İnfanta Mariya de la Paz

İnfanta Mariya de la Paz (isp. María de la Paz Juana Amelia Adalberta Francisca de Paula Juana Bautista Isabel Francisca de Asís de Borbón y Borbón) (23 iyun 1862[1][2][…], Madrid[3]4 dekabr 1946[1], Münxen, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d][3]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.

Mariya de la Paz
Şəxsi məlumatlar
Doğum adı María de la Paz Juana Amelia Adalberta Francisca de Paula Juana Bautista Isabel Francisca de Asís de Borbón y Borbón
Doğum tarixi 23 iyun 1862(1862-06-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 dekabr 1946(1946-12-04)[1] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam
Atası Fransisko Asis Burbon
Anası II İzabella
Həyat yoldaşı Bavariyalı Lüdviq Ferdinand
Uşaqları Bavariyalı Ferdinand
Bavariyalı Adalbert
Bavariyalı Pilar
Ailəsi Burbonlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

6 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı.

1880-ci ildə bibisi oğlu Bavariyalı Lüdviq Ferdinandla evlənməsinə qərar verildi. Üstəlik bibisi İnfanta Amaliya onun xaç anası idi. Ancaq həmin ilin sonunda baş tutan görüşdən sonra Mariya Paz bəy namizədini bəyənmədi. Buna baxmayaraq danışıqlar davam etdi və cütlük 2 aprel 1883-cü ildə Madrid kral sarayında evləndi. Əri Lüdviq Ferdinand həm Bavariya kralı II Lüdviqin əmisi oğlu, həm də onun ən maliyyə müşaviri idi. Buna baxmayaraq cütlük sarayın qarışıq və intriqa dolu həyatından uzaq qaldı.

Münhendə yaşadığı illər ərzində xeyriyyəçiliklə məşğul olan Mariya Paz qardaşı XII Alfonsonun vəfat etməsinin ardından kral naibəsi olan gəlinləri Mariya Kristina ilə yaxın münasibətlər qurdu. Üstəlik daha sonra hakimiyyəti ələ alan qardaşı oğlu XIII Alfonso da bibisinin ölkədəki nüfuzunu qorudu. Birinci Dünya Müharibəsinin bitməsi və Bavariya krallığının parçalanmasının ardından Mariya Paz və ailəsinin Nimfenburq sarayında yaşamalarına icazə verildi. Ailə gəlirlərinin əlindən alınmasına baxmayaraq Mariya Paz İspaniya infantası idi və vətənindən aldığı gəlirlə yaşamağa davam etdi. Ancaq qardaşı oğlunun 1931-ci ildə devrilməsindən sonra bu gəlirləri də əlindən alındı. Üstəlik Adolf Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə monarx ailəsinin digər üzvləri kimi onun da həyatı çətinləşdi. Buna baxmayaraq o və ailəsi nasistlərin hakimiyyətinə qarşı çıxmadılar. Bu səbəblə 1945-ci ildə bölgəyə girən Amerikan ordusu tərəfindən evi axtarıldı və evində tapılan bəzi cəvahirat əşyaları alındı. 1946-cı ildə evindəki pilləkandan yıxılaraq yaralandı və bir neçə saat sonra vəfat etdi.

Mənbə

  • Aronson, Theo. Venganza real: la Corona de España, 1829–1965. Ed. Grijalbo, 1968.
  • Infanta Paz; Cuatro revoluciones e intemedios: Setenta años de mi vida. Espasa-Calpe, Madrid, 1935.
  • Infanta Eulalia; Memorias de Doña Eulalia de Borbón, Infanta de España (1864–1931). Ed. Juventud, 1954.
  • Baviera, S. A. R. Princesa Pilar de; Chapman-Huston, Comandante Desmond. Alfonso XIII. Col. "Z"
  • Puga, Maria Teresa; 20 infantas de España: Sus vidas, entre las ilusiones y el destino. Ed. Juventud, Barcelona, 1998.
  • Rey y Cabieses, Amadeo-Martín, Wittelsbach y Borbón: Relaciones y Enlaces Entre las Casas Reales de Baviera y de España, Siglos XIX Al XXI, Consejo Superior de Investigaciones Científicas, 2005
  • Vidal Sales, José Antonio; Francisco de Asís de Borbón y Borbón: la peripecia íntima, secreta y sentimental del esposo de Isabel II, un rey consorte afeminado y blando. Ed. Planeta, 1995

İstinadlar

  1. Lundy D. R. Maria de la Paz de Borbón y de Borbón, Infanta de España // The Peerage (ing.).
  2. María de la Paz Borbon // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. Deutsche Nationalbibliothek Record #116298286 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.