İmfal

İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır.

Şəhər
İmfal
Bişnupriya-manipuri: ইম্ফল
24°49′12″ şm. e. 93°57′00″ ş. u.
Ölkə  Hindistan
Region Manipur
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 786 m
İqlimi Rütubətli subtropik
Saat qurşağı UTC+05:30
Əhalisi
Əhalisi 264 986[1] nəfər (2011)
Rəsmi dili Manipuri dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 3852
Poçt indeksi 795xxx
Nəqliyyat kodu MN01
Digər
imphalwest.nic.in  (ing.)
İmfal xəritədə
İmfal
İmfal
İmfal xəritədə
İmfal
İmfal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlimi

İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir.[2] Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı.[3][4]

Əhalisi

2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır. Metropoliten sahəsinin əhalisi isə 414 288 nəfərdir (201 635 nəfər kişi və 212 653 nəfər qadın olmaqla). Hər 1000 kişiyə 1055 qadın düşür. Uşaqlarda isə bu göstərici hər 1000 oğlana 939 qızdır.

Nəqliyyat

Avtomobil yolları

İmfal Milli Avtomagistral 37 vasitəsi ilə Silçara, Milli Avtomagistral 150 vasitəsi ilə Aijal və Milli Avtomagistral AH-1 vasitəsi ilə isə Dimapura bağlanır.

Hava nəqliyyatı

İmfal Beynəlxalq Hava Limanı İmfal şəhərindən 8 km cənubda yerləşir.[5] İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanıdır.

Dəmiryolu nəqliyyatı

2012-ci ilin oktyabr ayında Hindistan Nazirlər Kabinetinin İnfrastruktur Komitəsi Jiribam-Silçar dəmiryolu xətti İmfala qədər uzadılmasını təsdiqlədi. Dəmiryolunun bu hissəsinin çəkilişinin 2016-cı ilin mart ayında tamamlanması planlaşdırılır.[6]

Təhsil

Universitetlər

  • Manipur Mərkəzi Universiteti
  • Mərkəzi Kənd Təsərrüfatı Universiteti

Texniki Kolleclər

  • Manipur Texnologiya İnstitutu
  • Milli Texnologiya İnstitutu, Manipur

Tibb Kollecləri

  • Tibb Elmləri Regional İnstitutu
  • Cəvahirləl Nehru Tibb Elmləri İnstitutu

İmfalın görməli yerləri

Kanqla Qalası

Kanqla qalası İmfal çayının kənarında yerləşir. Həmçinin Kanqla Sarayı adı ilə də tanınır. Qala Kral Paxanqbanın sarayı olmuşdu. Qalanın daxilində bir necə məbəd var və üç tərəfi göl ilə əhatə olunmuşdur.

Cümə məscidi

Cümə məscidi İmfalda yeganə İslam ibadətgahıdır.

Qadınlar bazarı

Ima Keithel adı ilə tanınan bu bazarın bütün piştaxtalarının sahibi qadınlardır. Dünyada bunun bənzəri yoxdur.

İmfal Müharibə Qəbiristanlığı

Bu qəbiristanlıqda ikinci dünya müharibəsi zamanı ölmüş ingilis və hind əsgərləri dəfn olunmuşdur.

Qalereya

İstinadlar

  1. Census2011.co.in. 2011. Retrieved 2011-09-30.
  2. "Climate: Imphal - Climate graph, Temperature graph, Climate table". Climate-Data.org. 10 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2013.
  3. "Imphal, India". India Meteorological Department. 15 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2014.
  4. "Ever recorded Maximum and minimum temperatures upto 2010" (PDF). India Meteorological Department. 21 March 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 May 2014.
  5. "Imphal". Airports Authority of India. 9 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
  6. "Govt approves rail link to Imphal". The Indian Express. 26 October 2012. 15 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.