İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini.[2]
İndira Hacıyeva | |
---|---|
Vəzifədədir | |
29 noyabr 2021-ci ildən | |
Əvvəlki | İntiqam Babayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1960 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
|
|
Təltifləri |
Həyatı
İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub.
1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub.
1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışıb.
1992–1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993–1995 və 1998–1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999–2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000–2001) vəzifələrində işləmişdir.
Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001–2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006–2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008–2021) vəzifələrində çalışıb.
Siyasi fəaliyyəti
İndira Hacıyeva 1984–1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986–1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988–1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb.
İndira Hacıyeva bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında altıncı sırada olmuşdur.[3] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, İndira Hacıyeva isə deputat seçilə bilməmişdir.[4]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.[5]
Makafatları
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (08.02.2011)[6]
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015) Azərbaycan Respublikasının yubiley medalı (15.12.2015)
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (22.06.2016)
İstinadlar
- "Struktur, Rəhbərlik". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- "Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub - SİYAHI". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
- "Yeni nazir müavinləri kimdir? - DOSYE". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.