İnfant Ferdinand
İnfant Ferdinand (port. Infante Don Fernando) və ya Müqəddəs Şahzadə (port. Infante Santo) (29 sentyabr 1402[1], Santaren[d], Portuqaliya krallığı – 5 iyun 1443[1], Fəs, Mərinilər dövləti[d][2]) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır.
İnfant Ferdinand | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1402[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 iyun 1443[1] (40 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | I Con |
Anası | Lankasterli Filipa |
Ailəsi | Avis sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
İnfant Ferdinand 1402-ci ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1433-cü ildə atasının vəfatıyla böyük qardaşı Eduard taxta çıxdı. Ancaq onun qısa səltənəti ailəsi üçün fəlakətlə nəticələndi. Belə ki, 1437-ci ildə qardaşı İnfant Henrinin rəhbərliyi ilə Tanjer qalasının mühasirəsinə qatılmış, ağır məğlubiyyətlə nəticələnən mühasirənin ardından mavrlara əsir düşmüşdür. Geri qaytarılması şərti olaraq Seuta qalası tələb edilsə də, qardaşları Don Alfonso və Conun səylərinə baxmayaraq, korteslər birliyi bu təklifi qəbul etmədi və əsir infant ölümə tərk edildi.
İlk başda xüsusi ehtiram göstərilərək qapalı şəkildə tutulsa da, müzakirələrin uzanması və Seuta qalasının təslim edilməməsinin ardından vəziyyəti ağırlaşdı. Mərakeşə aparılaraq burada ağır şəraitdə həbsdə tutuldu və 5 iyun 1443-cü ildə əsirlikdə vəfat etdi.
Həmçinin baxın
Mənbə
- Coleridge, C. R. (1879) The Constant Prince. London: Mozley & Smith.
- Rodrigues, Maria Idalina (2003) "Do Muito Vertuosos Senhor Ifante Dom Fernando a El Principe Constante", Via Spiritus, vol. 10, pp. 39–80.
- Russell, P. E. (2000) Prince Henry 'the Navigator': a life New Haven, Conn: Yale University Press.
- Saraiva, José (1925) Os Painéis do Infante Santo. Leiria: Central.
İstinadlar
- Schäfer J. Ferdinand von Portugal // Ökumenisches Heiligenlexikon. 1998.
- https://encyklopedia.pwn.pl/haslo/Ferdynand;3900429.html.