İmre Nad
İmre Nad (mac. [ˈimrɛ ˈnɒɟ], 7 iyun 1896[1][2][…], Kapoşvar[3] – 16 iyun 1958[1][2][…], Budapeşt[3][3]) — macar siyasi və dövlət xadimi. İki dəfə Macarıstanın baş naziri olmuşdur. Macar inqilabının rəhbərlərindən hesab edilir.
İmre Nad | |
---|---|
mac. Nagy Imre | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyun 1896[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1958[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, diplomat, iqtisadçı |
Uşağı | |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İmre Nad Macarıstanın Kapoşvar bölgəsində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıq illərindən çilingər yanında çalışmışdır. Onun atası Jozef Nad (1869–1925) o bölgədəki malikanələrin birində xidmətçi işləyirdi. Daha sonralar isə poçt məmuru kimi çalışmışdır. Anası Rozaliya Szabo (1877–1969) evlənməmişdən əvvəl malikanələrdən birində xidmətçi olaraq çalışmışdır.
I Dünya müharibəsi başlayan zaman İmre Nad Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsinə göndərilmişdir. 1915-ci ildə rus ordusuna əsir düşən İmre Nad Rusiyada əsirlikdə olarkən bolşevik ideologiyasının təsirinə düşmüş və əsirlikdən azad edildikdən sonra Rusiya Kommunist Partiyasına və Qızıl Orduya üzv olmuşdur.
Fəaliyyəti
1921-ci ildə Macarıstana geri dönmüşdur. 1930-cu ildə Sovet İttifaqına getmiş və yenidən Kommunist partiyasına üzv olmuş və SSRİ vətəndaşlığını qəbul etmişdir. Burada olduğu müddətdə kənd təsərrüfatı sahəsində araşdırmalar aparmış və Kommunist İnternasionalının Macarıstan bölməsində çalışmışdır. 1936-cı ildə partiyadan xaric edilmişdir.
1989-cu ildə partiya rəhbəri Karoli Qrosz iddia etmişdir ki, bu dövrlərdə İmra Nad Sovet təhlükəsizlik orqanlarının agenti olmuşdur.[4] Bu iddiaların onun nüfuzunu sarsıtmaq üçün deyildiyi iddia olunur. Hər halda İmra Nadın Sovet İttifaqında yaşadığı zaman NKVD üçün informator kimi çalışması və onlara adlar verərək öz sadiqliyini sübut etməyə çalışdığı məlumdur. Bu o dövrdə Sovet İttifaqında yaşayan bütün xarici ölkədən gəlmiş kommunistlərin hamısı ilə baş verirdi.[5]
II Dünya müharibəsindən sonra Macarıstana geri dönən İmre Nad, Bela Miklos de Dalnok hökumətində Macarıstan Kommunist Partiyasının nümayənəsi kimi Kənd Təsərrüfatı naziri olmuşdur. Nazirliyi zamanı kənd əhalisinə torpaq sahəsi paylamışdır. Bundan sonrakı Tildinin rəhbərlik etdiyi hökumətdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Bu dövrdə almanların Macarıstandan qovulmasında aktiv rol oynamışdır.[6]
Kommunist hökumət kabinetində Kənd Təsərrüfatı naziri və digər nazir vəzifələrində çalışdıqdan sonra, 1947–1949-cu illərdə Macarıstan Milli Məclisinin sədri olmuşdur.
1953–1955-ci illərdə Macarıstan Xalq Respublikasının Nazirlər Şurasının sədri olmuşdur. Bu dövrdə sosializmdə "Yeni kursu" dəskləmiş və Sovet İttifaqının Siyasi Bürosu ilə bütün əlaqələri kəsmişdir. Bundan sonra o, Sovet İttifaqının diktəsi ilə Macar Mərkəzi Komitəsindən, Siyasi Bürosundan və bütün partiya orqanlarından qovulmuşdur. 1955-ci ilin aprel ayının 18-də Nazirlər Şurasının sədrliyindən də qovulmuşdur.
İnqilab
İmre Nad Macar inqilabı zamanı xalqın tələbi ilə yenidən Macarıstan Nazirlər Şurasının sədri oldu və az sonra çox partiyalı sistemə keçildiyini elan etdi. 1956-cı ilin 1 noyabrında Macarıstanın Varşava paktından çıxdığını elan etdi və bundan sonra Macarıstanın bitərəf dövlət olduğunu bildirdi.[7] Buna kömək etmək üçün BMT vasitəsilə Birləşmiş Krallıq və ABŞ-yə müraciət etdi.[8]
Bütün bu proseslər zamanı İmre Nad hələ də Marksist olaraq qalırdı.
Macar inqilabı Sovet qoşunları tərəfindən yatırıldıqdan sonra İmre Nad bir necə nəfərlə Budapeştdəki Yuqoslaviya səfirliyinə sığındı. Macarıstanın yeni rəhbəri Yanoş Kadarın təhlükəsiz keçid üçün yazılı zəmanət verməsinə baxmayaraq, İmre Nad Rumıniyanın Snaqov şəhərinə keçmək üçün səfirlikdən çıxdıqdan sonra Sovet qüvvələri tərəfindən həbs edildi.
Gizli məhkəmə və edam
Həbs edildikdən sonra İmre Nad, Sovet qüvvələri tərəfindən onu "vətən xainliyində" və "Macarıstan Xalq Demokratik Respublikasını devirməyə cəhd etməkdə" ittiham edən Macarıstan rəhbərliyinə təhvil verildi. Keçirilən gizli məhkəmədə İmre Nad təqsirkar görüldü və edama məhkum edildi. Edam qərarı 1958-ci ilin iyun ayında edam edildi.
Kremlə yaxın şəxs olan Fedor Burlatsky bildirmişdi ki, İmre Nadın edamını Nikita Xruşşov digər sosialist ölkələrin rəhbərlərinə dərs olduğunu bildirmişdi.
Edamdan sonra saxlanıldığı həbsxanada dəfn edilmişdir. İllər sonra həmin yerdən nəşi çıxarılmış və Budapeştin 301 saylı bölgəsində xüsusi mərasimlə dəfn edilmişdir. Məzarın üzərində heykəl qoyulmuşdur. Orada latınca, macarca, almanca və ingiliscə sözlər yazılmışdır. Latınca bunlar yazılmışdır: Vivos voco / Mortuos plango / Fulgura frango (Mən yaşamı səsləyirəm, mən ölümə yas tuturam, mən ildırımları sındırıram)
Memoriallar və siyasi bəraətin verilməsi
Macarıstanın Stalinst liderlərin hakimiyyəti altında olduğu dövrdə İmre Nadın anılması qadağan edilmişdi. Lakin bu dövrdə onun xatirəsinə Parisdə Père Lachaise adlı memorial tikilmişdi.
1989-cu ildə, İmre Nadın edam edilişinin 31-ci ildönümündə nəşi çıxarıldı və kommunist rejimə müxalif olan şəxslərin müşaiəti ilə dəfn edildi. Bu mərasimdə 100 min adamın iştirak etdiyi güman edilir.
İmre Nadın nəşinin yenidən xüsusi mərasimlə dəfn edilməsi Macarıstanın kommunizmə qarşı mübarizəsində mühüm faktor olmuşdur.[9]
Əsəri
İmre Nadın 1955-ci ilin aprelində vəzifədən çıxarıldıqdan sonra yazdıqları toplanmış və qaçaq yolla Macarıstandan çıxarılmışdır. Onun bu yazıları qərbdə "İmre Nad kommunizm haqqında" adı ilə nəşr edilmişdir.
Ailəsi
İmre Nad Mariya Egeto ilə evlənmiş və cütlüyün bir qız övladı olmuşur: Erzsebet Nad (1927–2008). İmre Nadın qızı yazıçı və tərcüməçi olmuşdur.[10] Erzsebet Ferenk Yanoşi ilə evlənmişdir. İmre Nad 1956-cı ildə qızının protestant kilsəsində olan və rahib tərəfindən keçirilən nikahına Siyasi Bürodan icazə almadan getmişdir. Erzsebet 1982-ci ildə Yanoş Veszi ilə evlənmişdir.[5]
Film və incəsənətdə
2003 və 2004-cü ildə macar film rejissoru Marta Meszaros Nadın həyatından bəhs edən A temetetlen halott (Ölümsüz bədən) adlı film çəkmişdir.[11]
İmre Naddan Zəfərin övladları filmində də bəhs edilir.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Imre Nagy // Encyclopædia Britannica (ing.).
- Bell A. Imre Nagy // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- János Rainer: Nagy Imre, (Budapest, 2002), 26.
- Gati, Charles (2006). Failed Illusions: Moscow, Washington, Budapest and the 1956 Hungarian Revolt, p. 42. Stanford University Press. ISBN 0-8047-5606-6.
- (hu) Imre Nagy's unknown life, in Magyar Narancs Arxivləşdirilib 2020-09-28 at the Wayback Machine
- Gyorgy Litvan, The Hungarian Revolution of 1956, (Longman House: New York, 1996), 55–59
- Stokes, Gale. From Stalinism to Pluralism. p. 82–3
- Kamm, Henry. "Hungarian Who Led '56 Revolt Is Buried as a Hero". The New York Times. 17 June 1989. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2010.
- "Erzsebet Nagy, only child of Hungary's 1956 revolution prime minister Imre Nagy, dies". Associated Press. PR-inside.com. 29 January 2008. 15 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2008.
- A temetetlen halott