İlyas İsmayılov
İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Traubenfeld) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri.
İlyas İsmayılov | |
---|---|
Vəzifədədir | |
2 iyul 2001-ci ildən | |
Əvvəlki | vəzifə təsis edildi |
1993 – 30 mart 1996 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
2006 – 1010 | |
Seçki dairəsi | 2006 — 106 saylı Tovuz-Qazax-Ağstafa 2010 — 106 saylı Tovuz-Qazax-Ağstafa |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Ülviyyə Ağayeva |
25 aprel 1998 – Noyabr 2000 | |
Həmsədr | Rəsul Quliyev |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
30 mart 1996 – 25 aprel 1998 | |
Əvvəlki | Sərdar Cəlaloğlu |
Sonrakı | vəzifə ləğv edildi |
8 aprel 1992 – 13 yanvar 1995 | |
Əvvəlki | Əlisaab Orucov |
Sonrakı | Südabə Həsənova |
Azərbaycan SSR prokuroru | |
1985 – 29 avqust 1990 | |
Əvvəlki | Abbas Zamanov |
Sonrakı | İsmət Qayıbov |
Azərbaycan SSR prokurorunun müavini | |
1978 – 1985 | |
Prokuror | Abbas Zamanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1938 (86 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.
1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.[1]
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru olmuşdur.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək Moskova prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.[2]
Səkkiz monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. 1992-ci ildən "Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda" ictimai hərəkata rəhbərlik edib.
1995-ci ildə tərəfdarlarıyla birgə Azərbaycan Ədalət Partiyasını yaradıb. 1996-cı ilin 30 martında Azərbaycan Demokrat Partiyası ilə Ədalət Partiyasının birləşdirici Qurultayında ADP-nin sədri seçilib. 2000-ci ilin 6 noyabrında yenidən öz tərəfdarlarıyla ADP-dən ayrılaraq, Ədalət Partiyasının bərpasına başlayıb. 2 iyul 2001-ci ildə isə Ədalət Partiyasının sədri seçilib.
2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı−Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.
Ailəsi
Professor Zəkiyyə İsmayılova ilə ailə həyatı qurub, 2 oğlu var. Böyük oğlu Etimad İsmayılov Leninqrad Dövlət Universitetinin hüquq fakultəsini, Mətin isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nyu-York və Kolumbiya Universitetlərini bitirib. Etimad Azərbaycan və Türkiyədə, Mətin isə ABŞ-da Nyu-York şəhərində çalışır.[3]
Mükafatları
"Xalqlar dostluğu" ordeni ilə təltif olunub.