İnduksiyalı sürüklənmə

İnduksiyalı sürüklənmə, sonlu bir səthin yaratdığı qaldırıcı qüvvənin səbəb olduğu sürütlənmə qüvvəsinə verilən addır.

İnduksiyalı sürüklənmənin mənbələri

Praktiki olaraq sonsuz bir qanadın olması mümkün deyildir. Buna görə, qanad profilləri iki ölçülü model olsa belə, bir qanad əslində üçölçülüdür və cərəyan bu qanada göndərildikdə, yaranan reaksiya qüvvəsi iki komponentə malikdir: profilin mövcudluğundan formalaşmış parazit sürüklənmə qüvvəsi və qaldırıcı qüvvə. Ümumiyyətlə, qaldırıcı qüvvə parazitar sürüklənmə qüvvəsinə görə daha böyük bir qüvvə kimi ölçülür.

Məhz bu səbəblə, qanad ucunu dövrə vuraraq təzyiqin aşağı olduğu yuxarı zonaya təzyiqin aşağı olduğu aşağı zonadan keçən bir cərəyan müşahidə olunur (axına perpendikulyar bir istiqamətdə). (Qanad ucu vorteksi) Bu vorteks əlavə sürüklənməyə səbəb olur, lakin bu sürüklənmə parazit sürüklənmədən fərqli olaraq cari sürətin kvadratına tərs mütənasibdir.

Qaldırıcı qüvvəni artıran hər hansı bir amil induksiyalı sürüklənməni də artırır. (Məsələn: Hücum bucağı)

İnduksiyalı sürüklənmənin azaldılması

İnduksiyalı sürüklənmə qüvvəsini aşağıdakı yollarla zəiflətmək mümkündür:

  • Qanad genişliyini artırmaq: Qanad ucu vorteksləri qanad uclarına yaxın bölgələrdə reallasşdığından artırılmış qanad genişliyi, qanadın bu vorteksdən təsirlənmə faizini azaldacaqdır.
  • Qanad ucu lövhəsindən istifadə: Qanad ucunda bu vorteksin reallaşmasının qarşısını alacaq və ya təsirini azaldacaq qanad ucu hissəsi, induksiyalı sürüklənməni kifayət qədər azalda bilər.

İnduksiyalı sürüklənmənin hesablanması

İnduksiyalı sürüklənmə aşağıdakı kimi hesablanır:

ve

Bunun nəticəsi olaraq:

Beləliklə:

Genişlik nisbəti,
Sürüklənmə əmsalı,
Daşınma əmsalı,
İnduksiyalı sürüklənmə
Elliptik daşınma paylanmasına yaxınlaşma faktoru 1.05 -1.15 arası bir dəyər.
Daşınma,
Qanad sahəsi,
Həqiqi hava sürəti,
Təsirli hava sürəti,
Hava sıxlığı və,
1.225 kg/m³, Dəniz səviyyəsində hava sıxlığı, Standart atmosfer şərtləri

Digər sürüklənmə mənbələri ilə qarşılıqlı əlaqə

Ümumi sürüklənmə, induksiyalı sürüklənmə və parazit sürüklənmənin cəmidir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.