İlyas bəy Ağalarov
İlyas bəy Ağalarov (azərb. İlyas bəy Allahyar bəy oğlu Ağalarov; 7 iyun 1860 və ya 1860, Yelizavetpol, Tiflis quberniyası – 18 mart 1913, Yelizavetpol) — çar ordusunun polkovniki.
İlyas bəy Ağalarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 18 mart 1913 |
Vəfat yeri | Gəncə |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ağalarovlar |
Rütbəsi | polkovnik |
Döyüşlər |
Port-Arturun müdafiəsi Birinci Dünya Müharibəsi |
Təltifləri |
Həyatı
İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb.
Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində iştirak etmiş və sağ-salamat qayıtmışdır. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir. Məzarında bu sözlər yazılmışdır: "Qvardiya polkovniki İlyas bəy Ağalarov".
"Tərcüman" qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir. Qəzet 11 iyun 1904-cü ildə "Müxtəlif xəbərlər" rubrikasında yazırdı:
İstehkamçı - kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur. |
Mükafatları
Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav", 1905-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", yenə həmin ildə dördüncü dərəcəli "Müqəddəs Anna" (bant və qılıncla birgə) ordenlərinə layiq görülmüşdür.
Həmçinin bax
Xarici keçidlər
- История 13-го лейб-гренадерскаго Эриванского Его Величества полка за 250 лет. 1642–1892. Приложения к пятой части. Гренадеры (1856–1892). — СПб., 1898, приложение 64, с. 18