İmamqulu məktəb-məscidi

İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscidİçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə.

Kitabəsi
İmamqulu məktəb-məscidi
Məktəb-məscid
Ölkə  Azərbaycan
Şəhər Bakı
Rayon Səbail
Yerləşir İçərişəhər, A.Zeynallı küçəsi, 63a
Aidiyyatı İçərişəhər DTMQİ
Tikilmə tarixi 1646-47
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti Əntiq dükanı olaraq fəaliyyət göstərir.
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
Hissəsiİçərişəhər
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.93-12
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Məktəb-məscid (İçərişəhər)
Məktəb-məscid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1646-ci ildə inşa edilmiş məktəb-məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb-məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Ölkə əhəmiyyətli abidədir.[1]

20 aprel 2015-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” hissəsinə əlavə edilmişdir.[2]

Burada Azərbaycanın dekorativ tətbiqi sənət nümunələri və xalça məmulatları dükanı fəaliyyət göstərir.

Təmir-bərpası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir.[3]

2010-cu ildə növbəti, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Məktəb-məsciddə müasir texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri başa çatmışdır. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində isə təmir-bərpa işləri aparılaraq, fasadı tarixi görkəminə qaytarılmışdır.[3]

Populyar mədəniyyətdə

Layihənin aşağı hissəsi

"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə 2012-ci ildə bu abidədə rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub. "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə N. Nəcəfovun "Qırçılar" heykəltəraşlıq kompozisiyası ev damını kubşəkilli dəmir çəndə "bişən" xüsusi qara məhlulla örtmək vəzifəsindən ibarət olan və demək olar ki, yoxa çıxmış qırçı peşəsinə həsr olunur.[4][5]

Həmçinin bax

İstinadlar

  1. "Dini abidələr - İmam Qulu Məktəb-məscidi". icherisheher.gov.az. 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2015-ci il tarixli 113 nömrəli Qərarı". e-qanun.az (az.). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  3. "Məktəb-məscid". icherisheher.gov.az. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  4. V. İmanov. ""YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib (FOTO)". Trend.Az (az.). 2012-04-27. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  5. ""YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib". Milli.Az (az.). 2012-04-27. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.