İmam Xomeyni Beynəlxalq Universiteti

İmam Xomeyni Beynəlxalq Universiteti (İKİU), İran İslam İnqilabından sonra qurulmuş beynəlxalq bir universitetdir. IKIU əsasnaməsi qanun layihəsi kimi 1984-cü ilin yanvarında İran Parlamenti tərəfindən təsdiqləndi. IKIU-nun təsis orqanları arasında Qəyyumlar Şurası, prezident və məclis yer alır. Təhsil, Tədqiqat, Tələbələr və Mədəniyyət üzrə müavinlər digər şöbələrdəndir. Bundan əlavə bir Elm və Texnologiya Parkı və 100000-dən çox kitab və jurnalın olduğu mərkəzi kitabxanası mövcuddur.

İmam Xomeyni Beynəlxalq Universiteti
IKIU
دانشگاه بین المللی امام خمینی
Dāneshgāh-e Beynolmelali emām khomeini
İmam Xomeyni Beynəlxalq Universiteti
36°19′12″ şm. e. 50°00′00″ ş. u.
Şüar

شکوفایی علمی ، بیداری اسلامی

(Elmi inkişaf, İslami oyanış)
Əsası qoyulub 1991
Tip Dövlət universiteti
Rektor Abolhassan Naeini
Tələbə sayı 8800
Bakalavr sayı 5.489
Aspirant sayı 1,281
Ölkə
Sayt ikiu.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IKIU, ən yaxşı tələbələri tanımaq və onların təhsil və rifah imkanlarını təmin etmək, tələbələri dəstəkləmək və onlara təlim və sosial dəstək paketləri vasitəsi ilə kömək etmək üçün Brilliant-Talent tələbələrə dəstək ofisini yaratmışdır. Yeddi fakültəsi vardır. Fars Dili Tədris Mərkəzi, 96-dan çox ölkədən gələn tələbələri qəbul edir, dil laboratoriyaları, kitabxanalar və kompüter saytları vasitəsilə tələbələrə dil öyrənmənin zövqünü yaşadır. Amirreza Vakilifard, İranda xarici tələbələrə istiqamətlənmiş ilk Fars Dili tədris şöbəsinin qurucu üzvüdür. İranın Qəzvin şəhərindəki İmam Xomeyni Beynəlxalq Universitetində (İKİU) 1995-ci ildən bəri xarici tələbələrə fars dili tədris edilir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.