İnşaatçılar metrostansiyası

İnşaatçılarBakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" musiqisindən fraqment səslənir.

İnşaatçılar metrostansiyası

2-ci xətt
Bakı metrosu
İnşaatçılar metrostansiyasının içi
İnşaatçılar metrostansiyasının içi
Rayon Yasamal
Açılış tarixi 31 dekabr 1985
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Çıxdığı küçələr Abbas Mirzə Şərifzadə küçəsi
Nəqliyyat Bus transport 9, 14, 17, 18, 39, 77, 96, 165, 205 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar 20 Yanvar, Elmlər Akademiyası
İnteraktiv sxemi

Kiçilt

İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikintisi

Tunelin tikintisi zamanı, "Elmlər Akademiyası" — "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı metrosunda, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş metro işçilərinin şücaəti şərəfinə olaraq, "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir.

Təmiri

2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilmişdir.

18 yanvar 2016-cı ildə stansiyanın 2-ci vestibülü ("20 yanvar" stansiyası tərəf) müvəqqəti bağlanmışdır. Bu vestibüldəki quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurduğundan dəyişdirlir.

Yeni eskalator. 2016

2016-cı il iyunun 1-i saat 06:00-dan etibarən metronun "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə verilmişdir. 30 il əvvəl quraşdırılmış "ET-5" tipli üç eskalotorun əvəzində Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Eskalatorlar 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.[1]

Xüsusiyyətləri

  • Stansiya 31 dekabr 1985-ci ildə istismara verilmişdir.
  • "İnşaatçılar" stansiyası — 4 stansiyadan ibarət 9 kilometrlik "Elmlər Akademiyası"-"Memar Əcəmi" xəttində, ortadan birinci yerdə yerləşir (informasiyanı dəqiqləşdirməyə ehtiyac var!)
  • Stasiyanın şəhərə çıxışı A. M. Şərifzadə küçəsinə çıxır.

İstinadlar

  1. Günay Məryəm. "Metro istifadəçilərinə şad xəbər!" (az.). ATV. 2016-06-01. 2016-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.