İmfal Beynəlxalq Hava Limanı
İmfal Beynəlxalq Hava Limanı (BMAT: IMF, BHNA: VEI) - şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanı. İmfal şəhərindən 8 km cənubda yerləşir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanı Banqalor, Dehli, Kəlkətə, Mandalay kimi ölkənin böyük şəhərləri ilə birləşdirir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanıdır.
İmfal Beynəlxalq Hava Limanı | |
---|---|
24°45′36″ şm. e. 93°53′48″ ş. u. |
|
IATA: IMF – ICAO: VEIM | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Hindistan |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Texniki məlumatlar
Hava Limanı dəniz səviyyəsindən 775 metr hündürlükdə yerləşibdir. Qalxma-enmə zolağının uzunluğu 2746 metr olub, asfalt örtüyə malikdir. İmfal Beynəlxalq Hava Limanı çoxlu müasir qurğulara sahibdir. Buna görə də gecə vaxtı da xidmət vermə imkanına malikdir. Hal-hazırda hava limanında 2 gəliş və 2 gediş qapısı mövcuddur. Gəliş hissəsi 60000, gediş hissəsi isə 35000 sərnişinə xidmət edə bilər. Hava limanı C tipi təyyarələrin (Airbus 320 və 321) qəbulu üçün əlverişlidir.
2014-cü il ərzində hava limanında 4991 uçuş həyata keçirilmiş, bu müddət ərzində 846895 sərnişin daşınmışdır.[1]
Hava yolları və istiqamətlər
Hava yolu şirkəti | Uçuş nöqtəsi | Terminal |
---|---|---|
AirAsia India | Dehli, Quvahati | Ölkədaxili-1 |
Air India | Aizawl, Dehli, Guwahati, Kolkata | Ölkədaxili-2 |
Air India Regional | Silçar | Ölkədaxili-2 |
Golden Myanmar Airlines | Mandalay | Beynəlxalq-1 |
İndiGo | Agartala, Dehli, Quvahati, Kəlkətə | Ölkədaxili-1 |
Jet Airways | Quvahati, Kolkata, Silchar | Ölkədaxili-2 |
İctimai nəqliyyat
İmfal Beynəlxalq Hava Limanı ilə İmfal şəhəri arasında ictimai və pullu avtobuslar və rikşavlar vasitəsilə çox sıx əlaqə yaradılmışdır. Həmçinin taksi və avtomobil kirayəsi də mümkündür. Hava limanınından İmfal şəhərinə İmfal Çuraçandpur avtomagistralı (həmçinin Tiddim yolu olaraq da tanınır) vasitəsilə getmək mümkündür.
Qəzalar
16 avqust 1991-ci ildə Hindistan Hava Yollarına məxsus təyyarə 257 nömrəli uçuşu həyata keçirərkən İmfal Beynəlxalq Hava Limanı eniş vaxtı qəzaya uğramışdır. Sərnişin və təyyarənin bütün uçuş heyəti daxil olmaqla 69 nəfər ölmüşdü.[2]
İstinadlar
- "TRAFFIC STATISTICS - DOMESTIC & INTERNATIONAL PASSENGERS". Aai.aero. 2015-01-03 tarixində orijinalından (jsp) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
- Indian Parliament. "Accident of Indian Air Lines Aircraft near Imphal" (ingilis). 1991-08-19. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.