İmamlı

İmamlıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır[1].

İmamlı
40°56′34″ şm. e. 47°44′32″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
İmamlı xəritədə
İmamlı
İmamlı

Tarixi

Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. Qəbələ Oğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur. Bir sözlə həyat üçün lazım olan bütün nemətlərdən dadırlar. Kənddə narahatlıq doğuran problemlər qısa vaxt ərzində aradan götürülür. Əsas magistral yola yaxın olduğundan gediş-gəlişə problem yoxdur. Kənd başının mərkəzi yolla arası 2 km-dir. Elektron ATS qurulub və elektrik enerjisi fasiləsiz verilir. Sayğaclaşma prosesi aparıldığından camaat işlətdiyi enerjinin pulunu vaxtında ödəyir və işıq sarıdan korluq çəkmirlər. Kənddə icra nümayəndiliyi və bələdiyyə üçün təzə binalar tikilib.[2]

Toponimikası

  • İmamlı oyk, sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.