İmcin müharibəsi
İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi.
İmcın müharibəsi | |||
---|---|---|---|
Tarix | 1592 - 1598 | ||
Yeri | Koreya yarımadası və ona yaxın dəniz suları | ||
Səbəbi | Yaponların Koreyanı və Çini istila niyyətləri | ||
Nəticəsi | Yapon istilasının iflası | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı. Müharibənin gedişinə Li Sun Sinin başçılığı altında koreyalı donanmanın yapon donanmasını dörd döyüşdə məğlub etməsi və yaponların qurudan və dənizdən kombinasiyalı hucum planlarını iflasa uğratması da böyük təsir göstərdi. Yaponlar üzərində ən böyük qələbəsini koreyalı donanma 1592-ci ilin noyabrında Pusanda çaldı. Burada 470 dən çox yapon gəmisini müəyyən edən Li Sun Sin az qüvvələrlə onlara hucum etdi. Döyüş gedişində Li Sun Sin birinci sıraya "kobukson"(bağa gəmilər) adlanan metal lövhələrlə örtülmüş, yüksək silah və manevr imkanları olan gəmilərini qoydu. Döyüşdə yaponların 100 çox gəmisi yandırıldı. Xalq ordusunun, hökumət qoşunlarının, donanmanın birgə səyləri və çinlilərin köməyi ilə, 1593-cü ilin əvvəlində Pxenyan, bütün Şimali və Mərkəzi Koreya azad edildi. Yaponlar sülh bağlamağa məcbur oldular. 1597-ci ilin əvvəlində onlar əməliyyatları davam və koreyalı donanmanı darmadağın edərək, Koreyaya çoxsaylı qoşun ötürdülər. Ancaq onların bu cəhdi da uğursuz oldu. Çin vəziyyətin təhlükəli olduğunu anlayaraq Koreyaya 140 minlik qoşun göndərdi.Onların birgə səyləri ilə yapon ordusu Busana tərəf çəkildi və Koreyanın cənub limanlarında mühasirə vəziyyətinə düşdü. 1598-ci ilin noyabrında Li Sun Sinin komandası altında çin-koreya donanması, yaponların Koreyadan qoşunları çıxarmaq istəyən 500 gəmilik donanmasının qarşısını kəsdi. Döyüşdə yaponlar 10 min adam və 200 gəmi itirdilər. Müharibə yaponların tam məğlubiyyəti ilə bitdi. Müharibədə yeni silahlar və döyüş taktikaları öz inkişafını davam eltdirdilər. Koreya ordusu nizami oldu. O üç qoşun növündən ibarət idi: piyada, oxçu və odlu silahlanmış. Bu yeni taktikanın yaranmasına gətirdi. Müharibədə eləcə də partizan taktikası inkişaf etdi. Şəhərlərin mühasirəsində koreyalılar xüsusi qüvvələr təşkil etdilər, onlar koreyalı Li Çon Sonun icad etdiyi partlayıcı mərmilər atan toplrdan istifadə edirdi. Eləcə də donanma və dəniz taktikası xeyli inkişaf etdi.[3]
Müharibənin səbəbləri
Müharibənin düşünülməsi və həyata keçiriliməsi məşhur Orta Əsrlər yapon siyasi xadimi Toyotomi Hideyösinin adı ilə bağlıdır. Yürüşdən dərhal sonra yazılmış "Tayko Hideyösinin Koreya yürüşünün səbəbləri" kitabında belə izah var:
Bir dəfə Hidəyösi paytaxt məbədi Tofukudziyə gedir və orada bu məbədin əsasını qoyan, XIII əsrdə yaşamış Əndzinin təsvirini görür, və birdən onun ağlına öz adını əbədiləşdirmək fikri gəlir. Lakin bunun üçün Yaponiyanın özü yetmirdi, gərək o öz adını Yaponiyadan kənardakı ölkələlə bağlamış olaydı.
— Tayko Hideyösinin Koreya yürüşünün səbəbləri kitabı
Kitabın müəlliflərinin fikrincə Xidəyösinin işğalçılıq niyyəti buradan yaranmışdı.
İmcin müharibəsinin əsl səbəblərindən danışarkən, xalq etirazlarını nəzərə almaq lazımdır. Hidəyösinin, xalq etirazlarını səngitmək üçün əl addığı tədbirlər, istənilən nəticəni vermirdi. Buna görə o ümid edirdi ki, böyük insan kütləsini xarici işğallarla məşğul etmək lazımdı. Burada müəyyən tərzdə Hideyösinin daxili və xarici siyasətləri arasında sıx əlaqə vardı. Toyötomi Hidəyösi və onun ətrafı düşünürdülər ki, bununla onlar daxili sosial -iqtisadi çətinlikləri həll edə bilərlər. Xarici istila onların fikrincə daxili ziddiyətləri barışdırmalıydı.
Yapon tarixşunaslığında rəsmi bəhanə kimi Korenin yapon qoşunlarını Çinə hərəkət etmək üçün öz ərazisindən buraxmaması göstərilir.
Yürüşə hazırlıq
Ənənəvi olaraq 1 mart(Hideyösi inanırdı ki bu tarixdə etdikləri işlər uğurulu olur) 1592-ci ildə Toyotomi Hidəyösi, bilavasitə Asiya qitəsinə yürüşün hazırlıqlarına başçlıq etmək üçün, Naqoya qəsrinə gəlir. Ekspedisiya ordusunun əsas kontingenti, Kyuşu və Şikoku feodallarının qoşunları təşkil edirdi. Hidəyösinin əmri ilə 32 sərkərdənin komandanlığı altında ümumi sayları 158, 8 min döyüşçüsü olan doqquz diviziyadan ibarət idi.[1]
- Birinci diviziya, 18,7 min döyüşçüdən ibarət idi, Tsusima və Kyuşu adalarında yerləşən Hiqo və Hidzen əyalətlərinin feodallarının qoşunları idi. Tsusimadan olan daymö So Yositomo 5 min, Hiqo əyalətindən olan mülkədar Konisi Yukinaqa 7 min, Hidzendən olan dörd feodal: Matsuura Siqenobu, Arima Harunobu, Omura Yosisaki və Qoto Sumixaru -müvafiq olaraq 3 min, 2 min,1 min, və 700 nəfər. Bu diviziyanın komandanlığına Konisi Yukinaqanın başçılığı ilə altı sərkərdə daxil idi.
- İkinci diviziya, Hiqo və Hidzen əyalətlərindən olan üç feodalın qoşunları daxil idi: Hiqo əyalətindəki Kumamoto qəsrinin maliki Katö Kiyomasa (10 min), Hidzendən olan Nabesima Naosiqe (12 min) və Hiqodan olan Saqara Naqatsune(800). Katö Kiyomasanın başçılıq etdiyi diviziyanın ümumi sayı 22,8 min idi.
- 11 min döyüşçüsü olan üçüncü diviziyanı, iki feodalın qoşunları təşkil edirdi: Kyuşunun şimalında Budzen vilayətindəki Nakatsu qəsrinin maliki Kuroda Naqamasa(5 min), qonşu Bunqo əyalətindən olan Yesitakanın oğlu Kuroda, və Omo Yösimune(6 min) Komandan Kuroda Naqamasa.
- Dördüncü diviziya, Kyuşunun cənubunda Osumi vilayətindən olan Simadzu Yösixirunun (10 min ) və Budzen ilayətindən olan feodal Mori Yösinarinin qoşunları(2 min) əsasında təşkil olunmuşdu. Bundan başqa, Kyuşunun cənub-şərqində mülkləri olan dörd feodal: Takaxasi Mototane, Akidzuki Tanenaqa, İto Suketaka və Simadzu Tadamori daha 2 min əskər bu diviziyaya ayırmışdılar.
- Beşinci diviziya ən çoxsaylı idi. O 25 min nəfər sayı vardı, və Şikoku adasından olan feodalların qoşunlarından ibarət idi, onların üçünün mülkləri İyö vilayətində idi. Bunlar Fukusima Masanari(4,8 min), Toda Katsutaka(3,9 min), və Kurusima Mitiyuki(700). Diviziyanın tərkibinə həm də Şikoku adasındakı Tosa vilayətinin maliki Tösokabe Mototika(3 min), Şikokunun şərqində Ava vilayətindəki Ava qəsrinin maliki Xatisuka İemasa(7,2 min) və Şikokunun şimalındakı Sanuka vilayətindən İkoma Tikamasa(5,5 min).
- 15,7 min nəfərdən ibarət altıncı diviziya Kyuşunun şimlındakı Tikudzen və Tikoqu vilayətlərindən gəlmiş qoşunlardan ibarət idi: Birincisini, bu diviziyanın komandanı təyin edilmiş Kobayakava Takakaqe(10 min), ikincisini -feodallar Mori Hidekane(1,5 min), Tatibana Munesiqe(2,5 min) Takahasi Naotsuqu(800 nəfrə) və Tsukusi Xirokado(900) təşkil edirdilər.
- Yeddinci diviziya tamamilə, Honşu adasının qərbində olan Aki vilayətindənki Xirosima qəsrinin maliki feodal Mori Terumotonun qoşunları təşkil edirdi(30 min).
- Səkizinci diviziyanın tərkibinə, ölkənin mərkəzində olan Bidzen vilayətinin mülkədarı Ukita Xideienin qoşunları təşkil edirdi(10 min).
- Doqquzuncu diviziya iki feodalın mərkəzi Mino vilayətindən Hasiba Xidekatsu(8 min) və mərkəzdəki Tanqo vilayətindən olan Hosokava Tadaokinin(3,5 min) qoşunlarından ibarət idi.[4]
Qeyd olunan hərbi birləşmələrdən başqa Hideyösinin sərəncamında Naqoyaya gəlmiş daha 28 feodalın, o cümlədən nüfuzlu Tokuqava İeyasu və Yesuqi Kaqekatsu kimi feodalların da qoşunları daxil idi. Bu qoşunların ümumi sayı bir mənbələrdə 75 min[5], başqa mənbələrdə 100 mindən artıq[6] idi.
Bunlara həm də hərbi-dəniz donanmasında olan 11 admiralın təmsil etdiyi 9 mindən artıq matrosu, eləcə də Hideyösinin öz qoşunlarını(30 min)[7] əlavə etmək lazımdı.
Beləliklə yapon ordusu 300 mindən artıq döyüşçüdən ibarət idi ki, bu da o vaxtki 20 milionluq Yaponiyanın əhalisinin 1,5% təşkil edirdi.
Yürüş planı
Hideyösinin əmrinə görə, hücumun əsas qüvvəsini təşkil edən ilk yeddi diviziya, Koreya sahilinə çıxaraq, Koreya ordusunu darmadağın etməliydi, bu platsdarmda möhkəmlənməli idi və buradan ölkənin içərilərinə irəliləməliydilər. Hesab olunurdu ki yapon ordusunun Koreya sahillərində peyda olması ilə Koreya ordusu təslim olacaq. Bundan sonra əsas qüvvələrin yaxınlaşması ilə Çin sərhədinə irəliləmək, Çin ordusunu məğlub etmək və bu ölkəni işğal etmək nəzərdə tutulurdu. Tsusima adasında dislokasiya olunan 8-ci və Kyuşu adasının şimal-qərbində İki adasındakı 9-cu diviziyalar, eləcə də Hideyösinin qərargahına yaxın Naqoya rayonunda qərarlaşan qoşunlar, yürüşə işarəni gözləyirdilər.
Yürüşün başlaması
1592 ilin aprelin ortasında Yaponiya ilə Koreyanı ayıran boğazın ortasında yerləşən Tsusima adasının şimal-qərbində yüzlərlə gəmi və qayıq toplanmışdı. Koreya sahillərinə yürüş üçün ilk üç diviziyaya daxil olan 52,5 min döyüşçü hazırlanmışdı. Dəniz çox sakit idi. Çox asanlıqla Koreya boğazının qərb keçidini dəf edərək Konisi Yukinaqanın komandası altında birinci diviziya Busan şəhəri yanında sahilə yan aldı. Onun ardınca Katö Kiyomasanın ikinci və Kuroda Naqamasanın üçüncü diviziyaları yaxınlaşdı. Demək olar ki heç bir müqavimətə rast gəlməyən yaponlar bir neçə saata Busan qalasını aldılar və üç sütunla ölkənin içərilərinə Seula doğru irəliləməyə başladılar. Bu şəraitdə koreyalı donanmanın gözləmə mövqeyi təəcüb doğurur, xüsusi ilə Koreya donanmasının yapon donanmasından üstün olmasını nəzərə alsaq. Bəzi tətqiqatçılar Koreya hökumətinin hərəkətsizliyini yaponların hücumuna inanmamaları ilə izah edirlər. İstənilən halda bu Koreyanın idarəçiliyinin daxili problemləri ilə bağlı idi.
Desantdan 20 gün sonra, yəni 3 mayda Konisi Yukinaqanın komandası altında yaponlar, sutkada 20–25 km irəliləyərək Seula çatdılar, və heç bir müqavimət olmadan onun şərq darvazalarından içəri daxil oldular. Bir neçə saatdan sonra şəhərə cənub darvazalarından Kato Kiyömasanın diviziyası daxil oldu. Tezliklə qərbdən Kuroda Naqamasanın üçüncü diviziyası yaxınlaşdı. Eyni yolu keçərək Seula daha dörd divizya daxil oldu. Seulun alınması xəbərini alan Hideyösi artıq Koreya və Çinin necə idarə olunacağını düşünməyə başladı. Məktubların birində o yazırdı:
"Yapon imperatorunu Çin paytaxtına göndərəcəm. İmperator sarayına paytxat ətrafındakı on əyaləti hədiyə verəcəm. Koreyanın paytaxtına Xasiba Xidekatsu ya da Ukita Xideieni təyin edəcəm. Özüm isə yapon gəmiləri yan alan Ninbo şəhər prefekturasında məskunlaşacam.Hərbi yürüşdə iştirak edən xalqıma Hindistana yaxın olan ölkəni verəcəm. Gələcəkdə Hindistan da fəth ediləcək"
— Harada Tanəczumi. Töson -no eki monoqatari,s.56-57
Seulda(Hanson) olan yapon sərkərdələri, 1592 ilin mayın əvvəlində müşavirə keçirdilər. Hər diviziyanın qarşısında bir əyalətinin işğal edilməsi məqsədi qoyuldu:
- Birinci diviziya Phönan(yapon adı Heyan) əyalətini,
- ikinci Hamgön(Kankö),
- üçüncü Hvanxe(Kokay),
- dördüncü Kanvon(Koqen),
- beşinci Çhunçhon(Tüsey),
- altıncı Çolla(Dzenra),
- yeddinci Könsan(Keysö),
- və səkkizinci diviziya Könqi(Keyko) əyalətlərini işğal edib əllərində saxlamalıydılar.[8]
Yaponların Seula daxil olmalarından bir neçə gün əvvəl Koreya vanı Sonco və onun nazirləri gecəikən Seuldan qaçdılar. Bu ara yaponlar hesab edirdilər ki, ya Koreya ordusu tamamilə məğlub olub, ya da ki özü özündən dağılıb. Seula daxil olan yapon qoşunları bir neçə gün onu taladılar. Seulda düşərgə salan Koreydakı ekspedisiya qoşunlarının baş komandanı Ukita Hideie Çinə hansı qüvvələrlə və nə vaxt yürüş etmək üçün Hideyösidən əmr gözləməyə başladı.
Koreyalıların müqaviməti
Koreyalılar ilk zərbədən sonra özlərini itirsələr də tezliklə özlərinə gəldilər. Bu əsasən xalqa daha çox aiddir. Van sarayı bir neçə yarıtmaz sərkərdəni işdən uzaqlaşdırdı və onları yeniləri ilə əvəz etdi. Eyni vaxtı cəbhənin cənub hissəsində işğalçılara müqavimət artırdı, yaponlar bütün cəhdlərinə baxmayaraq Colla və Könsan əyalətlərini tuta bilmədilər. Seulda yapon qoşunları, koreyalı qoşunları darmadağın edərək bilavasitə Çin sərhədinə çıxmaq üçün, iki cərəyanla şimal-qərb və şimal-şərq istiqamətlərində hərəkət etdilər. Konisi Yukinaqanın qoşunları şimal-qərb istiqamətində hərəkət edərək Phönan əyalətini tutmalı və Iycu şəhəri ərazisində Çin sərhədinə çıxmalıydı. Katö Kiyomasanın qüvvələri isə Koreyanın Çinlə şimal-şərq sərhədinə çıxmalıydı. Kuroda, Simadzu, Fukusima, Kobayakava və Morinin qüvvələri mərkəzi və cənub əyalətləri işğal edib əldə saxlamalıydılar.
Yaponların şimala hərəkəti zamanı onlar demək olar ki iki ayda birinci dəfə şiddətli müqavimətə rast gəldilər. Bu İmcınqan çayı yanındakı döyüşdə baş verdi.
Koreyalıların inadlı müqaviməti yaponları, on gün ərzində mütəmadi cəhdlərinə baxmayaraq İmcınqan çayını keçməyinə imkan vermədi. Lakin yaponların hiylə işlədərək, yalandan geri çəkilməsi, koreyalıları çayın sahilindəki sıdırımlı və əlçatmaz mövqelərdən çıxmağa və çayın sol tayına keçməyə və burada rəqibə əks zərbə endirməyə sövq etdi, lakin düzənlikdə onlar yaponların pusqusuna düşərək Pxenyana çəkilməli oldular.
Şəhər civarında Konisi Yukinaqanın qoşunları şiddətli müqavimətə rast gəlsələr də 1592- ilin iyunun ortasında Pxenyanı aldılar, orada yerləşən Koreya vanı isə daha da şimala Iycu şəhərinə qaçmalı oldu. Koreyalıların tamamilə darmadağın edilməsində əmin olan Konisi Seula qayıtdı və baş komandan Ukitaya "Çinə yolun açıq olması barədə" məruzə edərək, çinlilərin Koreyanın tərəfində müharibəyə qarışmasına qədər qoşunları Çinə aparmağın zərurəti barədə inandırmağa çalışdı. Şimal cəbhəsində vəziyyət yapon qoşunları üçün nisbətən yaxşı idi. Konisinin qoşunlarından başqa şimala Katonun diviziyası da uğurla ölkənin şərq sahili boyu hərəkət edirdi. Koreya qoşunlarının şiddətli müqavimətinə baxmayaraq Katö iyunun sonuna Yönhın şəhərini aldı və oradan Çin sərhədinə hərəkət etdi.[9] Ancaq yapon qoşunlarının aşkar üstünlüyünə baxmayaraq, onların ölkə boyu irəliləməsi heç də gözlədikləri kimi gəzintiyə bənzəmirdi. Ölkədə yapon işğalına qarşı şiddətli partizan müharibəsi gedirdi. Yaponlar üç ay ərzində Koreyanın yarısına qədərini işğal etsələr də[10] , onlar bu ölkəni Çinə yürüş üçün dayaq məntəqəsi edə bilmədilər.
Koreya donanmasının uğurları
Müharibə ərəfəsində Koreyanın, yapon donanmasını nəinki ancaq sayla həm də təçhizatla üstələyən yetərincə güclü donanması vardı. Koreya donanmasında bağa gəmilər (kobukson) adlandırılan və dəmir lövhələrlə örtülən, çox güclü atəş imkanı olan və eyni zamanda rəqib üçün əlçatmaz gəmiləri vardı. Koreya donanmasının admiralları arasında Li Sun Sini xüsusi ilə qeyd etmək lazımdır.
Lakin müharibnin ilk günləri Koreya donanması olduqca passiv idi ki guman ki bunun siyasi səbəbləri vardı və hökumətin iflic olması ilə bağlı idi. Donanma demək olar ki komandansız qalmışdı.
Lakin həm də Li Sun Sinin şiddətli ölçüləri nəticəsində Koreya donanmasındakı təşvişə və özbaşınalığa son qoyuldu. Li Sun Sin ən şiddətli ölçülərin qarşısında belə dayanmadı. Məsələn mənbələrdə qeyd edilir ki, döyüşlərdən birinin ərəfəsində o qorxaqlıq və təşvişə səbəb olan hərəkətlərinə görə bir zabitin boynunu vurdurub hamıya ibrət kimi dor ağacından asdırmışdı.[11] 1592 ilin mayında Seul yaponlar tərəfindən alınanda, Yösu limanında dayanan Koreya donanması, Li Sun Sinin komandası altında Kadokto və Kocedo adaları rayonunda yapon qüvvələrinə həmlə edərək, orada yerləşən gəmilərin yarısından çoxunu məhv etdi. Li Sun Sin yaponların əsas qüvvəsi cəmləşdiyi Könsan əyalətinə hərəkət edərək, yol üstü yaponların bir neçə gəmisini və xeyli canlı qüvvəsini sıradan çıxardı. Sonrakı iki ay ərzində Li Sun Sin daha iki böyük dəniz əməliyatı keçirdi ki bunların nəticəsində Könsan əyalətinin sularında ümumi hesabla 200 yapon gəmisi məhv edildi[12]. Kadakto və Kocedo adalarında dayanan demək olar ki bütün yapon donanmasını darmadağın edərək, və Koreya boğazında nəzarəti ələ alaraq, Li Sun Sin Busan limanına sığınan bütün yapon gəmilərini məhv etdi. Ancaq bir gün ərzində Busanda lövbər salmış 100 çox gəmi məhv edildi.[13] Bununla belə qeyd etmək lazımdır ki Koreya donanmasının itkiləri minimal idi. Koreyanın dənizi nəzarətə götürməsi Koreyada olan ekspedisiya korpusunu çox ağır vəziyətə saldı, yapon qoşunları Yaponiyadan gələn təchizat və yardımdan məhrum oldular.
Yaponlara qarşı xalq hərəkatının genişlənməsi
Iyben(Ədalət ordusu) xalq yığma qoşunlarının yaradılması, köklü surətdə hərbi-siyasi vəziyəti dəişdi. Iyben qoşunlarının döyüş əməliyatlarının miqyası və gücünü Çincu şəhərinin müdafiəsi göstərdi. Yaponlar düşünürdülər ki çox asanlıqla işğal etdikləri Könsan əyalətindən Çincu vasitəsi ilə Çolla əyalətinə keçəcəklər. 1592 ilin payızında 30 minlik yapon qüvvələri hücumla almaq ümidi ilə şəhərə yaxınlaşdılar, ama əhalinin şiddətli müqavimətinə rast gəldilər. Qala qarnizonu cəmi 4 min əskərdən ibarət idi. Şəhərin bütün əhalisi onlara qoşuldu. Yaponlar şəhəri daim atəş altında saxlaytırdılar, onlar nəhəng topraq təpələri yaradaraq buradan şəhərin istehkamlarını almağa cəhd etdilər, ama onlarda heç nə alınmadı. Yaponlar böyük itkilərlə geri çəkildilər. Ancaq sərkərdələrdən 300 nəfər itirdilər.[14]
Min imperiyasının mövqeyi
Bu arada Min imperiyası vassalı Koreyaya qarşı götürdüyü süzeren öhdəliklərini yerinə yetirməyə çalışmırdı. Məlum deyil bu Çinin ənənəvi gözləmə siyasəti ilə bağlı idi, yoxsa Min imperiyasının daxilində baş verən çəkişmələrin nəticəsi. Lakin gecikmiş olsa da çinlilər 1592 ilin payızında Koreya qoşun göndərdilər. Lakin bu daha çox simvolik bir jest idi. Çünki çinlilərin Pxenyanın şimalında müdafiə olunan koreyalılara göndərdikləri belə kiçik qüvvə gerçək yardım edə bilməzdi. Lakin yaponların çinli dəstəsini tələyə salıb məhv etməsi çinlilərə yaponların nə qədər təhlükəli olmasını göstərdi. Ancaq bundan sonra çinlilər Li Jusunun komandası altında Koreya böyük hərbi kontingent göndərdilər. 1592 ilin sonunda Çin qoşunları ilə uzlaşaraq Kore qoşunları Pxenyanı hücumla aldılar. Konisi Yukinaqanın qoşunları böyük itkilərlə Seula tərəf çəkilməli oldu. Bu yaponların müharibədə ilk böyük məğlubiyəti idi. Yaponlar tükənməkdə idi. Koreya-Çin qoşunlarının kombinasiyalı zərbəsini öz üzərində hiss edən Konisi Yukinaqa, yapon donanmasının məğlubiyətini də nəzərə alaraq, sülh müqaviləsi bağlamaq üçün imkan axtarırdı. Seulun azad edilməsi Hecu, Keson və Seulda dislokasiya olan yapon qoşunlarını çox ağır vəziyətə sala bilərdi və Koreyanın tam azad olmasına gətirə bilərdi. Lakin çinlilərin yaponlarla sövdələşmə yolunu tutması, yaponları tam darmadağın olmaqdan xilas etdi. Yaponlar danışıqlardan yararlanaraq qoşunlarını yenidən qruplaşdırdılar.
Konisi Yukinaqa ilə Çen Veyczin arasında danışıqlar gedərkən, yaponlar Seuldan rahatlıqla evakuasiya olundular, və Korenin cənubunda Busan rayonunda yerləşərək burada bir neçə güclü istehkam qurdular. Pxenyandan Seula gələn çinli qoşunların komandanı Li Jusunun yenidən yaponlarla müharibəni başlamaq niyəti yox idi. Həmin vaxta qədər çinli qoşunların bir hissəsi Koreni tərk etdilər və Çinə qayıtdılar.
Zərrə qədər də çinli qoşunlardan ehtiyat etməyərək, və Korenin cənubunda mövqelərini möhkəmləndirmək niyyəti ilə yaponlar, Yaponiyadan gələn təzə qüvvələrdən yararlanaraq 1593 ilin iyununda 50 minlik ordu ilə Çincu şəhərinə yaxınlaşdılar və onu sıx hasara aldılar. Şiddətli müqavimətə baxmayaraq şəhər yenildi, əhalisi isə demək olar ki tamamilə qırıldı. Lakin bundan artığına yaponlar qadir deyildi. Onların əldən düşmüş qüvvələri tükənmişdi və tədricən Koreni tərk edərək Yaponiyaya qayıdırdı. Ancaq Korenin cənubundakı istehkamlar yaponların əlində qalırdı.
Sülh danışıqları
1593 ilin iyununda yapon qoşunları Çincunu mühasirəyə alarkən, Min sülaləsinin elçiləri Hideyösi ilə görüşmək üçün Naqoya gəldilər. Yaponların ağır vəziyətinə baxmayaraq Hideyösi güzəştə getmək istəmirdi. Onun güzəştə getməməsi danışıqları uzadırdı. Çinlilər tərəfdən danışıqlara başçılıq edən Çen Veyczin bir az əvvəl Konisi Yukinaqa Hideyösinin aldatdığı kimi(Konisi yaponların ağır vəziyətini yaxşı anlayaraq müharibənin dayandırılması üçün daim Hideyösiyə çinlilərin ona gözəştə gedəcəyi barədə yanlış məlumat verirdi, Hideyösinin danışıqlarda barışmaz mövqeyi də böyük dərəcədə bu yanlış məlumatlardan irəli gəlirdi)Min sarayını aldatması, getdikcə danışıqların dalana dirənməsinə aparırdı, nə Min sarayı nə də Hideyösi sanki hadisələrin gerçək durumundan bixəbər idilər, ya da özlərini o yerə qoyurdular. Çinlilər Hideyösinin ağır şərtlərini qəbul etmək istəmirdilər, eyni zamanda da Hideyösinin Çinə göndərdiyi heyəti qəbul etməkdən imtina etdilər. Beləliklə danışıqlar 1593-cü ilin payızından 1594-cü ilin sonuna qədər uzandı.
Nəhayət 1595 ilin əvvəlində Çin imperatoru yapon elçiləri ilə görüşə razılaşdı. Yapon elçisinə elan olundu ki,Çin hökuməti ümumiyətlə Yaponiya ilə hər hansı danışıqlar barədə bixəbərdir. Əlbəttə ki bu, vaxtı uzatmaq üçün edilən daha bir taktiki gediş idi. Hər şeydən xəbərsiz olduğu kimi özünü aparan Çin imperatoru yapon elçisinə bildirdi ki, Hideyösinin van olmasını təsdiq edə bilər və sülh danışıqlarının bağlanması üçün Yaponiyaya tezliklə nümayəndə heyəti göndərəcək. Yaponiyanın rəsmi elçisi kimi Çinə Konisi Yukinaqanın vassallarından biri Nayto Cöan göndərildi. Çətin danışıqlardan sonra o, həmin Konisinin təkidilə, faktiki olaraq Çin tərəfinin, Çin və Yaponiyanın qoşunlarının Koreyadan çıxarılmasına razılığa boyun olması, şərtlərini qəbul etdi. Lakin bütün bunlar barədə Hideyösi bixəbər idi.[15] Hideyösi ancaq bu barədə yox, bir çox hərbi işlər barədə də məlumatsız idi. Ona həqiqəti deyəcək az adam tapılardı, buna görə onun əldə etdiyi məlumatın bir çoxu həqiqətdən uzaq idi. Hideyösi ilə 1593-cü ildə görüşən xristian missioneri Pedro Blankinin dediklərinə görə, Hideyösi təkəbbürlə elan etdi ki, o Koreyanı işğal edib və rəsmi Çin nümayəndələrinin onun ayağına gəlişini gözləyir.[16] Lakin 1595 ildə heç bir çinli heyət Yaponiyada olmadı. Və ancaq 1596 ilin əvvəlində Hideyösinin yanına Çin heyəti gəldi, imperatorun adından bahalı hədiyələr verdi və dərhal elan etdi ki, hər hansı rəsmi sülh danışıqları aparmaq üçün səlahiyyətli deyil. Ancaq 1597 ildə Yaponiyaya sülh bağlamaq üçün səlahiyyətli elçilik gəldi. Busandan Yaponiya paytaxtına qədər Konisi Yukinaqa onları müşayət etdi. Çin heyəti Kiotoya gələndə onu təmtəraqla qəbul etdilər, çünki hesab edirdilər ki, heyət Hideyösinin çoxdan gözlədiyi sənədlə gəlmişdi. Çin heyəti ilə birlikdə yapon paytaxtına koreyalı heyət də gəldi, ama onu sanki heç kim görmürdü. Hideyösi və onun çevrəsi koreyalı heyətə tamamilə etinasız yanaşdı.Bu Koreya heyətinə onun danışıqlarda arzuolunmaz olmasına açıq işarə idi. Danışıqlar sanki ancaq Çinlə Yaponiyaya aid idi. Danışıqların gedişində onların bütün pərdəarxası üzə çıxdı. Çinlilərin itaətini gözləyən Hideyösinin, əksinə Çin imperatorunun ona lütf edərək Yaponiya vanı kimi "təsdiq" etməsi(bir halda ki Hideyösi onsuzda Yaponiyanın hakimi idi), onun hədsiz qəzəbinə səbəb oldu. Özünü saxlaya bilməyən Hideyösi danışıqları təşkil edənləri şəxsən döydü. Elçilər Çinə qayıtdı. Qəzəbdən özünə yer tapmayan Hideyösi yeni hərbi yürüş barədə əmr verdi.
Yaponların Koreyaya ikinci yürüşü
Artıq 1597-ci ilin ilk aylarında Hideyösi 140 minlik ordu yığa bildi və onu artıq Koreyada olan qoşunlara əlavə göndərdi. Baş komandan, Ukita Hideieni bu vəzifədə əvəz edən Hideyösinin oğlu Hideaki təyin edildi. Yaponlar bu dəfə donanmaya daha böyük diqqət yetirdilər. Yaponlar donanma komandanlığındakı uzlaşmaya və xüsusi ilə kobuksonların (bağa gəmilərin) tikilməsinə diqqət ayırdılar. Qeyd etmək lazımdır ki,hər iki qarşıduran düşərgədə ziddiyətlər vardı. Məsələn,1597-ci ilin yanvarında Konisinin vassalı və dilmancı Yöciro, Koreya qoşunlarının Könsan yarıməyalətinin baş komandanı Kim Insonun ordugahına gələrək, sülh sazişinin Kato Kiyömasaya görə baş tutmadığını iddia edərək, ona qarşı sui-qəsd təklif etdi.[17] Bu, doğrudan da yapon düşərgəsində olan ziddiyətlərin təzahürü idi, yoxsa tələ idi dəqiq bilinmir, ama istənilən halda Li Sun Sin buna inanmadı, onun sözlərinə görə: "bu donanmamızı bir zərbə ilə məhv etmək məqsədi ilə düzəldilən tələ"idi[18] Bu dəfə Koreya düşərgəsində olan ziddiyətlərin nəticəsi olaraq Li Sun Sin donanma komandanlığından uzaqlaşdırıldı və ona, sonradan dəyişdirilən, ölüm hökmü çıxarıldı. Koreya van sarayında hesab edirdilər ki, Li Sun Sin xalq arasında çox populyardır və ondan ehtiyat edərək belə fürsətdən istifadə edib onu komandanlıqdan uzaqlaşdırdılar. Koreya sarayındakı intriqalarının nəticəsi olaraq şərq qruplaşmasının adamı olan Li Sun Sin donanma rəhbərliyindən uzaqlaşdırıldı, onun yerinə qərb qruplaşmasının adamı olan Von Gün gətirildi.
Çilçölləng döyüşü
Van sarayı Von Güna dərhal Yöcironun dediyi kimi donanmanı Busana tərəf aparmağı tapşırdı. 1597-ci ilin iyulunun ilk günləri, Hansando adasında dayanan Koreya donanması Von Günün başçılığı ilə Busana tərəf yollandılar.7 İyul axşamı Koreya donanması Busan yaxınlığında Çilçölləng adasına yaxınlaşdı. Böyük dalğalar və şkval külək donanmanın əlaqəsini pozdu. Kodakto adasında gizlənmək istəyən Koreya donanması burada yaponların tələsinə düşdü. Koreya donanması heyəti ilə birlikdə demək olar ki, tamamilə məhv edildi. O ki qaldı yapon donanmasına, 1 min hərbi və nəqliyyat gəmisi olmaqla həqiqətən də Yöcironun göstərdiyi kursla hərəkət edirdi. Koreya flaqman gəmisindən yapon gəmiləri görsənirdi: onlar Tsusima adası tərəfdən Bisana tərəf gedirdi. Von Gün hətta, döyüşə işarə verərək, topdan atəş də açdı. Lakin böyük dərəcədə küləkdən dağılmış Koreya donanması onun qarşısını ala bilmədi və onlar uğurla Busana yan alaraq yeni yapon qüvvələrini Koreyaya çatdırdılar. Donanmadan dəstək alan yaponlar yenidən Koreyanın içərilərinə doğru irəliləməyə başladılar. Onlar Çolla əyalətinin böyük hissəsini işğal etdilər və Çhunçhon əyalətinə daxil oldular.
Myöngnəng döyüşü
Bu çətin vəziyətdə Koreya hökuməti Li Sun Sini əvvəlki rütbədə və vəzifədə bərpa etmək qərarına gəldilər. Çilçölləng döyüşündən sonra Koreya donanmasında cəmi 12 döyüş gəmisi qalmışdı. Hakimiyətin donanmanı ayrıca qoşun növü kimi birdəfəlik və tamamilə ləğv etmək fikrinə əks olaraq[19] Li Sun Sin, yaponları donanmasız məğlub etməyin mümkünsüzlüyünü anlayaraq onun qalmasında və möhkəmləndirilməsində təkid edirdi.
Li Sun Sin əvvəl tutduğu vəzifədə 22 avqust 1597 ildə bərpa edildi və artıq bir aydan da az müddətdən sonra, 16 sentyabrda, o 12 gəmidən ibarət kiçik bir donanma ilə yaponların 200 gəmidən ibarət donanması ilə döyüşə girir. Bu dəniz döyüşü, Koreya eskadrasının dayandığı Çindo adası yanında baş verdi. Yaponlar buraya Koreya eskadrasını məhv etmək üçün yaxınlaşdılar. Lakin döyüşdə yaponlar 50 gəmi itirərək geri çəkildilər. Li Sun Sin yapon donanmasını Çindo adasının yanındakı Myöngnəng boğazındakı su altı cərəyanların və qayalar üstünə cəlb edərək onları darmadağın etdi. Yapon donanmasının bir çox gəmisi sualtı qayalara çırpılaraq məhv edildi.
Yenə də müharibənin əvvəlində olduğu kimi yaponlar Li Sun Sinlə qarşılaşmadan çəkinməyə başladılar. Li Sun Sinin eskadrası dislokasiyasını Kancindən cənubdakı Koqımdo adasına dəyişdi, tezliklə döyüş gücünü bərpa etdi və dənizdə nəzarəti ələ alaraq fəal surətdə quru qoşunların hərəkətlərinə yardım etməyə başladı.
Yaponlərın geri çəkilməsi
Bu arada yapon qüvvələri Koreyanın qərb sahili boyu irəliləyərək, Çhunçhon əyalətinin Çiksan şəhərinə çatdılar. Koreya nizami ordusunun və yığma xalq qoşunlarının şiddətli müqavimətinə rast gələn Konisi, Kato və Simadzunun komandası altındakı yapon qoşunları nəinki Çin sərhədinə Seula belə çıxa bilmədilər. Kore qoşunlarının uğurları sülh danışıqları vaxtı onların islahata uğramasının nəticəsi idi. Koreya qoşunları yeni prinsip üzrə təşkil olunmağa başladı. İndi ordu zümrələrə görə yox, qoşun növlərinə görə təşkil olunurdu. Müharibənin gedişində orduda mərkəzləşdirilmə gücləndi. Yeni silahlar və döyüş taktikaları istifadə olundu. Yaponların geri oturdulmasında Koreyada olan 140 minlik Çin ordusunun rolu böyük idi. 1598 ilin fevralında çinli qoşunları İmcınqan çayını keçərək, Seula çıxdılar və onun cənubunda mövqe tutdular.
Ulsanın mühasirəsi
Çin və Koreya ordusunun birləşmiş qüvvələri, və yığma xalq qoşunun dəstəyilə yaponları cənuba doğru sıxışdırıldılar. 1592 ildə Kato Kiyömasanın qoşunlarının şimala Seula doğru hərəkət etdiyi yolla, indi həmin qoşunlar geri cənuba çəkilirdi. Ulsan şəhərində mövqe tutan Kato Kiyömasanın 10 minlik diviziyası beşqat artıq olan Çin -Koreya qoşunlarının təzyiqinə dözməyərək geri çəkilməyə başladı. Ulsanın mühasirəsi on gün çəkdi. Bu vaxt ərzində yaponların böyük hissəsi aclıqdan, soyuqdan və xəstəliklərdən həlak oldu. Müharibənin əvvəlində, yerli əhali ilə hətta Koreyanın müttəfiqi çinlilərdən də yaxşı davranan yaponlar, geri çəkildikcə azğınlaşmağa başladılar. Onlar dağıntılar törədərək xalqa qarşı şiddətlə davranmağa başladılar.
Sunçhonun mühasirəsi
Konisi Yukinaqanın Sunçhon şəhəri rayonunda quru ilə dəniz arasında sıxılıb qalan qoşunları xüsusilə çətin vəziyətdə idi. Onun yardımına Kore yarımadasının ən cənub qurtaracağında Saçhon şəhəri rayonunda yerləşən Simacunun, və Korenin cənub-şərqindəki Ulsanın müdafiəsini saxlayan Kato Kiyömasanın qoşunları tələsdilər. Eyni zamanda bu vaxt cənubda olan az qala bütün yapon donanması səfərbər olunmuşdu.
Noryəncin döyüşü
500 çox yapon gəmisi Konisini mühasirədən qurtarmaq üçün Noryəncin buxtasına yollandılar. Bu rayona vaxtında yetişən Çin-Koreya birləşmiş donanması yaponlarla şiddətli döyüşə girdilər. Yaponlar bir çox gəmisini və 10 min əskərini itirdi. Bu İmcın müharibəsinin axırıncı döyüşü idi; Li Sun Sin ölümcül yaralandı.
Müharibənin qurtarması
1598-ci ilin payızına yaxın yapon ordusunun vəziyəti daha da ağırlaşdı. Məhz bu vaxt Toyotomi Hideyösinin ölümü barədə xəbər Koreyaya yetişdi. Ölkənin faktiki hakimiyyəti yeni şoqun Tokuqava İeyasunun əlinə keçdi. Heç bir tərəf müharibənin davam etməsində maraqlı deyildi. Bu vəziyətdə çinlilərlə və koreyalılarla sülh danışıqları təşəbbüsünü So Yösitomo öz boynuna götürdü. 1607-ci ildə Yaponiya ilə Çoson sülaləsi sülh imzaladı.
Nəticələr
Bu müharibədə Yaponiya qonşu xalqlarda xof yaratdı. Koreya ilə normallaşsa da, Çinlə münasibətlər uzun müddət gərgin qaldı. Koreyanın Yaponiyaya mədəni təsiri gücləndi. Müharibədə qalib çıxsalar da, bu Koreya üçün çox baha başa gəldi. Bir milyona yaxın insan hərbi əməliyatlar və rekvizisiya nəticəsində(maraqlısı odur ki, rekvizisiyanı daha çox çinlilər keçirirdi) qırıldı. Müharibədə öz qüvvəsini qoruyan feodal Tokuqava İeyasu hakimiyətə gəldi, sonrakı Tokuqava dövrü məhz onun adı ilə bağlıdır. Yaponlar müharibəni özgə ərazidə aparsalar da, böyük itkilər verdilər. Ölkənin müharibə ehtiyaclarını ödəməsi ona baha başa gəldi. Onsuzda olduqca ağır vəziyətdə olan kəndlilərin durumu bir az da ağırlaşdı.
Xarici keçidlər
- А.А Искендеров. Тоётоми Хидэёси. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1984
- Имдинская отечественная война 1592–98 Ли Чен Вон
İstinadlar
- Bax Harada Tanedzumi. Tösen-no eki monoqatari, səh. 30. Bəzi başqa müəlliflər bir az kiçik rəqəm göstərirlər 158,7 adam. Bax Hirosi İkeuti. Bunroku - Keytö-no senso(Bunroku və Keytö illəri müharibəsi). Tokio, 1936, səh. 8.
- Ekspedisiya ordusunun ümumi sayı 147,5 min idi. Onların 4/5(121 min) hücum ya da zərbə qoşunları təşkil edirdi(koqekitay), 1/5(20 mindən bir az artıq) qarnozun xidməti(sübitay). Ordunun komanda heyətinə 42 sərkərdə daxil idi. Döyüşçülər əsasən müharibənin birinci mərhələsində olduğu kimi, Kyuşu və Honşunun qərb hissəsindən idi. (Bax: Harada Tenedzumi. Töson-no eki monoqatari, s. 168-171
- Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995
- Bu məlumatlar Mori feodal evinin arxiv materiallarına əsaslanır. Bax: Tokutomi İitiro . Toyötomi Hideyösi-no dziday(Toyötomi Hideyösi dövrü). Tokio, 1936, s. 288–291; Harada Tanedzumi. Tösen-no eki monoqatari, s. 30–33; Xirosi İkeuti. Bunroku — Keytö-no senso, s. 6–8.
- G.B.Sansom. AHistory of Japan. 1334–1615, s.353,
- Harada Tanedzumi. Töson-no eki Monoqatari, s. 33
- yenə orada
- Bax: Xirosi İkeuti. Bunroku -Keytö -no senso,səh. 115–117
- Bax: Koreya tarixi(ən qədim zamanlardan günümüzə qədər). T.1. M., 1974, s. 222
- yaponların bütün Koreyanı işğal etməsi barədə iddialar əsassızdı(bax: Япония и Корея. М., 1904,с. 128) )
- bax: Koreya tarixi ən qədim zamanlardan günümüzə qədər. T. 1.s. 439.
- Koreya tarixi ən qədim zamanlardan günümüzə qədər. T. 1.s. 224.
- Yenə orada, səh. 225
- Yenə orada, səh. 227
- Bax: Nihon rekisi dzensü. T.10, s.281
- bax: They came to Japan…, s.111
- Sit Harada Tanedzumi. Töson no eki monoqatari, s. 173.
- Yenə orada, s. 175.
- Sit Harada Tanedzumi. Töson no eki monoqatari, s. 180