İlyas Əhmədov

Əhmədov İlyas Əhməd oğlu (5 aprel 1978) — Aktyor.

İlyas Əhmədov
İlyas Əhməd oğlu Əhmədov
Doğum tarixi
Fəaliyyəti Aktyor
Tanınma səbəbi Aktyor

Həyatı

Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrına, əvvəlcə müqavilə ilə, 01.11.2005-ci ildə isə ştata aktyor götürülüb. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Qaçay ("Rəqabət", Bəxtiyar Vahabzadə), Nağıl ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), oğlan ("Uçqun", Tuncer Cücenoğlu), Bağır ("Dirilən adam", Mir Cəlal) və kütləvi səhnələr. 2012-ci ildə "Qatil" tamaşasının məşqləri zamanı baş verən anlaşılmazlıqlara görə öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk etmişdir. 2016-cı ildə yenidən sevimli teatrın səhnəsinə qayıtmışdır və bir çox uğurlu rollara imza atmışdır.

Mükafatları

10 may 2022-ci ildə[1] və 6 may 2023-cü ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  • "Прощай, южный город!"
  • "İstanbul tətili"
  • "Qisas"
  • "Muradına çatan günəş"
  • "Qanun naminə"
  • "Hörümçək toru"
  • "Sevimli xəstə"
  • "Qaydasız döyüş"
  • "Yol"
  • "Tufanlı səma"
  • "Lal yuxu"
  • "Küləklər şəhəri"
  • "Üç bacı"
  • "Ayna"
  • "Oyun"
  • "Qara yazı"
  • "Təhminə və Zaur"
  • "Sarı gəlin"

Gənc Tamaşaçılar Teatrı

  • "Alenkiy Çvetoçik"
  • "İndiyskaya Fantaziya"
  • "Belosnejka i sem qnomov"
  • və s.

Akademik Milli Dram Teatrı

  • "Rəqabət" (Qaçay)
  • "Ölüləri Qəbirstanlıqda basdırın" (Hacı)
  • "Dirilən adam" (Bağır)
  • "Uçqun" (Gənc kişi)
  • "Muradın kələkləri"
  • "Kvazimodo" (Kvazimodo)
  • "Mesenat" (Fətulla bəy)
  • "Qarabağnamə" (Hüseynqulu xan)
  • "İkinci səs"
  • "El oğlu"
  • "Qışın sərgüzəştləri"
  • "Kleopatra"
  • "Sənətkarın taleyi" (Əbdül)
  • "Sərgüzəşti vəziri xani Lənkəran" (Ərizəçi)
  • "Qılınc və Qələm" (Fəxrəddin)
  • "Ah, bu uzun sevda yolu" (Düşmən şair)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.