İmmanent fəlsəfə
İmmanent fəlsəfə — 19- cu əsrin sonunda fəlsəfədə yaranmış cərəyanlardan biridir. Bu fəlsəfəyə görə "yalnız haqqında fikir yürüdülən şeylər mövcuddur", varlıq şüura immanentdir, obyekt subyektlə qırılmaz bağlıdır. Tanınmış nümayəndələri; Şuppe, Şubert - Zoldern, Remke, Lekler və b. immanentlər Kantın "şey özündə"sini tənqid etmiş, kantçılıqdan Berkli və Yuma qayıtmağı irəli sürmüşlər. İmmanent fəlsəfənin inikas nəzəriyyəsini inkar etməsini, idrakı "şeylərin şüura daxil olması" kimi səciyyələndirməsini sonralar neorealizm tərəfdarları qəbul etmişlər. 20- ci əsrin əvvəlində immanent fəlsəfə xırda cərəyanlara parçalanmışdır.[1]
İstinadlar
- Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh. 178
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.