İmadəddin Nəsiminin heykəli (Bakı, 1980)
İmadəddin Nəsiminin heykəli — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl.[1][2]
İmadəddin Nəsiminin heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar |
Tokay Məmmədov İbrahim Zeynalov |
Tikilib | 1980 |
1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova həvalə olunur. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltaraş bu işi başqa bir istedadlı həmkarı İbrahim Zeynalovla birgə yerinə yetirir. Heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə hündürlüyü 6,5 metr olan heykəl şəhərin mərkəzi bağlarının birində qoyulur.[1][2]
İstinadlar
- Fariz Hüseynov. "Mütəfəkkir şairin söz işığı". medeniyyet.az. 30 yanvar 2019. 27 may 2019 tarixində arxivləşdirilib.
- Zöhrə Fərəcova. "Abidələşən düha". azerbaijan-news.az. 27 yanvar 2019. 27 may 2019 tarixində arxivləşdirilib.