İmarət qəbiristanlığı

İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir.[1][2][3][4]

Qəbiristanlıq
İmarət qəbiristanlığı
Ölkə
Yerləşdiyi yer Ağdam rayonu
39°59′34″ şm. e. 46°56′18″ ş. u.
İmarət qəbiristanlığı xəritədə
İmarət qəbiristanlığı
İmarət qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.[5][6]

Müasir dövr

1993-cü ilin erməni silahlı qüvvələri tərəfindən Ağdam işğal edildi.[7] İşğaldanəvvəli şəhərin ağır bombardman edilməsi əhalinin şəhəri və kəndləri şərqə doğru boşaltmağa məcbur etdi, şəhər kabus şəhərə çevrildi.[8] İşğal 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə sonlandı və müharibə nəticəsində qəbristanlığında daxil olduğu ərazi Azərbaycan hakimiyyətinə geri qayıtdı. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmışdır, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdı. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir[9][10][11][12][13].[14][15]

ABŞ Dövlət Departamentinin hesabatına görə, XVIII əsrə aid olan müqəddəs və tarixi İmarət qəbristanlığı, şəhərin Şəhidlər Xiyabanı da daxil olmaqla ermənilər tərəfindən təhqir edilmiş, yağmalanmış və dağıdılmışdır. Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları əvvəllər cəsədlərin basdırıldığı yerlərdə yalnız deşiklərin olduğunu və qəbiristanlıqda yalnız bir zədələnmiş məzar daşının qaldığını bildiriblər.[16]

Məqbərə-kompleksdə dəfn olunanlar

Birinci türbə Xanoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb. Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:

Saqana adlanan ikinci türbədə dəfn olunanlar:

  • Seyid Həmid oğlu Seyid Səfiqulu 1712
  • Pənahəli xan - 1758-ci ildə vəfat edib.[18]
  • İbrahim Xəlil ağa Cavanşir Sarıcalı - Qarabağ xanlığının xanı.[19]
  • Mehrəli ağa
  • Talıbxan bəy
  • Cəfərqulu xan Nəva - şair və Rusiya İmperator Ordusunun general-mayoru. 1867-ci ildə vəfat edib..[20]
  • Xanbikə xanım - Xurşudbanu Bəyimin qızı və şairə. 1921-ci ildə vəfat edib.[21]
  • Mirabbas Ağamirov - Xurşidbanu Natəvanın ikinci nikahdan olan oğlu.
  • Qəmər bəyim Şeyda - Qarabağ xanları sülaləsindən olan şairə.
  • Qəzənfər ağa Cavanşir
  • Tuti bəyim (ikinci türbədən kənarda Gəncə xanı Şahverdi xanın bacısı dəfn olunub).

Həmçinin bax

İstinadlar

  1. Hewsen, Robert H. Review of George A. Bournoutian, A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh, in Journal of the Society for Armenian Studies (ingilis). 1995. səh. 270. Although written in Persian, the work of Mirza Jamal Javanshir (1773/4–1853) is actually a product of Azeri historiography: its author being an Azeri noble of the Javanshir tribe, who began his lengthy career as a scribe in the service of Ebrahim, the Azeri khan of Karabakh
  2. Gvosdev, Nikolas K. Imperial policies and perspectives towards Georgia, 1760–1819 (ingilis). Oxford: St. Martin's Press in association with St. Antony's College. 2000. ISBN 978-0-312-22990-0. Writing to his adviser Archimandrite Gaioz, Erekle informed him that he had received a communication from the new Shah ordering him to take part in a campaign against Ibrahim, the Azeri khan of Karabagh, who was also asserting his right to independence from Persia
  3. Şablon:Cite encyclopaedia
  4. Bayne Fisher, William; Avery, Peter; Hambly, Gavin. The Cambridge History of Iran (ingilis). Cambridge University Press. 1991. səh. 512. ISBN 0-521-20095-4. There were Bayat Turks at Maku, and a further branch of the Qajar in Erivan and Qarabagh, were the Javanshir Turks and the Karachrlu Kurd also lived
  5. "Arxivlənmiş surət". 2019-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
  6. Mammadli, Nuraddin. "Günəş şüaları ilə nurlanmış ağ evim..." [My white house irradiated with sunlight...]. Madaniyyat (az.). 20 November 2020. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  7. "Caucasus City Falls to Armenian Forces". The New York Times (ingilis). 24 August 1993. 21 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021. İyulda erməni qüvvələri Azərbaycanın Ağdam bölgəsinin müdafiəçilərini sıxışdırıb çıxardı.
  8. Novikova, Gayane. The Nagorno Karabakh Conflict: In Search of the Way Out: To the Question of the Readiness of Azerbaijani and Armenian Societies to a Compromise Resolution of the Conflict. Amrots Group. 2004. səh. 138. ISBN 978-9994131273.
  9. "Məşhur fotoqraf Rza Diqqəti Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib - Xəbərlər". mct.gov.az. 27 yan 2021. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  10. "Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib". www.azerbaijan-news.az. 1 yan 1970. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  11. "Dünyaca məşhur fotoqraf erməni vandallarının Xurşidbanu Natəvanın qəbrini təhqir etməsindən yazdı - FOTO". paralel.az. 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  12. "Reza Deghati". www.facebook.com. 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  13. "Открытый Космос. Фильм. Все серии подряд. StarMedia". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12 www.youtube.com vasitəsilə.
  14. "Azerbaijanis celebrate Karabakh deal". Anadolu Agency (ingilis). 10 November 2020. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  15. "Azerbaijan Army Enters Agdam As Armenians Flee". Radio Free Europe/Radio Liberty (ingilis). 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  16. "Armenia". United States Department of State (ingilis). 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-22.
  17. "Arxivlənmiş surət". 2021-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  18. Tofigli, Vugar. "Ağdamın "İmarət"li günləri..." ["Imarat" days of Aghdam...]. 525-ji gazet (az.). 17 April 2012. səh. 2. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  19. Tofigli, Vugar. "Dağlıq Qarabağ işğaldan əvvəl – FOTOREPORTAJ (I Hissə)" [Nagorno-Karabakh before the occupation - PHOTO (Part I)]. Oxu.az (az.). 3 July 2014. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  20. Gafarova, Sakina. "Cəfərqulu xan Nəva" [Jafargulu Khan Nava]. ENS.az (az.). 25 December 2018. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
  21. Khalilzadeh, Flora. "Tək inci kimi parlayan Xan qızı" [Khan's daughter shining like a single pearl]. Kaspiy (az.). 13 April 2015. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.