə malik olan Stüartlar Fransanın dəniz gücündən İngiltərədəki rəqiblərinə qarşı mübarizədə istifadə etmək arzusunda olduqlarını gizlətmirdilər və bu məqsədlə fransız kardinalı Mazarini ilə müvafiq danışıqlar da başlanmışdı. Müharibənin əvvəlində üstünlük I Karlın tərəfindən idi. 1642-ci ilin payızında Echill döyüşündə parlament ordusu əzildi, ona prestveteranlardan qraf Mançester və qraf Esseks başçılıq edirdi. 1644-cü ilədək üstülük kral ordusunun əlində idi.
Müharibənin gedişində Oliver Kromvelin hərbi istedadı parladı. Orta zadəgan ailəsində doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644cy ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı. Bu döyüşdən sonra Kromvelin əsgərləri “dəmirböyürlü” adlanmağa başladı. Orduda əvvəlcə 22 min, sonradan 70 min döyüşçü var idi. Baş komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Neyzbi döyüşündə parlament ordusu tam qələbə çaldı. 1646-cı ilin yazında Kral Şotlandiyaya qaçmağa məcbur oldu, onlar isə kralı pulla parlamentə satdılar. Royalistərin sonuncu istingahları 1647-ci ilin martında süqut etdi.
Neyzbi döyüşündən sonra I Karlın arvadı Generetta başda olmaqla qohumları Fransada sığınacaq tapmışdılar.İngiltərədə vətəndaş müharibəsi dövründə Fransanın buradakı səfiri Karulle vəİspaniyanın səfiri Don Allon Karden Kromveli öz tərəfinə çəkmək üçün öz xidmətlərini təklif edirdilər. Fransız səfiri Karulle Mazarinin tapşırığı ilə Kromvelə ittifaqla yanaşı böyük miqdarda pul, edam olunmuş kralın qohum-əqrəbasını və dəniz siyasətində müttəfiqlik təklif edirdi. Təsadüfi deyildi ki, Fransanın adı Kromvelin imzaladığı Naviqasiya Aktında öz əksini tapmışdı. Aktda öz əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı vardı. Kromvel İspan səfirinin qardaşını özünü yaxşı aparmadığına görə camaat qarşısında edam etdirmişdi.
1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə ciddi təsir göstərdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları royalistlərin də puritanlar kimi, Avropaya və Amerikaya axını başladı. Doğrudur, Kromvel ölkə daxilində bir sıra cərəyanların müqavimətini də aradan qaldırmaq məcburiyyətində idi. Vətəndaş müharibəsinin I mərhələsi başa çatdıqdan sonra parlament Avropa siyasətindəİngiltərənin rolunun bərpasına çalışırdı və bu məqsədlə konkret tədbirlər görülürdü.
Neyzbi döyüşündən sonrakı dövr ərzində siyasi səhnəyə Levellerlər partiyası da çıxdı. Onun lideri Con Lilbern (1614-1657) idi. Bu partya xırda burjua ideloqu olub aşağı təbəqələri vəəsgərləri əhatə edirdi. Lakin hərəkatın ömrü qısa oldu və 1649-cu ildə başa çatdı. Parlament Lilbernin qovulması haqqında qanun verdi və o, Şotlandiyaya getdi. Az sonra Cerard Uinstenlinin (1609-1652) başçılıq etdiyi həqiqi levellerler- diggerlər hərəkatı (digger- yerqazan deməkdir) başlandı.
Həbsdə saxlanılan kralın qaçması ölkədə vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Tampl qalasından qaçan kral yenidən öz tərəfdarlarını və parlamentdən narazı qüvvələri toplamağa müvəffəq oldu. 1648-ci ilin fevralında cəmi üç ay davam edən II vətəndaş müharibəsi başladı. I Karl şotlandları da öz tərəfinə çəkərək arxanı möhkəmləndirdi və mübarizəni davam etməyə başladı. Lakin Kromvel dərhal genişlənməkdə olan hadisələrə reaksiya verdi və parlament ordusu avqustda Preeton yaxınlığında royalistlərin vəşotlandların birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharbə başa çatdı. Kral I Karl əsir götürüldü və ciddi şəkildə mühafizə edilməyə başladı. Bu vaxtdan etibarən kralın taleyi ilə bağlı parlament müzakirələrinə start verildi. Kromvelin kralın edam edilməsi ilə bağlə təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenti prestveterianlardan təmizləmək üçün 1647-ci il 6 avqustda və 1648-ci il 5 dekabrda sayı 140 nəfərə çatan presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə «Prayd təmizlənməsi» adı ilə daxil oldu.
Gərgin müzakirələrdən sonra 1648-ci ilin dekabrında parlament kralı mühakimə etmək üçün tribunal yaratdı. Tribunal kralı vətənə xəyanətdə ittiham edərək ona ölüm hökmü çıxardı və I Karl 1649-cu ilin yanvarın 30-da edam edildi. 1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. 1653-cü ildə Uzunmüddətli parlamentin qalıqları qovulduqdan sonra xarici siyasət məsələləri başlıca olaraq Kromvelin əlində cəmləşdi.
İngiltərə tarixinin 1649-1653-cü illər dövrü I respublika (İndependent respublikası), 1659-1660-cı illər dövrü isə II respublika dövrü kimi səciyyələnir. Birinci respublikanın dövründə xarici siyasət məsələləri tam şəkildə Kromvelin əlində cəmləşmişdi. Onun Avropa siyasətində üç ölkə: Fransa, İspaniya və Hollandiya mühüm yer tuturdu. Kromvel Hollandiyadan İngiltərəyə ilhaq olunmağı tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən dəİngiltərəyə də imkan yaradılmasını tələb edirdi.
Bu dövrdə İngiltərədəki İspaniya səfiri Don Alonso Karden və Fransa səfiri Karulle böyük diplomatik iş aparırdılar. Edam edilmiş kralın Fransaya qaçmış arvadı Qenrietta-Mariya və ona bağlı saray dairələri Fransanın İngiltərə ilə yaxınlaşmasına göstərdikləri müqavimətə baxmayaraq, uzun sürən danışıqlardan sonra 1655-ci ildə Fransa ilə müqavilə bağlandı. Çünki kardinal Mazerini Kromvelə pul, edan olunmuş kralın ailəsini və ittifaq təklif etmişdi. Müqvilə hər iki ölkənin Avropa siyasətində ziddiyyətlərin yumşalmasına, İspaniya və Niderlanda qarşı isə birgə siyasətin yeridilməsinə imkan verirdi.
İngiltərə ilə fəal rəqabət aparan Hollandiyanı sıradan çıxarmaq üçün Kromvel Naviqasiya Aktı adlı sənəd imzaladı (1651-ci il 5 avqust). Sənədə görə, İngiltərəyə mallar ancaq ingilis gəmilərində və adı akta düşmüş ölkələrdən gətirilə bilərdi. Hollandiyanın aktdan ciddi narazılığı 1652-54-cü illər ingilis-holland müharibəsinə gətirib çıxardı ki, bu müharibədə Hollandiya əzildi və təslim oldu. Sülhün şərtinə görə, Hollandiyanın çoxsaylı ticarət donanması İngiltərə bayrağı altında hərəkət etməli idi. Birləşmiş əyalətlərin Baş ştatlarının iclasında dövlət xadimlərindən biri obrazlı şəkildə demişdi ki, bunban sonra biz də, dəniz də ingilislərin himayəsindəyik.
1651-ci il 5 avqust Naviqasiya Aktından sonra İspaniya ciddi şəkildə narazılıqlarını bildirdi. İspaniyanın Kromveldən Franasaya qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələnməsi iki ölkə arasında münasibətlərin gərginləşməsini şərtləndirdi. Kromvel Kardeniyadan inkivizasiyaya (kilsə məhkəməsi) son qoyulmasını və Vest-İndiyaya (Amerika) gedən dəniz yolundan maneəsiz istifadə olunmasını tələb etdikdə səfir cavabında - bu mənim hökmdarımın iki gözünü istəmək kimi şeydir, -cavabını vermişdi. 1656-cı ildə İspaniya ilə başlanan müharibə Kromvelin ölümündən sonra qələbə ilə başa çatdı. Qul alverinin mərkəzi olan Yamayka adası İngiltərənin əlinə keçdi. İspaniya Avropa siyasətindən sıxışdırılıb çıxarılmağa başladı.
İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır. 1653-cü il 16 dekabrda Kromvel respublikanın lord-protektoru (müdafiəçisi) elan olundu. Respublikanın konstitusiyası qəbul edildi. Ölkə başında general-mayor dayanan dairələrə bölündü. Respublikanı Dövlət Şurası və parlament idarə edirdi. 1657-ci ilin mayında protektorluq irsi elan edildi və lordlar palatası bərpa edildi. 1658-ci ilin payızında Kromvelin ölümündən sonra 1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu.
1650-ci ildə İngiltərəni İspaniya və Fransa tanıdılar. 1649-1652-ci illərdə Kromvel İrlandiyaya yürüş edərək üsyanı qan içində boğdu, Dublin şəhəri qarət edilərək yandırıldı (üsyan İrlandiyada 1641-ci ildə başlamışdı). Kromvel 1653-cü illərdə İsveç, Danimarka və Portuqaliya ilə ticarət müqavilələri imzalanmışdı.
1659-cu il mayından 1660-cı ilin may ayına qədər davam edən II respublika dövründə İngiltərəni parlament təkbaşına idarə edirdi. 1660-cı il fevralın 3-də Şotland ordusunun komandanı general Monk ordusu ilə Londona daxil oldu, dövlət çevrilişindən sonra yeni parlament seçkiləri keçirildi. Apreldə parlament I Karlın oğlu II Karlı taxt-taca bərpa etdi. (1660-1685). Oğlu II Yakov (1658-1688) katolik idi. II Yakov və oğlu II Karl Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər iki kralın yeritdiyi siyasi xətt çox tezlikləİngiltərər parlamentində və hakimiyyət elitasında yeni müxalifətin meydana gəlməsini şərtləndirdi, ölkədə ictimai-siyasi vəziyyət yenidən olduqca kəskin xarakter aldı.
Parlament partiyaları – torilər, viqlər və anqlikan kilsəsi Fransanın dəstəyindən istifadə edərək Stüartların qadın xətti ilə qohumlarından olan II Yakovun qızı Mariyanın əri protestant Oranlı Vilhelmə (o Hollandiyanın ştathalteri idi) müraciət edərək onu İngiltərəyə kral taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında Vilhelm (1688-1702) Londona daxil oldu və II Yakov tələsik şəkildə Londonu tərk etmək məcburiyyətində qaldı.
Hakimiyyəti tamamilə ələ aldıqdan sonra 1689-cu il oktyabr ayında Vilhelm «hüquqlar haqqında» bill adlı parlamentin və kralın hüquqlarını müəyyənləşdirən sənəd imzaladı. 13 bənddən ibarət billdə xarici siyasət fəaliyyətinin bütün sahələri parlamentin prereqativinə çevrilirdi. Həmin sənəd İngiltərə parlament monarxiyasının təsis aktı hesab edilə bilər. Beləliklə, 1688-ci il «şanlı inqilabı» adlanan bu hadisə ilə də İngiltərə burjua inqilabı başa çatdı. İngilis tarixşünaslarınının «şanlı inqilab» adlandırdığı epizod 1688-1689-cu illərin hadisələri ilə bağlı olmuşdur.
İngiltərə burjua inqilabının qələbəsi İngiltərənin dünya birinciliyi yoluna çıxmasını təmin etmişdi. İngiltərə tarixşünaslığı belə bir məsələdə həmrəydir ki, XVII əsrin sonları üçün inqilabdan sonra keçən 40 il ərzindəİngiltərə dünyanın ən böyük müstəmləkə dövlətinə çevrildi.
Şotlandiya ilə İngiltərə ittifaq bağlanması
Şotlandiya ilə İngiltərə krallarının eyni olmasına qarşı ayrı parlamentlərə sahib olmağı bir əsr daha davam etdirdilər. Amma Kral Ceyms Şotlandiya parlamentinin və kilsəsinin, 5-ci Ceyms dövründə qazandığı azadlığa icazə vermədi.
18-ci əsrə daxil olarkən İngiltərənin və Şotlandiyanın bəzi ortaq məqsədləri var idi. Hər ikisi də protestant bir kral istəyirdi və hər ikisi də Fransanı ölkələri üçün təhlükəli görürdü. 1702-ci ildə Uilyam və Merinin yerinə taxta keçən Kraliça Anna 1706-cı ildə iki krallığı birləşdirmə planını reallaşdırmaq üçün İngiltərə və Şotlandiyadan nümayəndələr təyin etdi. Əldə olunacaq razılığa görə, birləşən iki krallıq tək bayraq altında və tək bir parlamentlə idarə olunacaqdı. Hər kəs ticarətdə bərabər haqlara sahib olacaq, eyni vergiləri ödəyəcəkdi. Şotlandiya öz kilsəsinə, məhkəmələrinə və xüsusi qanunlarına sahib olmağı davam etdirəcəkdi. Şotlandiya parlamenti bu təklifləri Birləşmə Aktı adı ilə qəbul etdi. Daha sonra İngiltərə parlamenti də eyni qanunu qəbul etdi. Beləliklə, 1 May, 1707-ci ildə İngiltərə və Şotlandiya “Birlik sazişi” imzalayaraq, Birləşmiş Krallıq adı ilə tək bayraq altında birləşdi.[1][2]
XIX əsr
19-cu əsrin birinci yarısında İngiltərədə kapitalizmin inkişafı Avropanın başqa ölkələrinə nisbətən sürətlə gedirdi. 19-cu əsrin ortalarında fabriklər üçün lazım olan mexanizmlər, dəzgah və maşınların özləri də maşınlar vasitəsilə istehsal olunmağa başlayırdı. Bu, artıq sənaye çevrilişinin başa çatması demək idi. Maşınlar əl əməyini, eləcə də iri müəssisələr xırda müəssisələri sıxışdırıb aradan çıxarırdı. Istehsal təmərküzləşirdi. Ingiltərə burjiasiyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. Ingiltərə “dünyanın emalatxanası” rolunu oynayırdı. Nəqliyyatın yeni növü olan parovozlu dəmir yolların çəkilişinə təlabat artmışdı. 1825-ci ildə İngiltərədə dünyada ilk dəmir yolu çəkilmişdi. Dəmir yolların çəkilişi metallurgiyanın inkişafına təkan verdi. İlk paroxodlar ABŞ-da meydana gəlsə də, bunlardan əsasən, ingilis gəmi sahibləri istifadə edirdilər. Çünki onlar Amerika gəmi sahiblərindən daha varlı idilər və yelkənli gəmilərin paroxodlarla əvəz edilməsinə iri məbləğdə pul xərcləyə bilirdilər. Buxarla işləyən gəmilərdən ibarət güclü ticarət donanmasının və hərbi donanmanın yaradılması İngiltərənin “dəniz hökmdarı” mövqeyini daha da gücləndirmişdi.
1825-ci ildə İngiltərədə dünyada ilk dəfə olaraq istehsalın bütün sahələrini bürüyən iqtisadi böhran baş verdi. Parlament 1824-cü ildə həmkərlar ittifaqlarını qadağan edən qanunu ləğv etdi. Peşəkar fəhlə ittifaqları olan tred-yunionlar (ingiliscə-peşə və ittifaq sözlərindəndir, peşələrə görə ittifaq deməkdir) yaradıldı. Tred-yunionlar fəhlələrin mənzil və iş şəraitinin yaxşılaşdırılması və əmək haqqının artırılması uğrunda leqal mübarizəyə başladılar. Bu mübarizənin başlıca forması tətillər idi. əhalisi çox olan Mançester və Birminhem kimi yeni şəhərlərin İcmalar palatasına deputat göndərmək hüququ yox idi. Çox az adam yaşayan yerlər isə deputatlar seçməklə davam edirdilər. Belə yerləri “çürük yerlər” adlandırırdılar. 1832-ci ildə parlament islahatı keçirildi. “Çürük yerlər”in bir çoxu ləğv edildi, sənaye şəhərləri palataya deputatlar göndərmək hüququ əldə etdilər. Bununla da, sənaye burjuaziyası hakimiyyətdə təmsil olunmağa başladı. xıx əsrin ortalarına yaxın İngiltərə sənaye və ticarətin inkişaf səviyyəsinə, dəniz qüdrətinə görə dünyada birinci yerdə idi. Ingilis burjuaziyası kapitalist ölkələri arasında inhisarçı (inhisar-fəaliyyətin hər hansı bir sahəsində müstəsna vəziyyət) vəziyyətini qoruyub saxlaya bilmişdi. Dünya bazarında ingilis malları rəqabətə rast gəlmirdi.
1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi.xx əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. xx əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökumətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı.
1911-ci ildə Lordlar palatasının hüquqları xeyli məhdudlaşdırıldı. Belə ki, İcmalar palatası Lordlar palatasının razılığı olmadan qanun layihələrini təsdiq edə bilərdi. Bəhs edilən dövrdə İngiltərə yenə də dünya ticarətində birinci yerdə gedirdi. London dünyanın maliyyə mərkəzinə çevrilmişdi. Eyni zamanda mühüm istehsal göstəricilərinə görə İngiltərə öz rəqibləri olan ABŞ və Almaniyadan geri qalırdı. Lakin İngiltərə kapital ixracı sahəsində dünyada birinciliyi qoruyub saxlaya bilmişdi. Ingiltərənin öz müstəmləkələrini genişləndirmık cəhdi yeni müharibə ilə nəticələndi. Cənubi Afrikada Transvaal və Oranj (Narıncı çay) respublikalarının əhalisi olan burlar (holland, fransız və alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. Şiddətli müqavimətdən sonra burlar məğlub oldular. 1902-ci ilin iyununda sülh müqaviləsi imzalandı. Ingiltərə, bu respublikalarla birlikdə, bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə buradakı respublikalar birləşərək İngiltərə dominionuna çevrilməklə Cənubi Afrika İttifaqını yaratdılar. xx əsrin əvvəllərində İngiltərə-Almaniya ziddiyyətləri kəskinləşmişdi. Bu ziddiyyətlərin əsasını müstəmləkələr uğrunda və hərbi-dəniz sahəsindəki rəqabət təşkil edirdi. 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında gizli olaraq “Səmimi saziş” – “Antanta” (fransızca-ürəkdən razıyam deməkdir. Dünyanı yenidə bölüşdürmək üçün İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok belə adlanırdı) adlandırılan müqavilə imzalandı. Sazişə görə Fransa İngiltərənin Misirdə ağalığını tanıyırdı. Ingiltərə isə Mərakeşin Fransa tərəfindən işğalını qəbul edirdi.
1907-ci ilin avqustunda Peterburqda İngiltərə ilə Rusiya arasında saziş imzalandı. Bu sazişin bağlanması ilə “Atlanta”nın yaradılması başa çatdırıldı.
Ən yeni dövr
İstinadlar
- "Why did the Scottish parliament accept the Treaty of Union?" (PDF). Scottish Affairs. 3 October 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 May 2013.
- "Popular Opposition to the Ratification of the Treaty of Anglo-Scottish Union in 1706-7". University of St Andrews. 2014-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.