İnönü Universiteti

İnönü UniversitetiTürkiyənin Malatya şəhərində dövlət universiteti. 28 yanvar 1975-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin ikinci prezidenti İsmət İnönünün anadan olduğu Malatyada İnönü Universitetinin yaradılması haqqında sərəncam vermişdir.

İnönü Universiteti
İnönü Üniversitesi[1]
Loqonun şəkli
38°19′59″ şm. e. 38°26′20″ ş. u.
Əsası qoyulub 1975
Tələbə sayı 1.153[2]
Ölkə
Sayt inonu.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnönü Universiteti Türkiyənin şərq hissəsinin ən böyük dövlət universitetlərindən biridir. İnönü Universitetinin 6 kampusu, 6 institutu, 14 fakültəsi, 19 tədqiqat mərkəzi və Malatya Texnologiya İnkişafı Zonası adlanan innovativ elm və texnologiya parkı var. 1975-ci ildən bəri İnönü Universitetini 90 mindən çox tələbə bitirmişdir.[4] Universitet daxilində Turqut Özalın xatirəsinə həsr olunmuş başqa bir muzeylə yanaşı İsmət İnönüyə həsr edilmiş bir muzey də var. Hal-hazırda İnönü Universitetində 1,600-dən çox professor-müəllim heyəti və tədqiqat işçisi, 3,500-ə yaxın aspirant və 41,000-dən çox (müxtəlif ölkələrdən olan təxminən 1,500 tələbə) bakalavr tələbəsi var.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.