İmamverdili

İmamverdili (əvvəlki adı: Birinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin Birinci İmamverdili kəndi İmamverdili kəndi adlandırılmış və Qaralılar kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İmamverdili kəndi Qaralılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamverdili kənd Soveti yaradılmışdır.[2]

İmamverdili
39°46′36″ şm. e. 47°52′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
İmamverdili xəritədə
İmamverdili
İmamverdili

Toponimikası

Keçən əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdı. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[3]

Coğrafiyası və iqlimi

Kənd Bakıdan 308 km məsafədə, rayon mərkəzindən 38 km şimal-şərqdə, Mil düzündə yerləşir. Şimaldan, şimal-şərqdən, şərqdən və cənub-şərqdən İmişli rayonu ilə, cənub-qərbdən və qərbdən Gödəklər, qərbdən Qaralılar kəndləri ilə həmsərhəddir. Sahəsi 973 ha-dır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.