İlqaz dağları
Ilqaz dağları (türk. Ilgaz Dağları) — Anadolunun şimal-qərbində yerləşən silsilə.
Ilqaz dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.979 m |
Yerləşməsi | |
41°04′50″ şm. e. 33°52′12″ ş. u. | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Qara dənizin cənub sahillərinə yaxın ona paralel olaraq uxanır. Bu ərazi boyunca üç silsilə vardır. Ilqaz dağları bu silsilələrin şərq qolunu təşkil edir. Dağın şimal yamacları Kastamon, cənub yamacları isə Çankır illərə ərazisində yerləşir. Dağ sisteminin şərqdən qərbə uzunluğu 150 km, eni isə 30 km[1] təşkil edir.
Silsilənin ən hündür zirvəsi 2587 metr yüksəkliyə sahib olan Nasəttəpə dağıdır. Zirvənin 10 km yaxınlığından Türkiyənin Qara dəniz sahili ilə birləşdirən D-765 magistralı keçir. Ən hündür aşırım,1850 metr yüksəklikdə yerləşir.
Milli park
Ilqaz Milli Parkı (türk. Ilgaz Dağı Milli Parkı) 2 iyun 1976-cı ildə Kadtamonu və Çankır inzibati vilayətlərinin ərazisində eyni adlı dağ silsiləsi ərazisində təşkil edilmişdir. Milli park 742,38 ha ərazini əhatə edir.
Geologiya
Ilqaz dağlarının yerləşdiyi ərazi Şimali və Mərkəzi Anadolu arasında keçid varakteri daşıyan ərzidə yerləşir. Geoloji baxımdan vulkanik suxurlardan təşkil olunmuşdur. Burada Türkiyə ən uzun və ən aktiv geoloji çatı yerləşir (Şimali Anadolu çatı).
İqlimi
Parkda orta illik temperatur 9,8 °C təşkil edir. Ən soyuq ay yanvardır. Bu ayda orta temperatur -0,8 °C olur. Ən isti ay isə iyul (20 °C) və avqustdur (19,7 °C). Parkda orta illik yağıntının miqdarı 486 mm (19,1 dyum) olur. Vadilərdə yağıntının miqdarı 400 mm, dağlarda isə 1200 mm təşkil edir. Yağıntının böyük qismi ysy aylsrı düşür.
Turizm
Milli park öz növbəsində bir istirahət bölgəsi sayılır. İnsanlar burada 15 iyundan 15 sentyabra qədər insanlar Qarasu çayında balıq ovu ilə məşğul ola bilərlır. Bundan əlavə bölgə qış turizmi üçündə açılmışdır. İstanbul və Ankaradan çoxlu turist qəbul edir. Ankaraya ən yaxın dağ xizək eniş zolağı «Ankara Qonağı» («Ankara Lodge») adlanır.
Ekologiya
Milli parkın yerləşməsinə uyğun olaraq flora və fauna baxımından zəngin ekosistemə sahibdir. Ərazisinin böyük hissəsini meşələr təşkil edir. Burada əsasən meşəlik ərazilərdə qaban, nəcib maral, qonur ayı, boz canavar. Avropa çaqqalı və tülküyə rast gəlmək mümkündür. Burada ümumilikdə 30 yaxın məməli yaşayır. 1996-cı ildə burada yeni növ həşərat aşkarlanmışdır. 2010-cu ildə yeni aşkarlanan növə yayıldığı yerin adına müvafiq olaraq Merodon Ilgazense adı verilmişdir.
İstinadlar
- Ünal, 2006, səh. 44.