İltəriş xaqan abidəsi
İltəriş xaqan abidəsi — Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə üzə çıxarılmış İkinci Şərqi Göytürk Xaqanlığının qurucusu İltəriş xaqana məxsus külliyə – abidə kompleksi[1]
İltəriş xaqan abidəsi | |
---|---|
Ölkə | |
Yerləşir | Arxanqay |
Aidiyyatı | Türk xalqları |
Uzunluğu | 49 x 41,5 mt |
Kateqoriya | Kitabə |
Haqqında
Kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli vardır. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülmüşdür. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid "dağ keçisi" rəmzi müəyyən edilmişdir. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilmişdir. Abidənin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən "Tanrı", "Türk", "Kutluq", "Tümen" kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyə "Türk" adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir. Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki qurd başı həkk olunmuşdur.[2]
Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılmış, qısa fasilədən ortaq qazıntı işləri 2022-ci ilin iyul ayında yenidən bərpa olunmuşdur. "Nomqon-2022" ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilmiş, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949–2022) isə məsləhətçisi arxeoloq olaraq iştirak etmişdir. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından professoru Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer almışdır.[3]
Abidənin oxunan qismi
70x74,5 cm uzunluq və yüksekliyə malik olan abidə, 19 cm genişliyindədir. Bütün yönlərində mətnlər yer almaqdadır. Abidə ilə bağlı aparılan ilk çalışmalara görə, onun qarşı üzündə 19 sətir yer almaqda və bunlardan 12 sətrin durumu yaxşı vəziyyətdədir. Abidənin oxunan qismləri belədir:[4][5]
- Transkripsiyasi
- Ud yïl: toquzunč: ay: …[……….]
- ……
- ….. Teŋri: oγlu: [……….]
- Qutluγ qaγan: Türük [……….]
- Ur oγlum: M[k]ön…..yü…[……….]
- Biziŋ:öŋlig:..t.. [……….]
- es[?] : Ïtdïm: bizi: yat: er: [……….]
- Yerde: …..tuz…..[……….]
- Tümen: Tümen: [……….]
- es[?] el[is]ig [?]:küčüg: biz[ber-?]
- Atadïm: bi tidim [……….]
- es[?] : Qop ešti [……….]
- Türkcə çevirisi
- İnək ili: doqquzuncu ay
- ……
- .. Tanrı oğlu
- Kutlug Kagan: Türk
- Erkek çocuklarım, köz…
- Bizim gözəl….
- Etdim: Bizi yabancı: erler….
- Yerdə..
- On min: on min
- İşimi gücümü ver…
- Təyin etdim (unvan verdim): bi..tidim..
- Tamamı eşitdi
Həmçinin bax
İstinadlar
- "First inscription that reads 'Turk' found in Mongolia". www.hurriyetdailynews.com. 26 August 2022. 16 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November.
- "Turkic inscription of Ilterish Kagan found in Mongolia". www.trtworld.com. 23 August 2022. 13 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2022.
- "Turkic inscription of Ilterish Kagan found in Mongolia". news.mn. 3 September 2022. 14 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2022.
- "Құтлық қаған бітіктасының мәтіні". www.twesco.org. 27 August 2022. 11 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2022.
- "A Monument complex and inscription belonging to Ilteris Kutlug Kagan, the founder of the Eastern Göktürk Khanate, were found". arkeonews.net. 24 August 2022. 11 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2022.