Mirvari

Mirvari və ya incidəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir.

Yaponiyada yetişdirilən mirvari

Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir. Molyuskanın içərisinə girən yad cisimlər mirvarinin əmələ gəlməsi üçün özək funksiyası yerinə yetirir. İllər keçdikcə bu özək maddənin üstü nazik kalsium karbonat təbəqələri ilə örtülür. Bəs molyuskanın içində sədəf maddəsi necə əmələ gəlir? Molyuskanın daxili qatlarında sədəfi əmələ gətirən iki əsas maddə vardır. Bir təbəqədə mirvarini meydana gətirən “araqonit” adlı, kalsium karbonat tərkibli mineral, digərində isə mirvaridəki bu “araqonit” maddəsini bir yerdə saxlayan “konxiolin” (buynuz maddəsi) maddəsi olur. “Araqonit” yarımşəffəf maddə olduğu üçün mirvariyə parlaqlıq verir. Bu iki maddənin molyuska tərəfindən istehsal edilməsi, daha sonra isə onların birləşib bir toz zərrəsini örtərək mirvari kimi bir gözəlliyi ortaya çıxarması olduqca heyrətamizdir. Molyuskanın qorunma məsqədi ilə əmələ gətirdiyi mirvari insanlar üçün bəzək əşyası olaraq yaratılmışdır. Bu, Allah’ın bənzərsiz yaratmasıdır. Allah Rəhman surəsində mirvariyə diqqət çəkmişdir:

"Onlardan (o iki dənizdən) mirvari və mərcan çıxır."(Rəhman Surəsi, 22)

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.