İncəsənət Universiteti (Albaniya)
İncəsənət Universiteti (alb. Universiteti i Arteve) — Albaniyada yerləşən Universitet, (əvvəllər "İncəsənət Akademiyası" alb. Akademiae Arteve kimi tanınırdı); incəsənət sahəsində ali təhsil verən ölkənin əsas təhsil müəssisəsidir.
İncəsənət Universiteti | |
---|---|
41°19′04″ şm. e. 19°49′12″ ş. u. | |
Əsası qoyulub | 1966 |
Tip | dövlət |
Rektor | Petrit Malaj[1] |
Tələbə sayı | 1200 |
Şəhər | Tirana |
Ölkə | |
Sayt | uart.edu.al |
Tarixi
Təhsil müəssisəsi 1966-cı ildə Ali İncəsənət İnstitutu kimi təşkil edilmişdir (alb. Instituti i Lartë i Arteve). Universitet 3 ali təhsil müəsisəsinin birləşdirilməsindən meydana gəlmişdir:Tirana Dövlət Konservatoriyası (alb. Konservatorin Shtetëror të Tiranës), Ali incəsənt məktəbi (alb. Shkollën e Arteve të Bukura) və «Aleksandr Mosis» aktyorluq məktəbi (alb. Shkollën e Lartë të Aktorëve “Aleksandër Moisiu”). Albaniya ilə SSRİ arasında kommunist əməkdaşlıq dövründə universitet rus musiqisinin ənənələrini klassik musiqi və baletdə tədris prosesində istifadə etmək imkanı qazanmışdı. 1991-ci ildə İncəsənət İnstitutu İncəsənət Akademiyasına çevrilir. 12 oktyabr 2009-cu ildə "Böyük magistr" ordeni ilə mükafatlandırılmışdır. 23 mart 2011-ci ildə Albaniyası Nazirlər Sovetinin qərarı ilə Akademiya Uuniversitetə çevrilir. 2011-2012-ci tədris ilində öz işinə başlamışdır. Universitet hələ də Rusiyanın balet və klassik musiqi məktəbi ilə əlaqələr saxlayır.
Fəaliyyətlər
Universitetə 3 fakultəyə sahibdir:
- Musiqi fakultəsi:
- Musiqişunaslıq, dirijorluq və bəstəkarlıq kafedrası
- Nəğmə kafedrası
- Vizual Sənətlər fakültəsi:
- Rəsm kafedrası
- Heykəltaraşlıq kafedrası
- Səhnə Sənətləri Fakültəsi:
- Aktyorluq kafedrası
- Rejisorluq, estrada, xoreoqrafiya və dizayn kafedrası
Rektorlar
- 1966—1969 illər − Vilson Kilica
- 1969—1973 illər − Tefik Çaushi
- 1973—1978 illər − Lili Zhamo
- 1978—1981 illər − Ibrahim Madhi
- 1981—1988 illər − Kristo Jorgji
- 1988—1991 illər − Jakup Mato
- 1991—1992 illər − Fatmir Hysi
- 1992—1995 illər − Bujar Kapexhiu
- 1995—1997 illər − Gjergj Zheji
- 1997—2008 illər − Kastriot Çaushi
- 2008 − Petrit Malaj
İstinadlar
- Rektori Arxivləşdirilib 2016-04-07 at the Wayback Machine (alb.)
- "Kledi Kadiu". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- "Vénera Kastrati". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
Mənbə
- Rəsmi sayt (alb.)
- Rəsmi sayt (alb.)
- Albania |Ranking Web of Universities (ing.)