İnformasiya müharibəsi

İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir.

Müharibə
Hərbi tarix
Müharibə dövrləri
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri
Orta əsr müharibələri · Barıt müharibələri
Sənaye müharibələri · Müasir müharibələr
Döyüş meydanları
Hava döyüşləri · İnformasiya müharibələri
Quru qoşun döyüşləri · Dəniz müharibələri
Kosmos müharibələri · Hərbi itkilər ·
Silahlar
Zirehli maşınlar · Artilleriya
Bioloji silahlar · Süvari qoşunları
Kimyəvi silahlar · Elektron silahlar
Piyada · Nüvə silahı
Psixoloji silah
Hərbi taktika

Gücdən salma taktikası · Partizan müharibəsi
Manevr müharibəsi, o cümlədən Bliskriq
Mühasirə · Səngər müharibəsi

Hərbi strategiya

İqtisadi müharibə · Nüvə strategiyası

Silahlı Qüvvələrin strukturu

Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə
Şablon:Birləşmiş strateji komandanlıq

Hərbi logistika

Hərbi avadanlıq · Materiallar
Hərbi təminat

Digər

Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə)

Hərbi siyahılar
Döyüşlərin siyahısı · Komandanların siyahısı
Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı
Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı
Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı
Hərbi yazıçıların siyahısı

Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq.

Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər.

Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir.

Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur.

Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların silahların, diversiya qruplarının və xakerlərin köməyi ilə həyata keçirilir.

"Kontaktsız müharibə" adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. 1940-cı illərdən tədricən tətbiqinə başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üçtünlük informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar;

  1. İnformasiyadan müdafiə - öz məlumatlarınıın və inforamasiya strukturlarının düşmən təsirlərindən müdafiəsi. Bura informasiyaların strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s daxildir.
  2. İnformasiya zərbəsi - düşmənin informasiya infrastruktrunun tam məhv edilməsi və düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək. Burada zərbə vasitəsi kimi strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.

Dəqiq silahlardan fərqli olaraq informasiya qeyd edildiyi kimi daha çox dağıdıcı xarakter daşıyır və bütövlükdə döyüşən strukturları, iqtisadi və sosial sistemləri sıradan çıxarır. İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. Ekspertlərin fikrincə, informasiya mübarizəsində yüksək dəqiqlikli informaisiya resursları həm aktiv, həm də passiv müdafiə üçün yığcam proqramlardan ibarət sistemə malik olmalıdır. Düşmənin Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Sisteminin aktiv və passiv təsir göstərə biləcək informasiyaları təkcə qorumaq deyil, onlara eyni zamanda əks təsir də göstərə bilməlidir.

Ədəbiyyat

  • Əliyev T.S. Tədqiqatçıların sosial şəbəkələri əsasında elmi personalın idarə olunması problemləri / İnformasiya cəmiyyəti problemləri. 2011. 2(4). S. 10-17.
  • Ələkbərova İ.Y. İnformasiya müharibəsi texnologiyalari, Ekpress-informasiya, Bakı, “İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 səh.
  • Агаев Б.С., Алиев Т.С. Анализ безпроводных сетевых технологий для распределенной обработки информации. Баку: İnformasiya Texnologiyaları, 2007, 238 с.
  • Ələkbərova İradə. İnternet mühitində informasiya qarşidurmasinin bəzi üsul və vasitələri, AzTU-nun “Elmi əsərlər” jurnalı, Bakı, Azərbaycan, №1, 2010, səh. 17-20

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.