İnəklər gölü döyüşü

İnəklər gölü döyüşü682-ci ildə İkinci Göytürk xaqanlığı ilə Doqquz Oğuzlar arasında baş vermiş döyüşdür.[3]

İnəklər gölü döyüşü
Tarix 682-687
Yeri İnəklər gölü
Nəticəsi İkinci Göytürk xaqanlığının qələbəsi
Münaqişə tərəfləri

Doqquz Oğuz

İkinci Göytürk xaqanlığı

Komandan(lar)

Baz Xaqan
Tenqri Xaqan
Tongra Eşim

İltəriş xaqan
Tonyukuk
İlətmiş Yabqu[1]

Tərəflərin qüvvəsi

6.000[2]

2.000

    Döyüşdən əvvəl

    Qutluq xaqan 682-ci ildə göytürkləri Tanq hakimiyyətindən qurtarmaq üçün böyük mübarizə başlatdı. Göytürklər müstəqilliklərinə qovuşmaq üçün daha əvvəl də bir neçə dəfə üsyan etmişdi. Ancaq bu üsyanlar Tanq tərəfindən yatırılmışdı. Qutluq xaqan xalqını toplayaraq Çuqay-Kuz dağına çıxdı. Qutluq xaqanın təqibçiləri 5.000 nəfər idi. Qutluq xaqan ilk iş olaraq Doqquz Oğuzların sürülərini yağmalatdı. Zamanla güclənən Qutluq qardaşı Bögü Çoru şad, digər qardaşı Tuo-hsi-fuyu da (Eletmiş Yabqu) yabqu təyin etdi. Bir müddət sonra da, çinlilərin əlində həbsdə olan Tonyukuk qaçaraq Qutluq xaqana qoşuldu. Tonyukuk həbsdə olduğu müddətdə Tanqı yaxından tanımış və əzif yönlərini öyrənmişdi. Qutluq xaqan Tonyukuka Apa Tarkan ünvanı ilə birlikdə atların və hərbi işlərin məsuliyyətini verdi.[4]

    Döyüş

    Oğuzlardan bir qaçaq Qutluq xaqanın yanına gəldi və belə bir bilgi verdi:

    " Doqquz Oğuzlar yeni xaqan seçmişlər və Tanqa general Kuyu, kidanlara isə Tonqra Eşim adında bir nəfəri çatdırmışlardır. Doqquz Oğuz xaqanı, sayıları az olan göytürklərin gündən günə inkişaf etdiyini, gücləndiyini, xaqanları Qutluğun çox cəsarətli olduğunu, sözçüləri Tonyukukun ağıllı olduğunu, bu iki şəxsin var olduqca həm çinliləri, həm kidanları öldürəcəyini, şübhəsiz oğuzları da öldürəcəyini irəli sürmüşdür.[5] "

    Sonra qaçaq bu xaqanın çinlilər və kidanlar ilə ittifaq qurduğunu bildirdi. Doqquz Oğuzlar, çinlilər və kidanların qurmuş olduqları bu ittifaqa görə, Doqquz Oğuzlar şimaldan, kidanlar şərqdən və çinlilər də cənubdan hücum edəəck və göytürklər ortadan qaldırılacaqdı. Tonyukuk bu hadisələrlə bağlı Qutluq xaqana belə ittifaqın daha yeni qurulmuş Göytürk xaqanlığının sonu ola biləcəyini, bir şeyin zəif ikən onu məğlub etmənin asan olduğunu, gücləndiyində isə onunla döyüşmənin çətinləşəcəyini dedi. Bundan sonra Qutluq xaqan Tonyukuka ordunu istədiyi kimi idarə etmə səlahiyyəti verdi. Ordunun komandanlığını əlinə alan Tonyukuk Göytürk ordusu ilə Kök Onq çahyını keçərək Ötükən dağlarına doğru irəlilədi. Doqquz Oğuzlar da inəkləri və yük arabaları ilə Tula çayına doğru irəlilədilər. İnəklər gölü ilə Tula çayı tərəfdən Doqquz Oğuz ordusu Göytürk ordusu üzərinə hücum etdi.[6] Oğuz ordusu 6.000 nəfərdən, Göytürk ordusu 2.000 nəfərdən ibarət ikən, Tonyukuk abidəsinə görə, “Tanrı yardım etdiyi üçün” Göytürk ordusu Oğuz ordusunu məğlub etdi. Ağır məğlubiyyətdən sonra geri çəkilən oğuzların bir qismi çayda boğuldu. Oğuzların xaqanı Baz xaqan qətlə yetirildi.[7]

    Nəticə

    Döyüşdən sonra göytürklər Ötükəni ələ keçirdilər, Doqquz Oğuzların qalıntıları ilə bir çox türk boyu göytürklərə bağlılıqlarını elan etdilər. Qutluq xaqana isə dövləti qüvvətləndirən, düzəldən mənasına gələn İltəriş titulu verildi. Beləliklə, İkinci Göytürk xaqanlığı rəsmən qurulmuş oldu.

    İstinadlar

    1. Ongin abidəsi. . səh. 5.
    2. Tonyukuk abidəsi. . səh. 9.
    3. Taşağıl, Ahmet. Göytürklər. III. Türk Tarih Kurumu Yayınları. 2004. səh. 14. ISBN 975-16-1113.
    4. Ahmetbeyoğlu, Ali. Sorularla Eski Türk Tarihi. 2015. səh. 104. ISBN 978-605-5200-41-1.
    5. Tonyukuk abidəsi. . səh. 15.
    6. Tonyukuk abidəsi. . səh. 15.
    7. Ahmetbeyoğlu, Ali. Sorularla Eski Türk Tarihi. 2015. səh. 105. ISBN 978-605-5200-41-1.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.