İnfanta Mariya Tereza Braqanza

Mariya Tereza Braqanza (isp. Maria Teresa Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga) (29 aprel 1793[1][2]17 yanvar 1874[1][2], Triest) — İspaniya və Portuqaliya infantası.

İnfanta Mariya Tereza Braqanza
port. Maria Teresa de Bragança
Şəxsi məlumatlar
Doğum tarixi 29 aprel 1793(1793-04-29)[1][2]
Vəfat tarixi 17 yanvar 1874(1874-01-17)[1][2] (80 yaşında)
Vəfat yeri
Sülalə Braqanza sülaləsi
Anası İnfanta Şarlotta (Portuqaliya kraliçası)
Həyat yoldaşları

Təltifləri Grand Cross of the Order of the Immaculate Conception of Vila Viçosa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. Nənəsi I Mariyanın səltənətində doğulan Mariya Tereza vəliəhdin ən böyük övladı olaraq 13 may 1810-cu ildə Rio-de-Janeyroda bibisi oğlu İnfant Pedro Karlosla evləndirildi. Ancaq çox keçmədən ərinin vəfatıyla dul qaldı.

Olduqca mühafizəkar olan Mariya Tereza kiçik qardaşı İnfant Miquelin Portuqaliya taxtı uğrunda, dayısı bə bacısının əri olan İnfant Karl İsidronun isə İspaniya taxtı uğrunda apardığı siyasi mübarizəni dəstəklədi. Digər dayısı VII Ferdinandın İspaniyadakı səltənətinin son illərində Mariya Tereza Madridə qayıtdı və burada siyasi propaqandasına davam etdi.

15 yanvar 1837-ci ildə korteslər birliyi üsyançı İnfant Karl İsidroya dəstək verməsini səbəb göstərərək Mariya Terezanın ana şəcərəsindən gələn taxt hüququnu ləğv etdi. Oğlunun da taxt hüququ ləğv edilsə də, 1859-cu ildə bərpa edildi.

Növbəti il Mariya Tereza uzun illərdir dəstək verdiyi, vəfat edən bacısının əri və dayısı olan İnfant Karl İsidroyla evləndi. Bu evlilikdən övladı olmadı və bacısının uşaqları olan ögey övladlarıyla məşğul oldu. İspaniyadakı taxt mübarizəsində məğlub olan cütlük çox keçmədən ölkəni tərk etdilər. Mariya Tereza 17 yanvar 1874-cü ildə Triestdə vəfat etdi.

Mənbə

  • Albano da Silveira Pinto. "Serenissima Casa de Bragança". Resenha das Familias Titulares e Grandes des Portugal (in Portuguese). Lisbon
  • La Princesa de Beira y los Hijos de Don Carlos by Conde de Rodezno (1938)

İstinadlar

  1. Lundy D. R. Maria Teresa de Bragança, Infanta de Portugal // The Peerage (ing.).
  2. María Teresa de. Princesa de Beira Braganza y Borbón // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.