İncilli
İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
İncilli | |
---|---|
39°08′16″ şm. e. 48°26′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 645 (2009) nəfər |
|
Tarixi
Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[1]
Toponimikası
İncilli oyk. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629