İngilislər

İngilislər (ing. Englishmen, English people) — İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq. Orta əsrlərdə Böyük Britaniya adalarında anqllar, sakslar, frizlər, yutlar qədim german tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş kelt əhalisindən yaranıb.

Hal-hazırda özünü ingilis hesab edən 50 milyon nəfər var. İngilis əsilli 110 milyon nəfər var, onlar əsasən ABŞ, Kanada, Avstraliya, Yeni ZelandiyaCAR-da yaşayırlar.

Böyük Britaniyada özünü ingilis hesab edən 44,7 milyon əhailisi, onun əsas əhalisidir. Digərləri Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya, CAR, Hindistan və digər ölkələrdə yaşayırlar. Onların dilləri — ingilis dilinin Britaniya variantı, onun dialektləri olan şərq, şimali, cənub, qər, kent dialektləridir. Yazıları latın qrafikası əsasındadır, qədimdə run əlifbasından istifadə ediblər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.