İmam Hüseyn bəlağəti (Etimad)

İmam Hüseyn bəlağəti və ya əsil adı ilə Bəlağətul-Huseyn (ərəb. البلاغة حسين) — Ayətullah Seyid Mustafa Musəvi Ali Etimadın İmam Hüseynin (ə) xütbələri, məktubları və hikmətli sözlərindən ibarət kitabı.

İmam Hüseyn bəlağəti
ərəb. البلاغة حسين
Müəllif Ayətullah Seyid Mustafa Musəvi Ali Etimad
Janrlar Hədis, İslam tarixi
Orijinalın dili Ərəbcə
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Müşfiq Mehdibəyli
Nəşriyyat Qədim Qala (2018)
Səhifə 160
ISBN ISBN 9789952807837

Əsərdə döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğu bir daha təsbit edilir.

Məzmun

Məzmun və tərtib etibarilə “Nəhcül-Bəlağə”yə bənzəyən “İmam Hüseyn Bəlağəti” kitabı döyüşlərdəki igidliyi və rəşadəti ilə seçilən İmam Hüseynin (ə) eyni zamanda gözəl bəlağət və fəsahətə malik olduğunu göstərən dəyərli əsərdir. Kitabın orijinallığı da o həzrəti (ə) biz oxuculara məhz bu yöndən tanımağa imkan verməsində özünü büruzə verir. Kitabın tərcümə olunmasında məqsəd mömin bacı və qardaşlarımızı İmam Hüseynin (ə) şəxsiyyəti ilə daha yaxından tanış etməkdir.

Nəşr

Kitab 2018-ci ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 160 səhifədə 57x86 ölçüsündə çap edilib.[1]

Əsər 2018-ci ildə həm də Aslan Həbibov tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Bəlağətül-Hüseyn" adı ilə Bakıda Nurlar nəşriyyatında çap edilib.[2] Bu tərcümə 2019-cu ildə KainatFilm Studiyasında Elşən Rüstəmov və Rauf Ağakişiyev tərəfindən səsləndirilmiş, Hüseyn Həsənov və Camal İbadovun səs rejissorluğu ilə, Süleyman Fərzəliyev, Xeyrulla Zeynalov və Ziya Məlikov tərəfindən kitabın səsli (audio) variantı hazırlanıb.[3]

İstinadlar

  1. "İmam Hüseyn Bəlağəti" ( (az.)). qedimqala.az. 2018. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  2. "Bəlağətül-Hüseyn". 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  3. Bəlağətül Hüseyn

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.