İlyas Şahvələdov

İlyas Etibar oğlu Şahvələdov (6 avqust 1996, Bərdə rayonu10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

İlyas Şahvələdov
Şəxsi məlumatlar
Doğum tarixi 6 avqust 1996(1996-08-06)
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 2020(2020-10-10) (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020

Həyatı

İlyas Şahvələdov 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir.

Hərbi xidməti

Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ailəsi

İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun adını daşıyırdı.

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.