İmperator pinqvini
İmperator pinqvini[3] (lat. Aptenodytes forsteri) — hazırda dünyada mövcud olan pinqvin növləri arasında çəki və boy baxımından ən irisi olan pinqvin növü. Yetkin sərdin orta boyu 122 sm, çəkisi isə 22 və 45 kq arasında dəyişir. Başı və arxa hissəsi qara, qarın nahiyyəsi isə ağdır. Digər pinqvinləri kimi imperator pinqvinləridə uça bilmirlər. Kral pinqvini ilə birlikdə İmperator pinqvinləri cinsinə daxildilər. Latın adı alman alimi İqonn Fosterin (1729–1798)[4] şərəfinə adlandırılmışdır.
İmperator pinqvini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: İmperator pinqvini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarici görünüş
Erkəklər 130 sm hündürlüyə və ortalama olaraq 35–40 kq olur. Bəzən çəkisi 50 kq olan fərdlərə rast gəlinir. Dişilər 114 sm boya, 32 kq çəkiyə malik olur. Boğa nahiyyəsində sarı-narıncı rəng vardır.
Araşdırma tarixi
İmperator pinqvini ilk dəfə Faddey Bellinshauzen ekspedisiyası zamanı (1819–1822) kəşf edilmişdir.
Bu növün öyrənilməsində Robert Skottun təşkil etdiyi 1910–1913 illər ekspedisiyasının böyük rolu olmuşdur. Edrian Vilson Evans burnundan Mak-Myodro körfəzində yerləşən Kroze burnuna gedərək bir necə imperator pinqvinini ovlamışdır. Bu addın bu canlıların öyrənilməsində əhəmiyyətli addım olmuşdur[5].
Yayılması
İnperator pinqvinləri bütün digər pinüvinlərindən daha uzaq cənubda yaşayır. Onların hazırda ümumi sayı 300000 baş təşkil edir. Onlar əsasən Antarktidanın sahil bölgəsində yaşayırlar. Ancaq çütləşmə və yumurta vermə zamanı materikin daxilinə miqrasiya edirlər.
2009 ilə qədər süşünülürdü ki, onların dünyada cəmi 34 koloniyası mövcuddur. Ancaq sputnikdən aparılan araşdırmalar düşərgələrin 38 olması qeydə alınır[6].
Qidalanması
İmperator pinqvini okeanlarda ov edirlər., ovlarının əsasını isə kril, balıq və kalmarlar təşkil edir. Onlar qrup halında o edirlər. Ovlarını mühasirəyə alaraq onları ovlayırlar. Kiçik ovlarını elə suda ikən yeyirlər. İri şikarları isə suyun səthinə çıxdıqdan sonra parçalayaraq yeyirlər. Suda 3–6 km/s təşkil edir. Suyun 535 metrinə dalmaq bacarıqları vardır. Suyun altında isə 15 dəqiqə qalırlar. Onlar ovda əsasən görmə bacarığına əsaslanırlar.
Həyat tərzi
Koloniyalar təbii əlverişli yerlərdə yerləşir. Ən iri koloniyaların on minlərlə üzvü olur. Onlar adətən buzun üzəri ilə qarınları ilə hərəkət edirlər. Bunun üçün ayaqlarından və qanadlarından istifadə edirlər. Onlar bir yerə toplanaraq dövr edirlər. Bu dörüyələrin mərkəzində temperatur hətta + 35 °C çatır, halbuki kənarlarda tepmeratur −20 °C olur.
İlin iki ayını dənizdə olurlar. Digər vaxtlarını isə nəsil artırmağa sərf edirlər.
Möhtəşəm adına baxmayaraq insanlar koloniyaya yaxınlaşarkən fərdlər bala və yumurtalarını qoyaraq qaçırlar[7].
Çoxalma
İmperator pinqvini çoxalmağa may-iyun ayları başlayırlar. Bu zaman ətrafda temoeratur −50 °C, küləyin temperaturu isə 200 km/s olur. Yumurta qoyma materik sahilində, nadir hallarda isə materik daxilində olur. Onlar materikdə ilin on ayını keçirirlər. Koloniyalar 10 000 və ya 300 baş ola bilir.
May, iyunun əvvəllərində pinqvinlər bir yumurta qoyur. Yumurta 450 q ağırlığ və 12х9 sm ölçüyə malik olurlar. Yumurtada temperatur 31,4 C° təşkil edir. 45–50 gün erkək aç-yalavac yumurtanı ayaqları arasında əmələ gələn sallaq dərinin altında gizlədir. Dişilər isə dənizə qida dalınca gedir. Quşlar 1 m² ərazidə 10 fərd toplaşır. Dişilər bol qida ilə geri qayıdırlar. Bu müddət ərzində isə erkəklər çəkilərinin 40 % itirirlər. Yumurtadan çıxan balalar ancaq valideynlərinin gətirdiyi qidalarla qidalanırlar. Onların üzməyə başlaması ancaq yanvardan başlayır.
Təbii düşmənləri
Təbii halda İmperator pinqvini 25 il yaşaya bilir. Ancaq onları vəhşi təbiətdə çoxlu sayda düşmənləri vardır. Yetkin fərdlərin yeganə düşmənləri Osa və dəniz bəbiridir. Fırtınaquşlar isə balalara və yumurtalara təhlükə törədə bilir. Ancaq quşlar iri fərdlərə təhlükə deyil.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- Бёме Р. Л., Флинт В. Е. Пятиязычный словарь названий животных. Птицы. Латинский, русский, английский, немецкий, французский / Под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., "РУССО", 1994. — С. 9. — 2030 экз. — ISBN 5-200-00643-0.
- "British Museum. «King penguin: The Forsters, King and Emperor»". 2014-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
- Qapkina М. Elm adına // Ekspedisiya. — 2005 — № 2(14). — S. 28–34.
- P. T. Fretwell and P. N. Trathan, Global Ecology and Biogeography, iyun 2009.
- Мясков А. Чудо в перьях // Экспедиция. — 2005 — № 2(14). — С. 37–44.