İndoneziya İstiqlal müharibəsi

İndoneziya İstiqlal müharibəsi— hərbi münaqişə bir tərəfdə İndoneziya digər tərəfdə isə HollandiyaBöyük Britaniyanın iştirakı ilə baş vermişdir. Müharibə nəticəsində İndoneziyanın müstəqilliyi tanınır. Müharibə Hollandiya üçün 4 min insan itkisi və ilə nəticələnir. Digər tərəfdə isə 80 min insan itkisi baş verir. Holland məlumatlarına görə isə İndoneziya 100,000, ingilislər isə 980 ölü və 1663 yaralısı olmuşdur.

İndoneziya İstiqlal müharibəsi
Tarix 29 sentyabr 1945 - 27 dekabr 1949
Yeri Niderland Ost-Hindi
Nəticəsi İndoneziyanın qalibiyyəti. İndoneziyanın müstəqilliyinin tanınması.
Münaqişə tərəfləri

Niderland
Böyük Britaniya
Yaponiya

İndoneziya

Komandan(lar)

Niderland Ser Filip Kristionson
Simon Spur
Xubertus van Muk

İndoneziya Sukarno
Sudirman
Abdul Xaris
Suxarto

Tərəflərin qüvvəsi

Niderland 120,000

İndoneziya 100,000

İtkilər

Niderland 4,585
Böyük Britaniya 980

İndoneziya 80,000

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Öncəki vəziyyət

    Yaponiyanın məğlubiyyətindən sonra 15 avqust 1945-ci ildə indoneziyalı vətənpərvərlər Suranko başda olmaqla İndoneziyanın müstəqilliyini elan edirlər. Bu zaman Avropada müharibə yenicə bitmişdi bu səbəbdən özünə hələ gələ bilmədiyindən bir addım ata bilmirdi.

    Müharibənin gedişi

    Müharibənin başlaması

    17 avqust 1945 ildə Sukarno İndoneziyanın müstəqilliyini elan edir. İngilislər bu məsələdə Hollandiyanı dəstəkləyir. Buna səbəb isə bu zaman İndoneziyada çoxlu sayda ingilis qüvvələri mövcud olması idi. Üstəlik adalarda yapon əsirlər var idi ki, onları ölkələrinə göndərilməli idilər. 29 sentyabr ingilis qüvvələri Bataviya şəhərinə qoşun çıxarırlar. Burada onlar bir sıra cətinliklərlə rastlaşırlar: Nəqliyyatın olmaması, yerli əhali tərəfindən xoş qarşılanmama və onlara qarşı vuruşan hərbi birləşmələr. Bu birliklər öz aralarında belə mübarizə aparırdılar. Belə vəziyyətdə ingilis qüvvələrinin komandanı Kristinson müharibəyə girişmək istəmir və de-fakto yeni qurulan dövləti tanıyır. Bununla belə 4 oktyabrda Bataviya şəhərinə hollandlar qoşu yeridirlər. Onların hədəfi İndoneziyanı Hollandiyaya birləşdirmək olur. Bundan sonra hərbi toqquşmalar artır. Hollandlar yerli birləşmələrin məhvinə başlayırlar. Sumatrada vətəndaş müharibəsi başlayır. Sonradan döyüşlər Yava adasına keçir. 10 oktyabrda Böyük Britaniyaya məxsus olan patrul helikoperi partladılır. Ardından indoneziyalıların nəzarətində olan Smaranq şəhərinə desad çıxarılır. 15 oktyabrda şəhər ələ keçirilir. 25 oktyabrda Surabaya şəhərinə ingilis quru qüvvələri çıxarılır. Onlar Duradada dirənişlə qarşılaşırlar. 28 oktyabrda şəhərə holland qüvvələri daxil olur. 9 noyabrda Hindistandan bura ingilis və hollandlar üçün qüvvələr gətirilir. 10 noyabr dənizdən şəhərin küçələri artilleriya atəşi məruz qalır. Bundan sonra qüclü hücum başlanır. 25 noyabrda indoneziya qüvvələri cəngəlikklərə çəkilir. 3 mart 1946 ildə müttəfiqlər Bali adasına desand çıxarırlar. Bundan sonra ingilislər güvvələrini toplayaraq adanı tərk edirlər.

    Birinci koloniyalaşdırma müharibəsi

    oktyabr 1946 İndoneziya hökuməti Hollandiya ilə danışıqlara gedir. Danışıqlar 1947-ci ilin 25 martında danışıqlar bitir və Linqacat anlaşması imzalanır. Hollandiya de-fakto İndoneziyanın müstəqilliyini tanıyır. May ayında hollandlar indoneziyaya müraciət edərək siyasi-hərbi hakimiyyətin onlara verilməsini tələb edir. İyun ayında Sukaro milli ordunun yaradılması haqqında dekret imzalayır. 20 iyulda hollandlar anlaşmadan imtina etdiklərini bildirirlər. Bundan sora Birinci koloniyalaşdırma[1] müharibəsi başlayır. 22 iyulda Çeribona 15 hava hücumu həyata keçirilir. 4 avqustda Yava adasının mərkəzinə desant çıxarılır. Şiddətli döyüşlər başlayır. 9 dekabr 1947 il hollanlar yerli əhalini qırırlar. Bundan sonra Hollandlar üzrxaqlıq edirlər[2]. Bu müharibəyə BMT müdaxilə edilir. 17 yanvarda Renvill anlaşması imzalanır. Bundan sonra 18 sentyabrda ölkədə hərbi toqquşmalar başlayır. Ölkədə komunist partiyası çevrilişə cəhd edir. Buna baxmayaraq patiyanın bütün üzvləri məhv edilir.

    İkinci koloniyalaşdırma müharibəsi

    İndoneziyanın zəifləmədini görən hollandlar Ost-Hində sahiblənmək arzusunda idilər. 19 dekabrda Hollandiya qüvvələri "İkinci koloniyalaşdırma müharibəsinə" başlayırlar. Maquvo aerodromuna 2500 nəfərfən ibarət desant çıxarılır. Dirənişə rast gəlmədən 15:00 radələrində İndoneziyanın paytaxtı ələ keçirilir. Sukarno həbs edilir və təyyarə ilə paytaxta aparılır. 24 dekabrda Yava adası ələ keçirilir. 25 dekabrda isə Sumatranın yarısı işğal olunur. Bu ərəfədə fovqəladə hökumət təşkil edilir. Yavada müqavimətə Nasition başçılıq edirdi. 1949-cu ilin fevralında Yavadan hollaniyalıları qüvvələri müqavimət nəticəsində çıxarılır. BMT öz növbəsində Hollandiyaya təsir edir. Avqust ayında artıq barışıq imzalanır.

    Nəticə

    23 avqustdan 2 noyabradək (1949) Haaqada sülh konfransı fəaliyyət göstərirdi. 27 dekabr 1949 ildə İndoneziyanın müstəqilliyi ABŞ tərəfindən tanınır. Yeni Qvineyanın qərbi isə hələdə Hollandların əlində qalırdı. Müharibənin nəticəsində Hollandiya məğlub olur. Cənub-şərqi Asiyada yerləşən mülklərinin çoxunu itirir. İndoneziya isə müstəqillik əldə edir.

    Həmçinin bax

    İstinadlar

    1. "Kolonializm". 2008-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
    2. "Niderlandlılar hadisələrə görə üzr istəyirlər". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.

    Mənbə

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.