İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsi ilə elmə məlum olmuşdur.[1]
İmamqulu Nəzərəli oğlu | |
---|---|
İmamqulu Nəzərəli oğlu Naxçıvani | |
Doğum tarixi | XVII əsr |
Doğum yeri | Naxçıvan |
Vəfat yeri | Naməlum |
Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur.[2] Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır.
İstinadlar
- Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s., s. 183
- Səfərli H.Culfa bölgəsinin epiqrafik abidələri. Bakı:Elm, 2002, 80 s., s. 39-40
Mənbə
- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.