İnam
Doldurulmamış göstərici "Ölkə"
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır.
Tarixi
İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000–2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır. 1998-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) BP şirkətinin idarə etdiyi konsorsiuma yataqları kəşf etmək, işləmək və hasilat işləri həyata keçirmək hüquqları verir. Bu konsorsium BP (25%), Şell (5%), ARDNŞ-nin Ortaq Neft şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tam sahib olduğu filial) (AONŞ – 50%) və Koreya Dövlət Neft Şirkətindən (20%) ibarətdir.