İmperator pinqvinləri
İmperator pinqvini[3][4][4] və ya Böyük pinqvinlər (lat. Aptenodytes) — pinqvinlər fəsiləsinə daxil olan quş cinsi. Elmi adı yunancadan tərcümədə "qanadsız üzənlər" mənasını verir. Bu cinsə daxil olan növlər dünyada daha çox tanınır. İmperator pinqvinləri eyni fəsiləyə daxil digər cinslərdən tam fərqlənir. Onlar çəki və boy baxımından iri olur və yuva qurmurlar. Onlar yumurtanı ayaqları üzərində qarının sallanan dərisi altında saxlayırlar.
İmperator pinqvinləri | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: İmperator pinqvinləri |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təkamül
İmperator pinqvinlərinə daxil olan növlərin DNK analizlərinin aparılması onu göstərmişdir ki, onların yaşı 40 miluon il öncəyə gedir[5]. Bu cinsə daxil olan və Yeni Zelandiya ərazisində yayılan Ridqen pinqvini (Aptenodytes ridgeni) pliosen dövründə yaşamışdır[6]
Növləri
Cinsə üç növ daxil edilsə də yalnız iki növ günümüzdə yaşayır: İmperator pinqvini (Aptenodytes forsteri) və nisbətən kiçik olan kral pinqvini (Aptenodytes patagonicus).
Ədəbiyyat
- Е.А. Коблик. Разнообразие птиц. Часть 1. М., Издательство Московского университета, 2001 ISBN 5-211-04072-4
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2011.
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- Henry George Liddell and Robert Scott (philologist). A Greek-English Lexicon (Abridged Edition). United Kingdom: Oxford University Press. 1980. ISBN 0-19-910207-4.
- Ksepka, D. T. B.; Sara Giannini; Norberto P. "The phylogeny of the living and fossil Sphenisciformes (penguins)". Cladistics. 22 (5). 2006: 412–441. doi:10.1111/j.1096-0031.2006.00116.x.
- Baker AJ, Pereira SL, Haddrath OP, Edge KA. "Multiple gene evidence for expansion of extant penguins out of Antarctica due to global cooling". Proc Biol Sci. 273 (1582). 2006: 11–17. doi:10.1098/rspb.2005.3260. PMC 1560011. PMID 16519228.
- Jouventin P. "Visual and vocal signals in penguins, their evolution and adaptive characters". Adv. Ethol. 24. 1982: 1–149.