İndira burnu

İndira burnu, Piqlamion (hind. इंदिरा पाइंट) — Böyük Nikobar adasının cənubunda yerləşən burun. Hindistanın ən cənub nöqtəsidir.

İndira burnu
Yerləşməsi
6°45′15″ şm. e. 93°49′42″ ş. u.
Akvatoriya Andaman dənizi
Ölkə  Hindistan
İndira burnu xəritədə
İndira burnu
İndira burnu

Burun Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Buna qədər isə Piqlamion adlandırılırdı. Sumatra adasından şimal-qərbdə yerləşir.

Burunun sahilində 35 metrlik mayak inşa edilmişdir[1]. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsi zamanı burunun sahili okean dibinə gömülmüş və mayak yarıya qədər suytun altında qalmışdır[2]. Bəzi mütəxəsislər oean sahilinin bərpa olunacağını iddia edirlər.[3]

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.